Qanq deltası — dünyanın ən böyük deltasıdır. Delta tarixi Belqaliya vilayəti ərazisində yerləşir. 240 çayın birləşməsindən meydana gəlmişdir. Əsasən Qanq və Brahmaputra çaylarının təsiri ilə formalaşır.
Qanq deltası üçbucaq formaya malikdir. Sahəsi 105 640 km² təşkil edir, bu isə Missisipi deltasından iki dəfə böyükdür. Deltaya istiqamətlənən çaylar Hindistan, Butan, Nepal, Çin və Banqladeş ərazilərindən başlanğıcını götürür. Delta iki hissəyə bölünür: Qərbi[1] (az aktiv) və Şərqi (çox aktiv). Qanq deltası labirintlər, bataqlıqlar, adalardan ibarətdir. Burada dünyanın ən böyük manqrov meşələri yerləşir. Sundarban meşəsi əsasında Sundarban Milli Parkı təşkil edilmişdir. Hər il baş verə biləcək su basmalar və siklonlar riskinə baxmayaraq burada 145 milyon insan yaşayır. 1961 və 1991-ci illər arası zaman kəsiyində təbii fəlakətlər nəticəsində 700 min insan vəfat etmişdir.