Qafqaz tatarları

Qafqaz tatarları (rus. Кавказские татары) — Rusiya imperiyasında Qafqaz türklərinə, daha çox azərbaycanlılara verilən ad. Ruslar daha öncə türk dillərinin birində danışan Krım və Volqa tatarları ilə qarşılaşdıqlarına görə, onların dilinə yaxın dil olan dildə danışan azərbaycanlıları da analogiyaya görə tatarlar adlandırmışdılar. Azərbaycan türkləri təxminən yüz il ərzində, bütün sənədlərdə və xəritələrdə Qafqaz tatarları kimi qeyd olunurdular.

İran-Rusiya münasibətləri

[redaktə | mənbəni redaktə et]

Səfəvi imperiyasında Azərbaycan dili hakimiyyətin, sarayın, qızılbaş hərbi təşkilatının və dini liderlərin dili, dövləti idarə edən sülalənin ana dili idi.[1] 1588-ci ildə rus sarayı ilk dəfə Səfəvi sarayına "tatar dili"ndə məktub yazdı. Səfəvi hökmdarı Şah I Abbasın dövründəki çarlıq Rusiyası mənbələrinə görə, rus səfirləri Səfəvi şahının cavabının türk dilində, "tatar yazısı" ilə olmasını arzulamışdır. Bu, XVI-XVIII əsrlərdə Avropa, Kiçik Asiya və Yaxın Şərq hökmdarlarından gələn və onlara gedən məktubları tərcümə etmək üçün, rus çarlarının xeyli sayda katib saxlamasının məntiqi nəticəsi idi. 1789-cu ildə rus sarayında belə tərcüməçilərdən iyirmi iki nəfər çalışırdı ki, onlardan səkkizi tatar (türk) dilini, bəziləri isə ehtimal ki, Osmanlı türkcəsi olan “türk dilini” bilirdi. İrana göndərilən rus elçiləri və səfirlərinin hamısı rus dilində yazılmış, “köhnə tatar dilində” tərcüməsi olan rəsmi məktublar daşıyırdılar.[2]

Kollektiv xarakterli bu ekzotermin XIX əsr boyunca Qafqaz türklərinin və ya müsəlmanlarının hamısına aid edilmişdir.[3] Zaqafqaziyanın Rusiya imperiyasının tərkibinə daxil olduqdan sonra ənənəvi olaraq bütün türk xalqlarını tatar adlandıran Rusiya hakimiyyəti azərbaycanlıları digər türk xalqlarından fərqləndirmək üçün onları qafqazlı, azərbaycanlı[4] və ya Azərbaycan tatarları[5] adlandırmağa başladı. L. Y. Sternberq 1901-ci ildə "Encyclopedic Dictionary of Brockhaus and Efron" üçün yazdığı məqalədə Rusiya imperiyasında ümümən tatar adlandırılan türk xalqlarının 3 qrupunun mövcud olduğunu, onlardan birinin də Qafqaz tatarları olduğunu bildirmişdir. O, bildirir ki, bu tendensiyanın səbəbi somatoloji üsullarla fərqlənən türkləri ifadə edə bilmək üçün bu cür etnonimlərdən istifadə edilir. Bundan sonra o, Azərbaycan tatarları, Azərbaycanlılar termininin istifadə edildiyini bildirir və əlavə edir ki, bu ifadələr hələki geniş ictimaiyyət arasında özünə yer tapa bilməmişdir. Şternberq Qafqaz tatarları barədə bu məlumatı yazmaqdadır:[6]

b) Qafqaz qrupu - müxtəlif elementlərin qarışmasından formalaşmışdır: qədim alanlar, avarlar, xəzərlər, peçeneqlər, qıpçaqlarla qarışanlar, noqaylar, ləzgilər və xüsusən iranlılar. Onlar aşağıdakı qruplara bölünürlər:

