Qar bəbiri mükafatı — çox təcrübəli alpinistlərə verilən SSRİ alpinizm mükafatı. Mükafat hələ də Müstəqil Dövlətlər Birliyində tanınır. Mükafatı əldə etmək üçün keçmiş SSRİ-də yerləşən yüksəkliyi 7000 metrdən çox olan beş zirvənin hər biri fəth edilməlidir.[1]
Qar bəbiri mükafatı | |
---|---|
Ölkə | |
Tip | mükafat |
Statistika | |
Təsis tarixi | 12 oktyabr 1967 |
summitpost.org/the-snow-… | |
Vikianbarda əlaqəli mediafayllar |
Bu zirvələrdən üçü Tacikistanın Pamir dağlarında yerləşir: İsmayıl Samani zirvəsi (keçmiş adı Kommunizm zirvəsi) 7 495 m, Korjenevskiy zirvəsi 7 105 m və Qırğızıstan-Tacikistan sərhəddində yerləşən İbn Sina zirvəsi (keçmiş adı Lenin zirvəsi) 7 134 m. Digər iki zirvə isə Tyan-Şan dağlarında yerləşir: Jeniş Çokusu (keçmiş adı Pobeda zirvəsi və ya Qələbə zirvəsi) 7 439 m və Qırğızıstan-Qazaxıstan sərhəddində yerləşən Xan-Tenqri zirvəsi 7 010 m.[2]
Xan-Tenqri zirvəsinin geoloji hündürlüyü 6 995 metrdir, ancaq onun buz örtüyü ilə birlikdə hündürlüyü 7 010 metrə çatır. Bu səbəbə görə alpinizm dairələrində və SSRİ-də Qar bəbiri mükafatı kriteriyasında bu dağ hündürlüyü 7 000 metrlik zirvə sayılır.
1961-ci ildən 2013-cü ilə qədər 628 nəfərə bu mükafatı qazanıb.[3]