Qarağacyarpaq quşqonmaz

Qarağacyarpaq quşqonmaz (lat. Filipendula ulmaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşqonmaz cinsinə aid bitki növü.

Qarağacyarpaq quşqonmaz
Elmi təsnifat
Beynəlxalq elmi adı

Avropanın əksər ərazilərində, Qərbi və Mərkəzi Sibirdə, Qafqazda yayılmışdır.

Botaniki xarakteristikası

[redaktə | mənbəni redaktə et]

Kökümsovlu çoxillik ot bitkisi olub, hündürlüyü 2 m-ə qədərdir. Kök sistemi saçaqlı, nazik, incə sapaoxşar olmaqla, kök yumruları qalınlaşmışdır. Yarpaqları kəsik-kəsik, lələkvari 2-3(5) hissəyə bölünməklə, neştərvari, kənar seqmentləri mişarabənzər, yuxarı hissəsi yaşıl, aşağı hissəsi ağımtıldan keçəvari tükcüyə qədər dəyişir. Çiçəkləri sarımtıl-ağ, ətirli, süpürgəvarı çiçəkqrupunda cəmləşmişdir. Meyvələri çoxyarpaqlı 6-10-a qədər olub, yapaqları burulan spiralşəkillidir. İyul-avqust aylarında çiçəkləyir, avqust-sentyabr aylarında isə meyvələri yetişir.

Çaybasar çəmənliklərdə, nəmişlik, rütublətli yerlərdə, bataqlıqlarda, çay sahillərində, doğranmış, kəsilmiş meşələrdə, orta dərəcəli kolluqlarda yaşayır. Pöhrəliklər şəklində rast gəlinir.

Çiçəklərini yarpaqsız olmaqla bıçaqla, çapacaq və dəhrə ilə kəsərək səbətə toplamaq lazımdır. Yaxşı ventiliyasiyalı çardax və naveslərdə nazik qatla sərərək qurudulmalıdır. Quruducu şkafda 40°С-yə qədər temperaturda qurutmaq lazımdır.

Bütöv orqanları xammaldır. Quru və işıqdan qorunan yerlərdə (3 il) saxlanılmalıdır.

Tərkibi və təsiri

[redaktə | mənbəni redaktə et]

Çiçəklərinin tərkibində 0,2%-ə qədər efir yağı, salisil turşusunun metil efiri, aşı maddələri, flavonoidlər (spireozid, qlükozid, kverçetin), fenoqlükozid (monotropitin, spirein, izosaliçin), kumarinlər, askorbin turşusu və mikroelementlər vardır.

Hemostatik, hemorroy əleyhinə, diuretik və iltihabsorucu dərmandır.

Çiçəklərindən iltihabsorucu, hemostatik, diuretik, hemorroy, yara və yanıq əleyhinə dərman hazırlanır.

Çiçəkləri bişirmə (1:20 və 1:50) və dəmləmə formasında (1:50 və 1:100) işlədilir. İltihabsorucu, büzücü, yarasağaldıcı, bürüyücü, vanna şəklində, sulu yaralar zamanı quruducu sarğıların qoyulmasında istifadə edilir. Bundan başqa ağız-boğazın qarqara edilməsində, ekzema, trofik yaralarda, qaşınan dermatozlarda və bədənin bişmiş yerlərində istifadə edilir. Babasildə imalə kimi olduqca effektlidir. Qarağacyarpaq quşqonmazın çiçəkləri və xırdalanmış hissəcikləri xammaldır. İltihabəleyhinə və büzücü dərmandır.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Spiraea ulmaria L.
  • Spiraea ulmaria f. tomentosa (Hayne) St.-Lag.
  • Spiraea ulmaria var. tomentosa Hayne
  • Thecanisia ulmaria (L.) Raf. ex B.D.Jacks.
  • Ulmaria ulmaria (L.) Barnhart

Yarımnövləri

[redaktə | mənbəni redaktə et]