İntiharçılar dəstəsi (film, 2016)

İntiharçılar dəstəsi (ing. Suicide Squad) — DC Comics nəşriyyatının eyniadlı antiqəhrəman komandası əsasında çəkilmiş 2016-cı il istehsalı superqəhrəman filmi.[5] Filmin rejissoru və ssenaristi Devid Eyerdir. Filmin rollarında Uill Smit, Cared Leto, Marqo Robbi, Yuel Kinnaman, Viola Devis, Cay Kortni, Cey Ernandes, Adevale Akinnuoye-Aqbace, İke Barinholtz, Skott İstvudKara Delevin çıxış etmişdirlər. "İntiharçılar dəstəsi" filmində Amanda Uollerin başçılıq etdiyi gizli hökumət agentliyinin təhlükəli qara əməliyyatlara göndərmək və dünyanı güclü təhdiddən xilas etmək üçün supercinayətkarlardan ibarət komanda qurmasından bəhs edilir.

İntiharçılar dəstəsi
ing. Suicide Squad
Filmin afişası
Filmin afişası
Janr superqəhrəman filmi
fantastika
döyüş
komediya
Rejissor Devid Eyer
Prodüserlər Çarlz Roven
Riçard Sakli
İcraçı prodüser Ceff Cons[d]
Əsərin müəllifi DC Comics
Ssenari müəllifi Devid Eyer
Baş rollarda Uill Smit
Cared Leto
Marqo Robbi
Coel Kinneman
Viola Devis
Cay Kortni
Cey Ernandes
Adevale Akkinuoye-Aqbace
İke Barinholtz
Skott İstvud
Kara Delevin
Operator Roman Vasyanov
Bəstəkar Stiven Prays
İstehsalçılar DC Entertainment
RatPac-Dune Entertainment
Atlas Entertainment
Distribütor:
Warner Bros.
Distribütor InterCom[d][4], Warner Bros., Netflix
İlk baxış tarixi 1 avqust 2016
(Bekon kinoteatrı, Nyu-York)
5 avqust 2016
(ABŞ)
4 avqust 2016
(Azərbaycan[1])
Müddət 123 dəq.
Büdcə 175 milyon $[2]
Gəlir 636 milyon $[3]
Ölkə ABŞ ABŞ
Dil ingilis dili
İl 2016
Əvvəlki film Betmen Supermenə qarşı
Sonrakı film Ecazkar qadın
Rəng rəngli
IMDb ID1386697
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Warner Bros. Pictures filmin istehsalına 2009-cu ilin fevralında başlamışdır. 2014-cü ilin sentyabrında Devid Eyer filmin rejissoru və ssenaristi təyin olunmuşdur və oktyabr ayında aktyor və aktrisa seçimləri başlamışdır. Əsas çəkilişlər 13 aprel 2015-ci ildə Ontario əyalətinin Toronto şəhərində başlamış və həmin ilin avqust ayında İllinoys ştatının Çikaqo şəhərində başa çatmışdır.

"İntiharçılar dəstəsi" filminin premyerası 1 avqust 2016-cı ildə Nyu-York şəhərində baş tutmuşdur və 5 avqust 2016-cı ildə ABŞ-də 2D, 3D və IMAX 3D formatlarında buraxılmışdır. Yaxşı debütdən sonra film bütün dünyada 636 milyon $ gəlir əldə etmişdir. Ümumilikdə film tənqidçilər tərəfindən mənfi rəylər almışdır: onlar ssenarini qarışıq, personajları "incə-yazılmış" hesab etmişdirlər. Buna baxmayaraq, Marqo Robbinin performansı yüksək qiymətləndirilmişdir.[6][7][8]

"Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində Supermenin ölümündən sonra Amanda Uoller Belle Reve həbsxanasında saxlanılan təhlükəli cinayətkarlardan ibarət "Task Force X" adlı komanda yığır. Komandanın tərkibinə əla nişançı Dedşot, keçmiş psixoloq Harli Kvinn, pirokinetik keçmiş qanqster El Diablo, mağaza soyğunçusu Kapitan Bumeranq, genetik mutant Qatil Krok və təcrübəli qatil Slipknot cəlb edilir. Polkovnik Rik Fleqin başçılığı altında toplanılan bu komanda ABŞ hökuməti üçün çox təhlükəli əməliyyatlara getməlidir. Hər bir komanda üzvünün boynuna nanobomba yerləşdirilir: əgər kimsə qaçmaq və üsyan etmək istəsə, bu bomba sayəsində öldürüləcək.

Uoller üçün xidmət göstərənlərdən biri də Fleqin sevgilisi, bədəni "Cadugər" adlı ifritə-ilahə tərəfindən ələ keçirilmiş arxeoloq Cun Mundur. Lakin tezliklə Cadugər onu həbs etdiklərinə görə Uollerə xəyanət edir, mistik bir silahdan istifadə edərək bütün bəşəriyyəti məhv etmək qərarına gəlir. O, Midvey-Sitininin nəzarətini ələ keçirir, əhalisini bədheybətlərə çevirərək özü üçün ordu qurur və ona kömək etməsi üçün qardaşı İnkubusu çağırır. Uoller şəhərin terror hücumu altında olduğunu bildirirək komandanı Midvey-Sitiyə göndərir.

Yola düşməzdən əvvəl onlara Fleqin cangüdəni olan və mistik qılıncdan istifadə edən Katana qoşulur. Harli Kvinnin cinayətkar sevgilisi Coker onun düşdüyü çıxılmaz vəziyyəti başa düşür. Coker Belle Reve Təhlükəsizlik Əməkdaşı Qriqzə işgəncə edərək ona nanobombaların istehsal olunduğu müəssisəni göstərməyə məcbur edir. Orada proqram üzərində işləyən alimlərdən birinə şantaj edərək Harlinin nanobombasının deaktiv edilməsinə nail olur. Bu zaman komandanın vertolyotu vurulur və komanda hədəfə piyada getməyə məcbur olur. Kapitan Bumeranq Slipknotu inandırır ki, nanobomba söhbəti əslində yalandır və əslində qaça bilərlər. Slipknot qaçmağa çalışır, lakin Fleq nanobombadan istifadə edərək onu öldürür. Bu zaman komanda Cadugərin əlaltılarının hücumuna məruz qalır. Onlra nəhayət bu bədheybətlərdən qurtulub təhlükəsiz yerə çata bilirlər, lakin orada əsl hədəflərinin əslində baş verənləri ört-basdır etməyə çalışan Uoller olduğunu öyrənirlər.

