Qaleassi sınığı

Qaleassi sınığımil sümüyün (radial) orta hissəsi ilə bilək arasında olan mil sümüyünün sınığı.[1] Ön qol 2 uzun, nazik sümükdən ibarətdir: dirsək sümüyü və mil sümüyü. Bu iki sümük dirsək və biləkdə oynaqlarla bağlanır.[2]

Qaleassi sınığı
XBT-10 S52.3
XBT-9 813.4
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaleassi sınığı italyan cərrahı Rikkardo Qaleassinin (1866-1952) şərəfinə adlandırılıb.

Mil sümüyünün biləklə birqə[3] zədələnməsinin yerində yumşaq toxumaların ağrısı və şişməsi qeyd olunur. Bu zədə rentgen müayinəsi ilə təsdiqlənir.

Ön qolun zədələnməsi kompartman sindromu[4] ilə əlaqəli ola bilər. Qabaq sümüklərarası sinirin (QSS) (palmar sümüklərarası sinir) iflici də ola bilər. Sırf motor siniri olan QSS median sinirin[5] bir qoludur. QSS-nin zədələnməsi şəhadət barmağının iflicinə səbəb ola bilər ki, bu da baş barmaq və şəhadət barmağı arasında olan əlaqə mexanizminin itirilməsi ilə nəticələnir.

Galeassi sınıqları bəzən radial sinirin, əyilmə vətərlərinin və ya əzələlərin zədələnməsi səbəbindən bilək düşməsi ilə əlaqələndirilir.

Patofiziologiyası

[redaktə | mənbəni redaktə et]

Qaleassi sınıqlarında dirsək sümüyünün başının çıxması-dislokasiyası zədələnmə mexanizmindən asılı olaraq dorsal (ümumi) və ya volar (nadir) ola bilər. Əgər yıxılma ön qol pronasiya vəziyyətində olan uzadılmış əldədirsə, çıxıq dorsal, zədə zamanı qol supinasiyadadırsa, çıxıq volar olur.[6]

Cərrahi müdaxilədən sonra Galeazzi sınığı

Qaleazzi sınıqları ən yaxşı şəkildə radiusun və ön qol oynağının açıq reduksiyası ilə müalicə olunur.[7] Yetkinlərdə açıq cərrahi müalicə tələb etdiyi üçün buna "zərurət sınığı" deyilir.[8]

Qeyri-cərrahi müalicə distal dirsək sümüyündə davamlı və ya təkrarlanan dislokasiyalarla nəticələnir.[9] Uşaqlarda, skeleti yetişməmiş olduğuna görə, sınıq adətən qapalı reduksiya ilə müalicə olunur.[9]

Epidemiologiyası

[redaktə | mənbəni redaktə et]

Qaleassi sınıqları bütün qol sınıqlarının 3-7%-ni təşkil edir. Çox vaxt kişilərdə müşahidə olunur. Qaleassi sınıqlarının nadir olduğu bildirilsə də, onların yetkinlərdə bütün ön qol sınıqlarının 7%-ni təşkil etdiyi təxmin edilir.[8] Sınıq uzadılmış qolun üstünə yıxılması ilə əlaqələndirilir.

  1. "Arxivlənmiş surət". 2023-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  2. "Arxivlənmiş surət". 2023-10-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  3. https://az.mp3all.zaporizhzhe.ua/wrist-pain-3396[ölü keçid] distal
  4. "Arxivlənmiş surət". 2023-09-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  5. "Arxivlənmiş surət". 2023-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-03.
  6. Kim S, Ward JP, Rettig ME. Galeazzi fracture with volar dislocation of the distal radioulnar joint. Am J Orthop (Belle Mead NJ) 2012;41:E152-4.
  7. "Arxivlənmiş surət". 2023-09-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-17.
  8. 1 2 "Galeazzi fracture". 2021-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-17.
  9. 1 2 https://emedicine.medscape.com/article/1239331-overview?form=fpf

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]