1. Dağ tatarları və ya Dağ kabardinləri, sadə kabardiyalılardan fərqli olaraq vadilərdə yaşayırlar və çərkəzlərlə qarışmışdırlar. Birincilərin sayı 1667, ikincilərin sayı isə 51955 nəfərdir. Maldarlıqla məşğul olurlar, qafqaz üslubunda geyinirlər. Boyları orta hündurlükdən yuxarıdır. Hər ikisinin baş indeksi 83.6-dır. Başları yuvarlaq, dəri rəngləri və gözləri qaradır. Gözlərində heç bir monqoloidlik nümunəsi yoxdur və üfuqi şəkildədir. Bəziləri (gürcü müəlliflər) onları IX əsrdə yaşamış xəzərlərin varisi hesab edirlər, digərləri (rus müəlliflər) onları qıpçaqlarla türkmənlərin çərkəzlərlə osetinlərin qarışığı olduqlarını iddia edirlər. Onlardan şərqdə, Qafqaz silsiləsinin şimal yamaclarında semitik tipə sahib olan qaraçaylar yaşamaqdadırlar (1881-ci ildə 22000 nəfər). Baş ölçüləri 81-88 arasında dəyişir, ara-sıra dolixokefallıq da müşahidə edilməkdədir.

2. Dağıstan tatarları və ya qumuqlar Xəzər dənizi sahilləri boyunca, Terek çayından demək olar ki, Dərbəndə qədər olan ərazilərdə yaşamaqdadılar. Ekkertə görə, 1881-ci ildə onların ümumi sayı təxminən 83 min nəfər olmuşdur. Monqoloid xüsusiyyətlər daşısalar da, semitik nümunələr də vardır. Baş ölçüləri 84.7-dir və çox dairəvidir. Onların arasında qalmıqlarla qarışma nəticəsində güclü şəkilə omonqollaşmış noqaylar da daxildir.

3. Azərbaycan tatarları irq olaraq iranlı olsalar da, dil olaraq türkdürlər. Cənubi Qafqazın şərqində, cənub-şərqində və demək olar ki, bütün Rusiya Ermənistanında yaşamaqdadırlar. Sayları 1.116.025 nəfərdir və onlardan 40 min nəfəri də İranda yaşamaqdadır. Həyat tərzi və ənənələr baxımından iranlılara bənzəyirlər və hər şey baxımından bu təsirə məruz qalıblar. Başlarını qırxırlar, lakin yuxarı hissələrdə iki qıvrım buraxırlar. Ermənilər və kürdlər kimi onlar da uşaqların başını kəsərək ön sümüyə maili geriyə istiqamət verirlər. Baş indeksi, Ekkertə görə 79,4 (mezosefalik), Chantre görə 84-dür (braxisefaliya). Gözləri qaradır və üfüqi, burunları donqarlı uzun, dodaqları daha çox qalın formadadır, üz ifadələri ciddi formalıdır. Onlar çalışqanlığa, açıqsözlülüyə, şərəfliliyi görə məşhurdurlar. Monoqomiya hakimdir, qadınları azadlıqlara sahibdirlər və üzləri açıq şəkildə gəzirlər. Dini baxımdan müsəlman olmalarına baxmayaraq, tolerantdırlar. dilləri Tatar-Çağataycannı dialekti olsa da, sadə və öyrənməyə uyğundur. Buna görə də, Qafqazda geniş şəkildə yayılmışdır və dəbli hesab edilir.

  1. Mazzaoui, Michel B; Canfield, Robert (2002). "Islamic Culture and Literature in Iran and Central Asia in the early modern period". Turko-Persia in Historical Perspective. Cambridge University Press. pp. 86–7. ISBN 978-0-521-52291-5.
  2. Floor, Willem & Javadi, Hasan. (2013). The Role of Azerbaijani Turkish in Safavid Iran. Iranian Studies. 46. 10.1080/00210862.2013.784516. (page 11)
  3. Садыхов, 1970. səh. 37
  4. Энциклопедический словарь Брокгауза и Ефрона, 1890-1907
  5. "Алфавитный список народов, обитающих в Российской Империи". www.demoscope.ru/. 2012-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 mart 2023.
  6. Штернберг, 1901
  • Муртуз Зейнал оглы Садыхов. Русские писатели об Азербайджане. Баку: Гянджлик. 144.
  • Баку // Энциклопедический словарь Брокгауза и Ефрона. 82. СПб. 1890—1907.
  • Л. Я. Штернберг Тюрко-татары. Тюрко-татары // Энциклопедический словарь Брокгауза и Ефрона. 82. СПб. 1901.