Komanda Uolleri onu aparmağa gələn vertolyotun yanına qədər müşayiət edir, lakin vertolyotun Coker və onun adamları tərəfindən qaçırıldığı məlum olur. Coker və adamları komandaya atəş açırlar, bu zaman Harli vertolyota minir. Uollerin adamları vertolyatu düşürürlər və qəza nəticəsində Cokerin öldüyü zənn edilir. Sağ qalan Harli isə komandaya yenidən qoşulmağa məcbur olur. Uollerin harada olduğundan xəbər tutan Cadugər əlaltılarını göndərib onu ələ keçirir. Dedşot Uollerin məxfi sənədlərini tapır və Cadugər haqqındakı həqiqəti öyrənir. Fleq həqiqəti onlara danışmağa məcbur və bu, komanda üzvlərinin onu tərk etməsi ilə nəticələnir. Artıq Uoller əmr vermək imkanında olmadığına görə Fleq komandanı əməliyyatdan azad edir, lakin davam etməyi seçir. Özlərini təsdiqləmək imkanına malik olduqlarını dərk edən komanda üzvlərini yenidən ona qoşulmağa qərar verirlər və Cadugərin qismən sular altında qalan metro stansiyasına yollanırlar. Qatil Krok və ABŞ HDQ-nin Xüsusi Təyinatlıları leytenant Edvardsın başçılığı altında Cadugərin qardaşının altına bomba yerləşdirməyə gedirlər. Bomba partlayana qədər vaxt qazandırmaq üçün El Diablo bütün gücünü sərbəst buraxır, lakin sonda hər ikisi, eləcə də, Edvards ölür.

Komandanın qalan üzvləri Cadugərə qarşı döyüşməyə başlayırlar, lakin sonda məğlub olurlar. Cadugər onunla müttəfiq olacaqları halda istədikləri arzunu yerinə yetirəcəyini bildirir. Harli özünü guya onun təklifi ilə maraqlanırmış kimi göstərir, lakin əsl məqsədi kifayət qədər yaxınlaşıb onun ürəyini kəsib çıxarmaqdır. Qatil Krok Cadugərin silahına partlayıcılar atır və Dedşot partlayıcılara atəş açaraq silahı məhv edir. Fleq Cadugərin ürəyini götürüb əzir və Cunu lənətdən azad edir. Sağ qalan Uoller yenə komanda üzvlərini Belle Reve həbsxanasına qaytarır və verdikləri xidmətlərə görə məhkumluq müddətlərini 10 il azaldır. Kapitan Bumeranqdan başqa hər bir üzvə xüsusi üstünlük verilir. Qəzadan sağ çıxan Coker həbsxanaya basqın edir və Harli ilə yenidən birləşir. Əlavə səhnələrdə Brüs Ueyn Uoller ilə görüşüb onu qoruyacağına söz verir, əvəzində isə hökumətin genişlənməkdə olan metainsan cəmiyyəti haqqındakı məxfi sənədləri ilə tanış olmaq istəyir.

