Qafqaz meşə siçanı

Qafqaz meşə siçanı (lat. Apodemus ponticus) — gəmiricilər dəstəsinin Siçanlar fəsiləsinə (lat. Muridae) aid məməli heyvan növüdür.

Qafqaz meşə siçanı
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Qafqaz meşə siçanı
Beynəlxalq elmi adı

Xarici görünüşü

[redaktə | mənbəni redaktə et]

Azərbaycanda yaşayan sarıboğaz siçan Qafqaz sarıboğaz siçanı yarımnövünə (lat. Apodemus tauricus saxatilis) aiddir. Bu daha kiçik formadır. Bədəninin uzunluğu 100,0-115,0 mm (ortalama 106,4), quyruğu - 103,0-118,0 (107,9), arxa pəncəsi - 23,0-26,0 (23,9), qulağı - 15,0-20,2 (17,5) mm, kütləsi 24,2-40,5 q (31,8) çatır. Cüzi mi- qdarda Böyük Qafqazın cənub yamaclarında, xüsusi halda Zaqatala-Şəki, Qax, Oğuz və İsmayıllı rayonlarının orta dağlıq meşələrində, eləcə də Quba-Xaçmaz massivinin aran meşələrində və Qusar rayonunun dağətəyi meşələrində rast gəlinir. Tək-tək fərdləri Kiçik Qafqaz ərazisində (Laçın rayonu), eləcə də Kür-Araz ovalığında (Bərdə rayonunun Sultanbud meşəsi) tutulmuşdur [3].

Azərbaycan, Gürcüstan və Erməsnitan ərazisində yayılmışdır, həmçinin İran, İraq, Rusiya FederasiyasıTürkiyə ərazisində yayılması ehtimal olunur.

Yaxın vaxtlara qədər bu növün Zaqafqaziyada olması məsələsi mübahisəli idi. Məsələnin həllini meşə və sarıboğaz siçanların məlum hibridləşmə faktları da mürəkkəbləşdirirdi. Bu da istisna edilmirdi ki, hər iki növün morfoloji əlamətlərinin coğrafı dəyişkənliyi burada əks istiqamətdə getmişdir. Başqa sözlə, Zaqafqaziyada sarıboğaz siçanın daha xırda forması, meşə siçanınm isə iri forması yaşaya bilərdi. İlk dəfə böyük mötəbər material əsasında Azərbaycanın meşə senozlarında sarıboğaz siçanın olmasını S.N.Yerofeyeva sübut etmişdir [4],[5].

Həyat tərzi meşə siçanı ilə eynidir. Qarışıq meşələrdə, meşə-çöldə, otlu çəmənlərdə və kol bitki örtüyü olan biotoplarda yayılıb. Hazır yuvalardan istifadə edir və ya kameraları olan yuvalar qazır. Toxumlarla, dənlə, çəyirdəklə və həşəratlarla qidalanır. İlin isti vaxtlarında minimal sayı 5-6 ədəd olan bala verir.

  1. Integrated Taxonomic Information System (ing.). 2001.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Алекперов Х.М., С.И. Ерофеева К. распросранению эелтогорной мыши (Apodemus tauricus Pall) в Азербайджане // Материалы по фауне и экологии неземных позвоночных Азебайджана, Баку, Элм, 1975; 14-20.
  4. Ерофеева С.Н. Эколого-морфологическая характеристика мышей рода Каир АзерБайджана // Автофер. дисс… канд.биол.наук.-Баку, 1970, 20 с
  5. Ерофеева С.П. Сравнительный анализ морфологических особенностей популяций лесных и желтогорлых машей (Apodemus sylvaticus L. и A.tauricus Pall) Азербайжана // Материалы по фауне и экологии наземнеых позвоночных Азербайджана.- Баку: Элм, 1975, 34-62.
  • Azərbaycan faunası. X cild. Məməlilər. Bakı, Elm nəşriyyatı, 1978
  • Azərbaycanın heyvanlar aləmi. III cild, Onurğalılar.Bakı, Elm nəşriyyatı, 2004.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]