Qara Adam (ing. Black Adam) — eyni adlı DC Comics personajına əsaslanan və 2022-ci ildə çıxarılmış ABŞ superqəhrəman filmi. New Line Cinema, DC Films, Seven Bucks Productions və Flynn Picture Company tərəfindən istehsal edilmiş film, 2019-cu ildə təqdim edilmiş "Şazam!" filminin spin-offu, həmçinin DC Genişləndirilmiş Kainatının (DCGK) on birinci filmidir. Adam Ştikel, Rori Heyns və Sohrab Noşirvani tərəfindən yazılmış ssenari əsasında Jaume Kolyet-Serranın rejissorluğu ilə çəkilmiş filmdə rolları Dueyn Conson, Eldis Hodc, Noy Sentineo, Sara Şahi, Marvan Kenzari, Kvintessa Svindell, Pirs Brosnanvə Bodhi Sabonqui canlandırmışlar.
Qara Adam | |
---|---|
ing. Black Adam | |
| |
Janr |
superqəhrəman filmi fantastika döyüş |
Rejissor | Jaume Kolyet-Serra |
Prodüserlər |
Bo Flinn Dueyn Conson Hiram Qarsiya Deni Qarsiya |
İcraçı prodüserlər | Dueyn Conson |
Əsərin müəllifi | DC Comics personajlarına əsaslanıb |
Ssenari müəllifləri |
Adam Ştikel Rori Heyns Sohrab Noşirvani |
Baş rollarda |
Dueyn Conson Eldis Hodc Noy Sentineo Sara Şahi Marvan Kenzari Kvintessa Svindell Pirs Brosnan Bodhi Sabonqui |
Operator | Lorens Şer |
Bəstəkar | Lorn Belf |
İstehsalçılar |
New Line Cinema DC Films Seven Bucks Productions Flynn Picture Company |
Distribütor | Warner Bros. Pictures |
İlk baxış tarixi |
3 oktyabr 2022 (Mexiko, Meksika) 20 oktyabr 2022 (Azərbaycan) 21 oktyabr 2022 (ABŞ) |
Müddət | 124 dəq. |
Büdcə | $195 milyon[1] |
Gəlir | 392.952.111 $[2], 168.152.111 $[2], 24.285.586 $[2], 15.572.084 $[2], 15.410.861 $[2], 15.300.000 $[2], 67.004.323 $[3] |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2022 |
Əvvəlki film | İntiharçılar dəstəsi |
Sonrakı film | Şazam! Tanrıların qəzəbi |
Rəng | rəngli |
Çəkiliş yeri | Atlanta |
IMDb | ID6443346 |
Vikianbarda əlaqəli mediafayllar |
E.ə. 2600-cü illərdə Kandaqın tiran hökmdarı Anh-Kot daşıyıcısına böyük güc verən Sabbak Tacı adlı artefakt yaradır. Maqlar tərəfindən “Şazam” gücü ilə bəxş edilən qul oğlan tiraniyaya qarşı qiyam qaldırır, Tet-Adam adlı qəhrəman kimi məşhurlaşır və Anh-Kotu öldürərək, tiraniyaya son qoyur.
Bizim günlərdə Kandaq İnterdəstə adlı təşkilat tərəfindən sıxışdırılır. Arxeoloq Adrianna Tomaz, qardaşı Kərim və iş yoldaşları Samir və İsmael Qreqorun köməkliyi ilə Sabbak Tacını tapmağa çalışır. Onlar tacı tapdıqda İnterdəstə tərəfindən hücuma məruz qalırlar. Adrianna tacı tapdıqları mağara-zalın döşəməsində yazılmış yazını oxuyur və Tet-Adam hesab etdiyi qədim varlığı oyadır. Həmin varlıq İnterdəstə üzvlərinin bir hissəsini öldürür və arxeoloqları xilas edir.
Baş verən hadisələr ABŞ dövlət təmsilçisi[a] Amanda Uollerin qulağına çatır və o, Karter Holl/Qırğı-adam ilə əlaqə saxlayaraq Amerikanın Ədalət Cəmiyyətini (Kent Nelson/Doktor Feyt, Maksin Hankel/Siklon və Albert “El” Rotşteyn/Atom Dağıdıcı) yenidən yığımağı və oyanmış varlığı tutmuağı buyurur. Amerikanın Ədalət Cəmiyyəti Kandaqa gələrək onun şəhəri dağıtması və İnterdəstə üzvlərini öldürməsinin qarşısını almağa çalışır. Amerikanın Ədalət Cəmiyyəti Adamın tərəfini tutan Kandaq əhalisinə izah etməyə çalışır ki, o, əhalinin düşündüyü kimi qəhrəman olmayıb, əksinə onu dağıdan düşmən olub və buna görə də lənətlənərək mağarada həbs edilib.