"İntiharçılar dəstəsi" filmin aktyor və aktrisaları 2016 San Diego Comic-Con International tədbirində. Soldan sağa: Uill Smit, Marqo Robbi, Cared Leto, Viola Devis, Yuel Kinnaman, Skott İstvud, Adevale Akinnuoye-Aqbace, Cay Kortni, Cey Ernandes, Kara Delevin və Adam Biç
Əla nişancı və sui-qəsdçi. Muzdlu əsgər kimi fəaliyyət göstərən və pul qazanan Dedşot "ova çıxmağı" çox sevir, lakin hələ qızı üçün ən yaxşını etməyə çalışır.[10]
Psixopat supercinayətkar. Leto öz rolunu "təqribən Şekspir tərzində" və "bir personajın gözəl fəlakəti" ifadələri ilə təsvir etmişdir Super cinayətkarı təsvir edərkən Leto bildirir: "Mən olduqca dərin dalış etdim. Amma bu unikal fürsət idi və bunu başqa bir yolla etməyi təsəvvürümə gətirə bilmirdim. Bu cür psixoloji oyunları oynamaq əyləncəli idi. Amma eyni zamanda çox əzabverici idi." Leto roluna hazırlaşmaq məqsədilə vaxtını tək keçirirdi, 1920-ci illərin gospel musiqilərinə qulaq asırdı (Let bildirmişdi ki, Coker insanların düşündüyündən də yaşlı ola bilər), şamanizm haqqında ədəbi əsərlər oxuyurdu. Personajın görünüşünə təsir edən başqa amillər Meksika kartel bosları və Alexandro Xodorovskinin əsəri idi. Leto qeyd etmişdi ki, roluna hazırlaşmaq üçün həkimlərlə danışmış və psixopatlarla vaxt keçirmişdir. Personaja tatular əlavə etmək Eyerin fikri idi. O düşünürdü ki, bu, Cokerə daha müasir qanqster görünüşü verəcəkdi.
Ruhi sağlamlığı pozulmuş supercinayətkar və keçmiş psixoloq. Prodüser Riçard Sakli personajı "bir fanat sevimlisi. Əyləncəli, dəli, qorxulu. ... Onun etdiyi fərqli şeyləri təsvir etmək üçün kifayət qədər sifət tapa bilməzsiz" ifadələri ilə təsvir etmişdir.[12] Robbi Kvini komandanın ən manipulativ personajlarından biri, Cokeri ilə münasibətlərini "inanılmaz dərəcədə disfunksional" adlandırmışdır və əlavə etmişdir ki, Kvin "onun kimi dəlidir, tamamilə, dəli. O, çılğındır. Amma o, onu sevir. Və bu həqiqətən də xəstə, disfunksional münasibətdir. Lakin həm də asılılıq yaradan."[13]
ABŞ Hərbi Akademiyasının məzunu və ABŞ Ordusunun Xüsusi təyinatlı qüvvələrinin polkovniki. İntiharçılar dəstəsinə o rəhbərlik edir. Amanda Uollerin əmrlərini yerinə yetirir, lakin bəzən onun məqsədləri və metodları ilə razılaşmır. Rolu ifa etmək əvvəlcə Tom Hardiyə həvalə olunmuşdur, lakin planlaşdırma anlaşılmazlıqlarına görə Hardi layihədən çıxmışdır.
Komandanı toplayan və onlara əmr verən hökumət işçisi.[12] Ambisiyalı və hiyləgər olan Uollerin böyük planları var and yoluna heç kimin çıxmamasını çalışır. Devis personajın gücünü və psxilogiyasını vurğulayaraq ona heyran olduğunu bildirmiş, onu "güclü qara qadın, çətin, istədiyi kimi hər kəsə atəş açmağa hazır" kimi təsvir etmişdir. O, Uolleri "cinayətkarlıqda amansız" kimi təsvir etmiş və onun güclərinin "ağlından və suçluluq hissi duymamasında" yatdığını demişdir. Devis roluna hazırlaşmaq üçün M.E.Tomasın "Psixopatın etirafları" avtobioqrafiyasını oxumuşdur.
Kəskin bumeranqlardan istifadə edən peşəkar oğru. Kobud, sağ solu bəlli olmayan və çoxdanışan kimi təsvir edilir. Rolu haqqında Kortni bildirmişdir: "o tamamilə boqandır. Devid Eyerin ilk təlimatı 'içindəki alçağı tap' idi.
Keçmiş Los-Anceles qanqsteri. Əsas gücü alovu idarə etmək və iblisə bənzər dəhşətli varlığa çevrilməkdir. El-Diablo güclərinə tam nəzarət edə bilmədiyindən uşaqlarını və həyat yoldaşını öldürüb, buna görə özündən nifrət edir. Onun şəxsiyyəti digər komanda yoldaşlarından fərqlənir, çünki o sadəcə döyüşdən qıraqda olmaq istəyir.
Dəri problemlərindən əziyyət çəkən supercinayətkar. Sürünənlərə xas xüsusiyyətlər qazanıb. Akinnuoye-Aqbace personajı "hiddətli kannibal" adlandırmışdır.
Bədəni qədim ilahi varlıq tərəfindən ələ keçirilmiş arxeoloq. Həmin varlıq onu cadugərə çevrilməyə məcbur edir. Daha sonra bu varlıq Uollerin diqqətini çəkir. Delevin Munu "həmişə həyəcan axtaran macəraçı", Cadugəri isə "vəhşi varlıq" olaraq təsvir etmişdir. Əvvəlcə komandaya daxil edilmək istənsə də, Cadugər insanların ona etdiklərinə görə bəşəriyyətdən qisas almaq qərarına gəlir və məqsədinə çatmaq üçün qardaşını da çağırmaqdan çəkinmir.
Döyüş sənətləri ustası və qılıncoynadan. Rik Fleqin cangüdəni və dostudur. Özü ilə mistik qılınc gəzdirir. Bu qılınc qurbanların ruhlarını özündə həbs edə bilir. Komandaya könüllü qoşulduğundan cinayətkar deyil, nanobomba gəzdirmir. Fukuhara bildirmişdi ki, Katananın "mənəviyyatı and prinsipləri var. O hətta yüzlərlə insanı bir nəfəsə doğrayıb kəsə bilər."[15] Katana ərinin ölümü üçün yas tutur.
Komanda üzvlərinin saxlandığı Belle Reve həbsxanasının təhlükəsizlik əməkdaşı.
Dəniz donanmasının leytenantı. Komandanın əməliyyatı zamanı Fleqə kömək edir. Eyer rol üçün əvvəlcə "Qəzəb" filmindən Şaya LaBafı uyğun görmüşdü, lakin studiya aktyor ilə maraqlanmamışdı.[16]
Mudzlu əsgər. Kəndirlədən istifadə edərək daha tez hərəkət etməkdə ustalaşmışdır.

Ben AfflekEzra Miller "Betmen Supermenə qarşı: Ədalətin şəfəqi" filmində olduğu kimi bu filmdə də kameo səhnələrində Brüs Ueyn / BetmenBarri Allen / Fleş rollarını canlandırdılar. Bundan əlavə, Ceyson Momoa da filmdə Artur Körri / Akvamen kimi görünmüşdür.[17][18][19] Eyer Betmenin filmdəki rolunu "görkəmli" adlandırmış və onun cinayətkarların baxış bucağından qorxuducu simvol kimi təsvir edildiyini qeyd etmişdir.[20] Alain Çanoyn Cadugərin qardaşı, əvvəlcə məsum bir biznesmenin bədənini ələ keçirən, daha sonra daha iki nəfərlə "birləşərək" bədənini möhkəmləndirən və bacısına dünyanı yox etməyə kömək edən İnkubusu canlandırmışdır.[21] Cim ParrakCommon Cokerin əlaltıları Conni Frost[15] və Bədheybət T rollarında çıxış etmişdirlər.[22] Şaylin Pyer-Dikson Dedşotun qızı Zoe Louton rolunu, Korina Kalderon isə Diablonun həyat yoldaşı Qreys Santana rolunu ifa etmişdir.[23][24] Devid HarborAleks Meraz isə uyğun olaraq, Dekster Tolliver adlı hökumət işçisini və Qomes adlı hərbi donanma əsgərini canlandırmışdılar.[25][26]

Çıxarılması

[redaktə | mənbəni redaktə et]

“İntiharçılar dəstəsi” filminin premyerası 1 avqust 2016-cı ildə Nyu-York şəhərindəki Bekon kinoteatrında baş tutmuşdur. Filmin kinoteatr çıxışı ABŞ-də 5 avqust 2016-cı ildə baş tutmuş, film 2D, 3D və IMAX 3D formatlarında çıxarılmışdır.[27]

