Qaqamaru Masaru

Qaqamaru Masaru (臥牙丸 勝?, 23 fevral 1987, Tbilisi) və ya əsl adı ilə Teymuraz Cugeli (gürc. თეიმურაზ ჯუღელი) – əslən Gürcüstandan olan keçmiş peşəkar sumoçu. KokkayToçinoşindən sonra makuuçi diviziyasına yüksəlmiş üçüncü Gürcüstan sumoçusudur.

Qaqamaru Masaru
gürc. თეიმურაზ ჯუღელი
Şəxsi məlumatlar
Doğum adı Gagamaru Masaru
Vətəndaşlığı
Doğum tarixi 23 fevral 1987(1987-02-23) (37 yaş)
Doğum yeri
İdman növü sumo[1]

Peşəkar sumoçu kimi ilk qarşılaşmasına 2005-ci ilin noyabrında çıxmışdır. 2009-cu ilin noyabrında curyo diviziyasına, 2010-cu ilin iyulunda makuuçi diviziyasına yüksəlmişdir. Ən yüksək dərəcəsi komusubi olmuşdur. İki dəfə "Döyüşkən ruh" mükafatını qazanmışdır. 2020-ci ildə zədələndikdən sonra uzun müddət turnirlərdən kənar qalmış və karyerasını bitirdiyini açıqlamışdır.

Cugeli Gürcüstanın paytaxtı Tbilisidə doğulmuşdur. Cüdosambo ilə məşğul olmuş, 16 yaşında hər iki idman növü üzrə milli çempionatların qalibi olmuşdur.[2] Gürcüstanın gənclərdən ibarət sumo komandası tərəfindən dəvət olunduqdan sonra 2005-ci ildə Osaka şəhərində baş tutmuş Dünya Gənclər Sumo Çempionatında iştirak etmişdir.[2] Turnirdən sonra Yaponiyada qalmış və Kise heyasına qoşulmuşdur. Peşəkar sumoçu kimi 2005-ci ilin noyabrında debüt etmişdir.

Qaqamaru aşağı diviziyalarda uğurla çıxış edərək 2006-cı ilin noyabrında makuşita diviziyasına yüksəlmişdir. O, ailəsini ziyarət etmək məqsədilə Gürcüstana qayıtmağı planlaşdırsa da, atası avtomobil qəzasında ölmüşdür.[2] 2009-cu ilin sentyabrında makuşita diviziyasında 7–0 hesabı ilə qalib gəlmiş və qələbəsini atasına həsr etmişdir.[3]

Qaqamaru ilk curyo turnirini 8–7 hesabı ilə başa çatdırmış, 2010-cu ilin yanvarındakı növbəti turnirdə 12–3 hesabı ilə çıxış etmişdir. 2010-cu ilin mayında curyo 1 turnirini 10–5 hesabı ilə bitirərək makuuçi diviziyasına yüksəlməyi bacarmışdır. Lakin makuuçi diviziyasında debütü iyulda baş tutmuşdur. Maeqaşira 12 dərəcəsində yarışan Qaqamaru 5–10 hesabı ilə çıxış etmişdir. 2010-cu ilin noyabrındakı turnirdə 9–6 hesabı ilə çıxış etmiş və maeqaşira 6-ya yüksəlmişdir.

2020-ci ilin yanvarındakı turnirin ilk 2 oyunundan sonra yarışdan çəkilmiş və ilin qalan hissəsində turnirlərə qatılmamışdır.[4] 2020-ci ilin noyabrında karyerasını başa çatdırdığını açıqlamış və qərarını zədələri ilə əsaslandırmışdır. Karyerasını başa çatdırma mərasimi 30 iyul 2022-ci ildə Tokioda baş tutmuşdur.[5]

Şəxsi həyatı

[redaktə | mənbəni redaktə et]

Qaqamaru 2022-ci ilin iyulundakı mərasim zamanı 2015-ci ildən etibarən görüşdüyü bir yapon qadınla evli olduğunu açıqlamışdır.[5] O, Yaponiyada yaşamağa davam edir.[6]

  1. (unspecified title). Japan Sumo Association.
  2. 1 2 3 "madorosumaru". "Once He Learns More About Sumo, He Will Be Unstoppable". Sumo Forum. 14 January 2009. 12 January 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 September 2010.
  3. "Georgian sumo wrestler Teimuraz Djugheli (Gagamaru) was promoted to the sekitori status". Embassy of Georgia to Japan. 13 March 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 22 September 2010.
  4. "Sumo: Georgian wrestler Gagamaru to retire". The Mainichi. 17 November 2020. 17 November 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 17 November 2020.
  5. 1 2 "元小結・臥牙丸が断髪式 一般日本人女性との結婚も明かす 第2の人生は「人を助けるような仕事を」". Hochi News (Japanese). 30 July 2022. 30 July 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 July 2022.
  6. "引退の臥牙丸 ジョージアから来日15年、日本愛を語る「ラーメンが大好き。14杯食べると体は作れます」". Hochi (Japanese). 18 November 2020. 18 November 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 November 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]