Qaqa adası (ərəb. نخلة الجميرة) — Fars körfəzində Birləşmiş Ərəb Əmirliklərinə aid bir ada. Əbu-Dabinin qərbində, Əbu-Dabinin Əd-Dafra bələdiyyə bölgəsinin qərbində, Səudiyyə Ərəbistanı və Qətər ilə sərhədə yaxın ərazidə yerləşir. Kumayis burnunun (Əl-Xəzrə) şimal-qərbində, Əbu Kumayis burnunun cənub-şərqində, Duveyhin körfəzinin girişində yerləşir.
Qaqa adası | |
---|---|
ərəb. جزيرة غاغة | |
Yerləşməsi | |
24°24′45″ şm. e. 51°32′45″ ş. u. | |
Ölkə | BƏƏ |
Region |
|
Akvatoriya | |
|
Kumayis burnuna bir keçid yolu ilə bağlıdır.
Əbu-Dabinin Mədəniyyət və Turizm Departamentinin arxeoloqları adada 8500 illik neolit dövrünə aid yaşayış məskəni aşkar etmişlər. Divarları 1 m hündürlüyə qədər qorunmuş dairəvi daş tikililərin qalıqları, məharətlə işlənmiş ox ucları aşkar edilmişdir. 5000 illik dəfn abidəsi də tapılışdır.
Aşkarlanan tapıntılar 2017-ci ildə Əbu-Dabi sahillərindəki Maravah adasında tapılan mirvaridən 500 il daha qədimdir və e.ə 5800-5600 ilə aiddir[1].