$175 milyon (təbliğat və reklam xərcləri də daxil olmaqla $325 milyon) büdcəsi olan “İntiharçılar dəstəsi” filmi 18 sentyabr 2016-cı il tarixinə kimi Şimali Amerikada $313.8 milyon, digər ərazilərdə $406 milyon, ümumilikdə $719.8 milyon gəlir əldə etmişdir.[3][28][29] 2016-cı ilin mart ayında çıxarılmış “Betmen Supermenə qarşı: Ədalətin şəfəqi” filmi tənqidçilər tərəfindən mənfi qarşılandığına və zəif gəlir nəticələri göstərdiyinə görə, “İntiharçılar dəstəsi” filmi izləyicilər tərəfindən həvəslə gözlənilirdi.[2] Film açılış günü 59 ölkədən $267.1 milyon, IMAX qlobal debütündən isə $18.2 milyon gəlir əldə etmişdir ki, bu da avqust ayı üçün rekord nəticədir.[30] Bu göstərici həmçinin “Ədalətin şəfəqi” filmindən ($422.5 milyon) sonra DC-nin ikinci ən yaxşı dünya debütü nəticəsi və yeddinci ən yaxşı superqəhrəman filmi nəticəsi olmuşdur.[31] “The Hollywood Reporter” qeyd edir ki, “Ədalətin şəfəqi” Çində arzulanan çıxış tarixi əldə edə bilsə də, “İntiharçılar dəstəsi” filminin belə bir uğuru olmamışdır.[32]

Şimali Amerikada

[redaktə | mənbəni redaktə et]
1996-cı ildə çıxarılmış Müstəqillik günü filminin rekord nəticəsini geridə qoyan İntiharçılar dəstəsi Uill Smitin karyerasının ən böyük filmi olmuşdur.[33][34]

Birləşmiş ŞtatlarKanada üçün açılış həftəsi gəlir proqnozları $100-$150 milyon arasında dəyişirdi.[35][36][37][38][39] Film 4.255 kinoteatrda açılış etmişdir ki, bu da avqust ayının ən böyük göstəricisidir. Bu kinoteatrlardan 328-i IMAX, 490-ı geniş formatlı ekran, 270-i drayv-ins, 180-i D-Box, 200-ü isə lüks kinoteatrlar olmuşdur.[40] Bilet satış saytı “Fandango”-nun məlumatına görə “İntiharçılar dəstəsi” avqust ayının ən böyük öncədən satış nəticəsini göstərmişdir. 5 avqust 2016-cı ildə, cümə günü film, 11.000 ekrandan $65.1 milyon gəlir əldə etmişdir ki, bu da avqust ayının ən böyük açılışı və tək gün nəticəsi, 2016-cı ilin üçüncü ən böyük açılış günü nəticəsidir.[41] Bundan başqa IMAX ekranlardan əldə edilən $5.8 milyon gəlir yeni avqust rekordudur.[42] Bu filmin cümə axşamı gəlirindən əldə edilmiş $20.5 milyon gəlirə daxil olmaqla avqust ayının ən böyük əvvəlcədən baxış gəliri, eyni zamanda ikinci ən böyük sikvel olmayan film gəliri (Poladdan adam filmindən sonra) olmuşdur. IMAX gəliri bu göstərici içərisində $2.4 milyon (12%) təşkil edir.[43][44] Bu göstəricilər “Betmen Supermenə qarşı” və “Qara cəngavər:Əfsanənin dirçəlişi” filmlərinə oxşasa da, İntiharçılar dəstəsi filminin gəlirləri cümə və şənbə günü aşağı düşərək $38.8 milyon (41% aşağı düşüş) təşkil etmişdir.[31][45] Ümumilikdə açılış həftəsinin sonunda film $133.7 gəlir əldə edərək avqust ayının rekord nəticəsini göstərmiş, “Qalaktika gözətçiləri” filmi və Uill Smitin karyerasının (Mən əfsanəyəm filminə görə) rekord nəticələrini geridə qoymuşdur. Bu həm də “Aclıq oyunları” filmindən ($152 milyon) sonra bütün zamanların ikinci ən böyük debütü, ilin dördüncü ən böyük debütü və Warner Bros. şirkətinin beşinci ən böyük debütü olmuşdur.[31][45] IMAX formatda film 382 kinoteatrdan $11 milyon gəlir əldə etmişdir ki, bu nəticə də “Qalaktika gözətçiləri” filminin nəticəsindən cəmi $200,000 az olmuşdur. Lakin, premium geniş formatlı ekranlardan film $13 milyon toplayaraq “Qalaktika gözətçiləri” filminin göstəricisini $7.6 milyon geridə qoymuşdur. Cinemark XD ekranlardan film $3.2 milyon gəlir əldə etmişdir ki, bu da bütün zamanların altıncı ən böyük açılış göstəricisidir.[31]

İntiharçılar dəstəsi filminin göstəriciləri Warner Bros. şirkətinə ardıcıl olaraq on altıncı il Şimali Amerikada gəlir nəticələrini $1 milyard çərçivəsində saxlamağa kömək etmişdir. Film həm də maksimum avqust nəticələrinin $221.3 milyon kimi müəyyənləşdirilməsinə səbəb olmuşdur. İntiharçılar dəstəsi filmindən əvvəl Şimali Amerikada tək həftəsonu gəlirləri avqust ayında heç vaxt $200 milyonu keçməmişdi.[31][46][47] İntiharçılar dəstəsi filminin açılış həftəsi gəlirləri 76% 35 yaşdan aşağı izləyicilər əsasında formalaşdırılmışdır.[48] İzləyicilərin 41%-ni afroamerikanlar təşkil etmişdir.[48]