İnterdəstənin rəhbəri olduğunu elan edən İsmael, Adriannanın tacı gizlətmiş yeniyetmə oğlu Amonu qaçırır. Adam, Adrianna və Amerikanın Ədalət Cəmiyyəti tacı verərək oğlanı azad etməyə çalışırlar. Onlar İsmaeli tapırlar və o bildirir ki, Kral Anh-Kotun şəcərəsindən gələn son şəxsdir və buna görə də, tacı geyinərək taxta sahib olmalıdır. Adrianna oğlu Amonun həyatını xilas etmək üçün tacı İsmaelə verməli olur. İsmael razılaşmanı pozur və Amona atəş açır, Amonu xilas etməyə çalışan Adam özünə nəzarəti itirir və gücün təsiri ilə ətrafındakı binanı yerlə-yeksan edir. Dağıntı zamanı İnterdəstə üzvləri, o cümlədən İsmael ölür.
Özünü günahkar hiss edən Adam qaçır. Sonradan o, Qırğı-adama bildirir ki, Kandaqın qədim qəhrəmanı Tet-Adam yox, onun atasıdır; Adamın oğlu Xurutun ölümsüz olduğunu bilən düşmənlər onun ailəsini öldürmək qərarına gəlirlər. Evə qayıdan Xurut (Şazam) anasının öldüyünü, atasının isə ölümcül yaralandığını görür. Atasını xilas etmək üçün Xurut Şazam gücünü ona bəxş edir və yeniyetmənin müdafiəsiz olduğunu görən kral oxçuları onu ürəyindən vuraraq öldürürlər. Bundan sonra Şazam gücü qazanmış Adam qisas eşqi ilə saraya gələrək kralı öldürür və qəzəbin gücü ilə sarayı dağıdır. Qədim maqlar Adamın Şazam gücünə layiq olmadığını düşünüdklərindən onu mağarada əbədi həbs edirlər. Kandaqın qəhrəmanı adına layiq olmadığını düşünən Adam, Amerikanın Ədalət Cəmiyyətinə təslim olur, Cəmiyyət üzvləri onu Amanda Uollerə təhvil verirlər. Bundan sonra Doktor Feyt Cəmiyyət üzvlərinin yaxın gələcəkdə öləcəklərini görür. Onlar şəhərə qayıtdıqda başa düşürlər ki, İsmael bilərəkdən Adamı onu öldürməyə sövq edib. Çünki, qədim lənətə görə Sabbak Tacını geyinmiş şəxs öldürüldükdən sonra qədim demonun gücünə sahiblənərək yenidən həyata qayıdır. Sabbak cildində dirilən İsmael yenidən Kandaq taxtını ələ keçirməyə çalışır.
Amerikanın Ədalət Cəmiyyəti Cəhənnəm güclərini Kandaqa cəlb etməyə çalışan Sabbakı dayandırmağa çalışır. Cəmiyyət üzvləri döyüşə gedərkən Doktor Feyt onların qarşısını kəsir və özünü qurban verərək təkbaşına Sabbakla döyüşə gedir. Paralel olaraq o, Amanda Uoller tərəfindən həbs edilmiş Adamı oyatmaq üçün astral proyeksiyasını istifadə edir. Sabbak Doktor Feyti öldürü və bundan sonra onun qoyduğu maneənin yoxa çıxmasından istifadə edəm Amerikanın Ədalət Cəmiyyəti üzvləri mübarizəyə qoşulur. Sonda Adamın köməyi ilə Sabbak məğlub edilir, Cəmiyyət üzvləri Adamın Kandaq müdafiəçisi kimi yeni rolunu qəbul edərək geri qayıdırlar.
Titr ortası səhnədə Uoller proyeksiya vasitəsi ilə Adamla görüşərək onun yeni həbsxanasının Kandaq olduğunu və şəhər sərhədlərindən kənara çıxmağın qadağan edildiyini bildirir. Bundan sonra Supermen gəlir və danışmalı olduqlarını bildirir.