Qanadcıq, təyyarədə dönmə/əyilmə hərəkətini təmin edən idarəetmə səthi.
Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması və bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir.
Qanadcıqlar qanad uclarının stabilizatorun arxa tərəfinə yerləşdirilir və bir-birinə əks istiqamətdə işləyirlər. Pilot qolu sola əydikdə, solda yerləşən qanadcıq yüksəlir, sağdakı qanadcıq enir. Sağ qanadda müəyyən bir ərazidə geri dönmə artdığı üçün dövranın (sirkulyasiya) şiddəti artır və təyyarə sola yatır. Təyyarə, qanadcıqların sıfır vəziyyətinə gəlmədiyi müddətcə dönməyə davam edir.
Qanadcıqların qanad uclarına və flapların qanad diblərinə bağlanmasının əsas səbəbi, flapların eyni istiqamətdə, qanadcıqların isə əks istiqamətdə işləməsidir. Qanadcıqlar əks istiqamətdə işlədikləri üçün iş zamanı qanadda yük yaratmırlar. Bundan əlavə, onların qanad uclarında olması güc vurulsun güc qolu prinsipi əsasında daha yüksək moment verməsini təmin edir. Bu, qamadcıqların səmərəliliyini artırır. Flaplar tərs işlədiyi üçün, qanadları yuxarıya qatlamağa çalışan bir gərginlik yaradırlar. Onların kökdə olması bu gərginliyin yaratdığı momentin eyni prinsipdə aşağı olmasını təmin edir. Bundan əlavə sivrilmə nisbətinə sahib qanadlarda qanad dibi daşınmanın çox hissəsini qarşılayır. Bu bölgədə flapların olması onları daha səmərəli və güclü edir.
Qanadcıqların əsas vəzifəsi dönmə hərəkətini təmin etmək olsa da, qanadcığın alta hərəkəti, buna görə də geri dönməni artırması və daşınmanın da bununla əlaqədar olaraq artdığı qanadda daşınmaya bağlı olan induksiyalı sürüklənmə də artır. Buna görə, bu qanad daha geridə qalmaq istəyir, beləliklə qanadcıqlar tərs bir sapma hərəkəti yaradırlar. Bu tərs sapma əsasən kiçik miqyasda reallaşsa da, playner kimi böyük qanad uzunluğuna malik kiçik və yüngül tipli təyyarələrə əhəmiyyətli təsir göstərə bilər. Bəzi qabaqcıl təyyarələrdə bu təsir diferensial qanadcıqlarla birlikdə aradan qaldırılır. Yenə bu təsirlər avtopilotdan istifadə edən ticarət təyyarələrində baş vermir.