Qan qartalı (qədim skandinav dilində — blóðörn) — Vikinqlər tərəfindən istifadə edilən edam növü. Edam məhkumun bel hissəsi yuxarıdan aşağıya doğru kəsilərək icra edilirdi. Qabırğalar onurğadan ayrılırdı və bununla da insan bədənində qartal qanadlarına bənzər iki yarım hissə yaranırdı. Edamın icrası ağciyərin çıxarılması ilə yekunlaşırdı. Qan qartalı Avropada icra edilən ən amansız edam növü hesab edilirdi.