Rekordlu açılış həftəsonundan sonra avqust ayının ən böyük bazar ertəsi gəlirini əldə edən İntiharçılar dəstəsi filminin gəlirləri 56.5% aşağı düşərək $13.1 milyon təşkil etmişdir. Bu nəticə ilə İntiharçılar dəstəsi “Qalaktika gözətçiləri” filminin $11.7 milyon gəlir nəticəsi ilə əldə etdiyi rekordu geridə qoymuşdur.[49][50] Çərşənbə axşamı film, həmin gün üçün ən böyük avqust gəlirini əldə etmişdir. Onun $14.3 milyonluq gəliri bazar ertəsinin gəlirindən 9% çox olmuşdur.[51] Film avqust tarixində ən böyük cümə, şənbə, bazar, bazar ertəsi və çərşənbə axşamı gəlirini əldə etmişdir.[52] İntiharçılar dəstəsi ilk çıxış həftəsində $179.1 milyon gəlir əldə etmişdir ki, bu da 2016-cı ilin dördüncü ən böyük göstəricisidir.[53] İkinci cümə günü film ümumilikdə $13.4 milyon gəlir əldə etmişdir ki, bu da gəlirlərin 79% aşağı düşməsi deməkdir. Bu nəticə ikinci cümə günü gəlirləri 81% aşağı düşən “Bütmün Supermenə qarşı” filminin nəticəsindən bir qədər yaxşıdır.[54] İlk çıxış həftəsonunu birinci yerdə başa vuran film, ikinci həftəsonunda 67.2% geriləmə ilə $43.8 milyon gəlir əldə etmişdir ki, bu da ən böyük ikinci avqust həftəsonu göstəricisidir. “Sosis ziyafəti” animasiya filmi ilə rəqabətdə olmasına baxmayaraq film ikinci həftə də birinciliyi saxlamağa nail olmuş və cəmi on gün ərzində $200 milyon gəlir nəticəsini geridə qoymuşdur.[55] Lakin, filmin gəlir düşüş göstəricisi, kinematoqrafiya tarixində ən böyük studiya superqəhrəman filmi və Warner Bros. şirkəti üçün ən böyük düşüş nəticəsi olmuşdur ki, “The Hollywood Reporter” “Betmen Supermenə qarşı” filminin gəlirlərinin ikinci həftədə 69% azalmasını nəzərə alaraq İntiharçılar dəstəsi filminin göstəricisini “təkrar və təkrar deja vyu” adlandırmışdır. İkinci həftəsonu enişi 2016–cı ilin yayının ikinci ən böyük eniş nəticəsi olmaqla, yalnız “Varkraft” filminin 70%-lik tarixi eniş göstəricisindən geri qalmışdır. Gəlir göstəricilərinin bu cür qəfildən aşağı düşməsinə səbəb kimi tənqidçilərin filmə mənfi rəylər verməsi, kinomanlar arasında ümumi apatiya və filmlər arasında rəqabət göstərilmişdir.[56][57]

Güclü rəqabətin olmasına baxmayaraq, İntiharçılar dəstəsi filmi üçüncü həftəsində də gəlir gətirməyə davam etmişdir və 2016-cı ildə belə göstəricini yalnız “Dedpul”, “Zootopiya”, “Cəngəllik kitabı” və “Dorinin axtarışında” filmləri göstərə bilmişdir. Üçüncü həftədə göstəricisi 52.1% aşağı düşən film $20.9 milyon gəlir gətirmişdir. Üçüncü həftəsonu 2016-cı ilin üçüncü ən yaxşı canlı-ekşn supürqəhrəman filmi nəticəsini göstərmişdir. Yalnız “Dedpul” filminin göstəricisi 44.9% enişlə İntiharçılar dəstəsi filminin nəticəsini geridə qoymuşdur. Üçüncü həftə gəlir azalmasına görə İntiharçılar dəstəsi filmi 2016-cı ildə çıxarılmış “Kapitan Amerika: Vətəndaş müharibəsi” (-54%), Betmen Supermenə qarşı (-54.5%) və “X-adamlar: Apokalipsis” (-56%) filmlərindən yaxşı nəticə göstərmişdir.[58][59][60] Üç həftə birinciliyi saxladıqdan sonra dördüncü həftəsində İntiharçılar dəstəsini birincilikdə “Nəfəs alma” filmi əvəz etmişdir.[61] Beşinci həftəsində film -20% gəlir azalması ilə ilin ən yaxşı nəticəsini göstərmiş[62][63] və çıxarılmasının otuz ikinci günündə $300 milyon gəlir göstəricisini keçmişdir.[64]

Şimali Amerikadan kənarda

[redaktə | mənbəni redaktə et]

Şimali Amerikada debütü ilə paralel İntiharçılar dəstəsi filmi 57 ölkədə (film bazarının 70%-i) – o cümlədən Fransa, Cənubi Koreya, Avstraliya, RusiyaMDB ölkələri, Braziliya, Birləşmiş Krallıq, İrlandiya, İspaniyaMeksikada 3 avqustdan etibarən satışa çıxarılmışdır. Filmin bu ərazilərdə $85 — $120 milyon arası gəlir gətirməsi planlaşdırılırdı ki, bu da avqust ayı üçün yeni debüt rekordu ola bilərdi.[41][65] Deadline.com portalının qeyd etdiyinə görə Qalaktika gözətçiləri filmi kimi, İntiharçılar dəstəsi filminin də mövzusu beynəlxalq aləmdə məşhur deyildir, lakin, Uill Smit kimi məşhur ulduzların filmdə rol alması onun gəlirliyinin artırılmasına təsir edə bilər.[41] 3 avqust 2016-cı ildə, çərşənbə günü 7 ölkədə açılış edən film $8.1 milyon gəlir gətirmişdir.[66] 4 və 5 avqustda 50-dən çox ölkədə açılış edən film $53.8 milyon, 57 ölkədən 3 gün ərzində ümumilikdə $64.6 milyon gəlir gətirmişdir.[66] 7 avqustda, bazar günü 57 ölkənin 17,630 ekranından film $133.3 milyon gəlir əldə etmişdir ki, bu da keçən avqustda “Qalaktika gözətçiləri” filminin göstərdiyi rekord nəticədən demək olar ki, iki dəfə çoxdur.[67] Film həm də $7 milyon məbləğində IMAX açılışı nəticəsi göstərmişdir.[68] İkinci həftəsonunda 62 ərazinin 15,600 ekranından gəlirləri 57% aşağı düşən film $58.7 milyon qazanmışdır. İki həftə kino bazarında birinciliyi saxlamasından sonra üçüncü həftəsonunda İntiharçılar dəstəsi filmi birinciliyini “Ev heyvanlarının gizli həyatı” animasiya filminə vermişdir.[69]

