Qalina Bıstrova (8 fevral 1934, Naxçıvan – 11 oktyabr 1999, Volqoqrad) — Yüngül atletika üzrə üç qat Avropa çempionu, Əməkdar idman ustası.
Qalina Bıstrova | |
---|---|
Галина Петровна Быстрова | |
Şəxsi məlumatlar | |
Tam adı | Qalina Petrovna Bıstrova |
Vətəndaşlığı | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan |
Vəfat tarixi | (65 yaşında) |
Vəfat yeri | Rusiya, Volqoqrad |
Təhsili | Bədən Tərbiyəsi Texnikumu |
Boyu | 170 sm |
Çəkisi | 65 kq |
İdman növü | Yüngül atletika |
Məşqçisi | Vasili Moiseyeviç Bıstrov |
Vikianbarda əlaqəli mediafayllar |
Qalina Doljenkova atasının sərhədçi kimi xidmət etdiyi Naxçıvan şəhərində anadan olub. Atası 1941-ci ildə cəbhəyə gedib, iki ildən sonra səhhəti ilə əlaqədar onu azad ediblər və Pyotr ailəsi ilə birgə Qorkiyə köçüb. Kanabensk rayonunda Qalina yeddi sinif bitirib, sonra isə valideynlərindən gizli olaraq Bədən Tərbiyəsi Texnikumuna daxil olub. Sonradan onun həyat yoldaşı olan Vasili Moiseyeviç Bıstrovun rəhbərliyi ilə yüngül atletika ilə məşğul olub. 1953-cü ildə onların oğlu Sergey anadan olub. Bıstrova karyerasını bitirdikdən sonra məşqçi kimi çalışıb. 50-ci illərdə onun çanağ bud oynağında kəskin ağrılar başlayıb və həkimlər ona osteoartroz diaqnozunu qoyub. 1972-ci ildə həyat yoldaşı və oğlu Volqoqrad şəhərinə köçüb, sonra Qalina özü də oğlunun yanına köçüb.
Qalina Melburn Olimpiadasında 80 metr məsafəyə maneələrlə qaçışda dördüncü olub, bununla da avstraliyalı bürünc mükafatçısı Norma Trauerlə eyni vaxt nümayiş edib. İki il sonra Avropa çempionatında Bıstrova iki qızıl medal qazanıb — beşnövçülük və 80 metr məsafəyə qaçışda. Qalina Romada Olimpiya oyunlarında 80 metr məsafəyə maneələrlə qaçış finalında yenə iştirak edib və 5-ci olub. 1962-ci ildə Avropa çempionatında o yenidən beşnövçülük üzrə qızıl medal qazanıb. Özünün son olimpiadasında Bıstrova maneələrlə qaçış finalına çıxa bilməyib, amma əvəzində beşnövçülük üzrə bürünc medal qazanıb.[1]