Film, Warner Bros. şirkətinin Rusiyada ən böyük açılış günü gəliri ($3.9 milyon), Birləşmiş Krallıqİrlandiyada ($6.2 milyon), Braziliya ($3 milyon), Cənubi Koreya ($2.9 milyon, həm də Warner Bros. şirkətinin ikinci ən böyük açılış günüdür), Fransa ($2.7 milyon), İsveç ($564,000) və Hollandiya ($517,000, həmçinin ilin ən böyük açılış günü) ən böyük avqust açılış günü nəticəsini göstərmişdir.[66] Meksikaİspaniyada film müvafiq olaraq $3.9 və $1.4 milyon gəlirlə açılış etmişdir.[66] Açılış həftəsinin yükunlarına görə film Warner Bros. şirktinin Rusiyada bütün zamanların ən böyük açılış günü nəticəsinə ($11.4 milyon) nail olmuşdur. Braziliyada, 2016 Yay Olimpiya Oyunlarının keçirilməsinə baxmayaraq, film $11.75 milyon gəlirlə açılış edərək bütün zamanlarda avqustun ən böyük açılış həftəsonu, Uill Smitin ən böyük açılışı və dördüncü ən böyük superqəhrəman filmi açılışı olmuşdur. Açılış göstəricilərinə görə İntiharçılar dəstəsi həmin ərazidə studiyanın ikinci ən böyük nəticə göstərən filmi olmuşdur.[67] Cənubi Koreyada da güclü başlanğıc edən film, yalnız yerli istehsal olan Son şahzadəXromit əməliyyatı filmlərindən geri qalaraq üçüncü yerdə debüt etmişdir. Beş gün (çərşənbədən bazar gününə kimi) ərzində film $10.8 milyon gəlir əldə etmişdir.[67][70] 573 kinoteatrdan £11.25 milyon ($14.8 milyon) gəlirlə film Birləşmiş Krallıq və İrlandiya ərazisində ən böyük bazar nəticəsinə nail olmuşdur. Betmen Supermenə qarşı: Ədalətin şəfəqi (£14.62 milyon) və Kapitan Amerika: Vətəndaş müharibəsi (£14.47 milyon) filmlərindən sonra İntiharçılar dəstəsi filmi Birləşmiş Krallıqda ilin üçüncü ən böyük açılış edən filmi olmuşdur. İntiharçılar dəstəsi həm də 2014-cü ildən bəri avqustda çıxarılmış və £3 debüt gəliri əldə etmiş ilk film olmuşdur.[67][71] Bundan başqa, İntiharçılar dəstəsi Avstraliya ($10.5 milyon), Meksika ($10.4 milyon) və Argentinada ($2.5 milyon) ən böyük avqust açılışı olmuşdur. İspaniyada $3.4 milyon gəlirlə DC.-nin ən böyük açılışı olmaqla yalnız Ev heyvanlarının gizli həyatı animasiya filmindən geri qalmışdır. Fransada isə film $7.9 milyonla açılış etmişdir.[67] Hindistanda 462 ekrandan $1.8 milyon gəlir əldə edən film yerli istehsal olmayan filmlər arasında birincilik əldə etmiş, eyni zamanda yayıma girmiş “Ceyson Born” (1,027 ekrandan $1.1 milyon gəlir) filmini də geridə qoymağa nail olmuşdur. Sonradan filmin iki qat çox ekranda yayımlanmasına baxmayaraq, İntiharçılar dəstəsi birinciliyini saxlamağa nail olmuşdur.[72] İtaliyada film ilk iki açılış günündə $2.2 milyon gəlir əldə etmişdir ki, bu da həmin ərazi üçün Uill Smitin ən böyük açılış nəticəsidir.[68] Almaniyada film $6.9 milyon gəlirlə birinci yerdə açılış etmişdir.[69] Film üçün son bazar olan Yaponiyada debüt gəliri $3.6 milyona bərabər olmuşdur.[73] Burada film, yerli istehsal olan "Sənin adın" animesindən sonra ikinci yeri (yeni çıxışlar arasında birinci yeri) tutmuşdur. "Variety" jurnalının ehtimalına görə bu cür inamlı açılışdan sonra film həmin ərazidə $20 milyon gəlir gətirməli idi.[74] Bu vaxta kimi film həmin ərazidən $9.4 milyon gəlir gətirmişdir.[75]

Ümumi gəlir nəticələrinə görə Şimali Amerikadan kənarda İntiharçılar dəstəsinin ən yaxşı gəlir göstəriciləri Birləşmiş Krallıq və İrlandiya ($43.3 milyon), Braziliya ($35.1 milyon) və Meksikada ($27.1 milyon) qeydiyyata alınmışdır.[73] İki həftə ərzində İntiharçılar dəstəsi “Ədalətin şəfəqi” filmindən sonra Braziliyada Warner Bros. şirlətinin ikinci ən böyük gəlirli filminə çevrilmişdir.[76]

Tənqidçilərin mövqeyi

[redaktə | mənbəni redaktə et]

İntiharçılar dəstəsi film tənqidçilərdən əsasən mənfi rəylər almışdır.[77][78][79] Rotten Tomatoes rəy aqqreqatorunda intiharçılar dəstəsi 287 tənqidçinin rəyinə əsasən 26% reytinqlə 4.7/10 bal almışdır. Sayt tənqidçilərinin ortaq rəyində deyilir: “İntiharçılar dəstəsi DC-nin əvvəlki filmləri ilə müqayisədə daha istedadlı aktyor heyəti və bir qədər çox yumora malik olsa da, bunlar, qarışıq süjet xətti, zəif işlənmiş simvollar və yarıtmaz rejissor işinin meydana gətirdiyi yekun nəticəni xilas etmək üçün kifayət deyildir.”[80] Metacritic rəy aqqreqatorunda film tənqidçinin rəyinə əsasən normallaşdırılmış reytinqlə 40/100 balla qiymətləndirilmişdir.[81] CinemaScore tərəfindən keçirilmiş izləyici sorğusunda film A+-dan F-ə qədər olan şkalada B+-la qiymətləndirilmişdir.[82]

“Rolling Stone”dan Piter Travers yazır ki, DC Comics İntiharçılar dəstəsi ilə caniləri cinayətkarlıqla mübarizəyə sövq edərək fərqli bir şey etməyə çalışda da, nəticə uğurlu olmamışdır.”[83] “Vanity Fair”dən Riçard Lavson deyir ki, “İntiharçılar dəstəsi sadəcə olaraq pisdir. O, axmaq və darıxdırıcıdır, filmdə yüksək həddə fetişləşdirilmiş şiddəti təmsil edən toksik kombinasiya isə heyrətləndirici tabu effekti yaratmır.”[84] “The Wall Street Journal”da dərc edilmiş məqaləsində co Morgenstern filmi sərt tənqid edərək deyir ki, “İntiharçılar dəstəsi sözlərindən biri treşdir, iki söz birlikdə isə axmaq treşdir.” Daha sonra, o əlavə edir ki, “film əyləncə anlayışına qarşı total hücumdu” və filmi “məsuliyyətsiz yaradıcılq məhsulu” adlandırır.[85]

“Entertainment Weekly”dən Kris Naşavati filmi B- reytinqi ilə qiymətləndirərək deyir ki, “İntiharçılar dəstəsi qazlı, pank-rok əhvalı ilə başlasa da, dönüş edərək səthi və məlum formulalar əsasında qurulmuş hadisələrlə tamamlanır”Cared Letonun “qarət səhnəsi”ni Cokerinboş” və “periferiya ilə dolu” təqdimatı adlandırır. Son olaraq, o vurğulayır ki, “DC üçün İntiharçılar dəsəti irəliyə atılmış kiçik bir addım olsa da, əslində böyük bir sıçrayışa çevrilə bilərdi.”[86]IGN” filmi 5.9/10 balla qiymətləndirərək qeyd edir ki, “İntiharçılar dəstəsi filmi “Betmen Supermenə qarşı” filmindən qəti şəkildə fərqlənir. O, təxribatçılığı, gülməli və stilli olması ilə fərqlənir və bütün bunlar birinci aktda daha çox hiss olunur. Lakin daha sonra film təxmin edilən və maraqlı olmayan bir şeyə çevrilir.”[87]HitFix”dən Dryu MakUinni filmə müsbət rəy verərək qeyd edir ki, “İntiharçılar dəstəsi nə ən qaranlıq superqəhrəman filmi, nə də Betmenin iştiark etdiyi ən qaranlıq film deyil. Bu, şən nihilistik film olmaqla, superqəhrəman filmlərinin inkişaf etməli və ya ölməli olduğu tarixi bir anda yeni yanaşma təqdim edən bir filmdir.”[88] “USA Today”dən Brayan Truitt yazır ki, “digər oxşar filmlərlə müqayisədə İntiharçılar dəstəsi yaxşı işlənməsi ilə seçilir və fəxrlə əlehdarlarına orta barmağını göstərir.” [89]

Marqo Robbinin Harli Kuinn performansı əksər tənqidçilər tərəfindən yaxşı qəbul edilmiş və ulduz ifası kimi qiymətləndirilmişdir, bir çoxları gələcək filmlərdə bu personaja daha çox yer ayırılmalı olduğunu bildirmişlər.[86][90][91][92] Harli Kuinn obrazının yaradıcısı Pol Dini qeyd edir ki, Robbi obraza “möhürünü vurmuşdur”.[93] “Rolling Stone”dan Devid Fir isə qeyd edir ki, “filmin ən böyük xəyal qırıqlığğı Harli və onun canlandıran aktrisanın ifasıdır” və “bir şeyi bağışlamaq olmaz ki, bu ifa mürəkkəb ikonik personajı məhv edir.” [94]

İntiharçılar dəstəsi filmi 2016 Gənclərin Seçimi Mükafatlarının təqdim edilməsi mərasimində “Seçim “AnTEENcipated” film”, Uill SmitKlint İstvud üçün “Seçim film aktyoru: “AnTEENcipated””, Marqo RobbiKara Delevin üçün “Seçim film aktrisası: “AnTEENcipated”” nominasiyaları da daxil olmaqla müxtəlif nominasiyalarda mükafata namizəd göstərilmişdir.[95] Film yuxarıda qeyd edilən nominasiyalarda qalib gəlmişdir.[96]

2016-cı ilin martında Warner Bros. filmin 2017-ci ildə çəkilişlərinə başlanacaq sikveli üçün Eyer və Smitlə razılaşmalarını açıqlamışdır.[97][98] Növbəti ay isə Eyer filmin R-reytinqli sikvelini çəkməkdə maraqlı olduğunu bildirmişdir.[99] Fukuhara sikveldə Katananın keçmişi ilə bağlı hadisələrin göstərilməsini istədiyini demişdir.[100] 2016-cı ilin sentyabr ayında Warner Bros. Harli Kuinn obrazı üçün spin-off filmi çəkməyi planlaşdırdığını, Marqo Robbinin əsas rolla yanaşı icraçı prodüser olacağını da açıqlamışdır.[101]

  1. "İntaharçılar dəstəsi". http://parkcinema.az. Park Cinema. 2017-06-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  2. 1 2 Rottenberg, Josh. "The pressures behind 'Suicide Squad,' the DC Comics movie that Warner Bros. needs to work, and work big". Los Angeles Times. August 1, 2016. August 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  3. 1 2 "Suicide Squad (2016)". Box Office Mojo. 2017-01-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  4. http://nmhh.hu/dokumentum/198182/terjesztett_filmalkotasok_art_filmek_nyilvantartasa.xlsx.
  5. Jane Anders, Charlie. "Suicide Squad Is the Future of Superhero Movies—Except For One Thing". Wired. 9 August 2016. 9 August 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  6. "Review: Harley Quinn's star is born amid sloppy 'Suicide Squad'" (ingilis). 2016-08-05. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  7. Post, David Betancourt The Washington. "Harley Quinn could be 2016's most popular movie character". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  8. "Harley Quinn steps up to plate in 'Suicide Squad'" (ingilis). 2016-08-04. 2016-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 29 avqust 2016.
  9. Holmes, Adam. "New Suicide Squad Video Shines The Spotlight On Will Smith's Deadshot". CinemaBlend. 2022-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-05.
  10. "'Suicide Squad': Meet the Roster of Rogues". Entertainment Weekly. July 8, 2016. August 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  11. Evry, Max. "Harley Quinn Suicide Squad Promo Gives You the Giggles". superherohype.com. July 20, 2016. September 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2016.
  12. 1 2 De Semlyen, Phil. "New Suicide Squad Images: Killer Croc And Amanda Waller". Empire. October 29, 2015. Accessed 5 oktyabr 2016. May 23, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: October 5, 2016.
  13. "Margot Robbie explains why Harley Quinn is the most manipulative member of the 'Suicide Squad'". Los Angeles Times. April 13, 2016. August 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 5 oktyabr 2016.
  14. "Suicide Squad — Boomerang Promo Clip". YouTube. July 16, 2016. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 oktyabr 2016.
  15. 1 2 de Semlyen, Nick. "Superbad". Empire. December 2015. 64–73. (#accessdate_missing_url)
  16. Setoodeh, Ramin. "How Shia LaBeouf Stopped Drinking and Found the Career He Wanted". Variety. 10 oktyabr 2016. 2017-03-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-10.
  17. Truitt, Brian. "2016 brings Batman, Superman and the 'Dawn' of a new superhero universe". USA Today. January 10, 2016. January 10, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  18. Kit, Borys. "'Suicide Squad' Adds Key DC Character Weeks Before Release". The Hollywood Reporter. July 28, 2016. July 30, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  19. Reilly, Luke. "Another Major DC Character to Appear in 'Suicide Squad'". IGN.com. 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  20. "Here's How Batman Figures into the Plot of 'Suicide Squad'". Collider.com. 2021-01-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  21. Vejvoda, Jim. "Suicide Squad's Mysterious Second Villain, Incubus, Revealed". IGN. August 5, 2016. August 7, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  22. Kit, Borys. "Common Joins 'Suicide Squad' (Exclusive)". The Wrap. April 22, 2015. April 24, 2015 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  23. Burlingame, Russ. "Suicide Squad's Jim Parrack Seemingly Confirmed As Johnny Frost". Comicbook.com. 2016-02-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-10-12.
  24. Ahearn, Victoria. "Canadian Shailyn Pierre-Dixon on playing Deadshot's daughter in 'Suicide Squad'". Winnipeg Free Press. August 2, 2016. August 8, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  25. Jayson, Jay. "Alex Meraz & David Harbour Join Suicide Squad; Viola Davis' Amanda Waller Haircut". ComicBook.com. 2015-05-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  26. Kroll, Justin. "'Twilight' Actor Joins 'Suicide Squad'". Variety. 2015-05-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 oktyabr 2016.
  27. Fischer, Russ. "DC Comics Movies Announced: 'Suicide Squad,' 'Wonder Woman,' 'Justice League,' 'The Flash,' 'Aquaman'". /Film. October 15, 2014. October 18, 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  28. Brooks Barnes. "Making 'Suicide Squad' a Smash, Despite Withering Reviews". The New York Times. August 7, 2016. June 19, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  29. Tartaglione, Nancy. "'Suicide Squad' Shoots Past $500M At Worldwide Box Office" (ingilis). 2016-08-18. 2022-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  30. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Nabs Huge $267M Global Debut". Forbes. August 7, 2016. June 6, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  31. 1 2 3 4 5 Anthony D'Alessandro. "'Suicide Squad' Opening Weekend Now At $135.1M – Early Sunday AM Update". Deadline.com. August 7, 2016. August 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  32. Pamela McClintock. "Box Office: 'Suicide Squad' Opens to Big $135M But Drops Sharply Saturday". The Hollywood Reporter. August 7, 2016. İstifadə tarixi: 21 sentyabr 2016.
  33. Scott Mendelson. "Box Office: 'Don't Breathe' And 'Suicide Squad' Hold Great, Meryl Streep Tops 'Ben-Hur'". Forbes. September 11, 2016. September 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 11, 2016.
  34. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Tops $700 Million Worldwide". Forbes. September 12, 2016. September 13, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 13, 2016.
  35. "Box Office: 'Suicide Squad' Tracking for Enormous $125M U.S. Debut". The Hollywood Reporter. July 14, 2016. July 15, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  36. "'Suicide Squad' Gunning For August & Will Smith Opening Records – Box Office". Deadline.com. 2016-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-09-21.
  37. Busch, Anita. "'Bourne' Gets His $60M; 'Moms' Purses Mid-$20M; 'Nerve' Steady – Box Office Sunday AM". Deadline.com. July 31, 2016. August 1, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  38. Brevet, Brad. "'Jason Bourne' Tops Weekend with $60M; 'Star Trek Beyond' Suffers Big Second Weekend Drop". Box Office Mojo. July 31, 2016. October 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  39. McClintock, Pamela. "Box-Office Preview: Can 'Suicide Squad' Best 'Deadpool' in U.S. Debut?". The Hollywood Reporter. August 2, 2016. October 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  40. Brad Brevet. "'Suicide Squad' Set for August Opening Record Despite Negative Reviews". Box Office Mojo. August 4, 2016. August 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  41. 1 2 3 Busch, Anita; Tartaglione, Nancy. "'Suicide Squad' Will Rock August As 'Nine Lives' Cozies Up To Family Audience – Box Office Preview". Deadline.com. August 2, 2016. September 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  42. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Scores Insane $65M Friday". Forbes. August 6, 2016. September 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  43. Pamela McClintock and Rebecca Ford. "Box Office: 'Suicide Squad' Rockets to $20.5M Thursday Night". The Hollywood Reporter. August 5, 2016. İstifadə tarixi: 21 sentyabr 2016.
  44. Scott Mendelson. "'Suicide Squad' Breaks First Box Office Record With $20.5M Thursday". Forbes. August 5, 2016. September 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  45. 1 2 Scott Mendelson. "Box Office: 'Suicide Squad' Scores Record-Crushing, But Front-Loaded, $135M Weekend". Forbes. August 7, 2016. September 21, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  46. Brad Brevet. "'Suicide Squad' Shoots Down August Record with $135 Million Opening". Box Office Mojo. August 7, 2016. August 19, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  47. "Weekend Index – Aug 5 — 7, 2016". Box Office Mojo. 2018-12-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  48. 1 2 Scott Mendelson. "'Suicide Squad': 4 Reasons Its Box Office Blowout Is Good News". Forbes. August 11, 2016. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  49. Anthony D'Alessandro. "'Suicide Squad' Secures Record Monday Haul For August, Eyes $51M-$54M In 2nd Weekend – B.O. Preview". Deadline.com. August 9, 2016. April 27, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  50. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Scores Solid $13M Monday For $146M In Total Earnings". Forbes. August 9, 2016. September 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  51. Anthony D'Alessandro. "'Suicide Squad' Super Tuesday Not Only An August Record, But Also Beats 'Civil War'". Deadline.com. August 10, 2016. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016. (#apostrophe_markup)
  52. Scott Mendelson. "Box Office 'Suicide Squad' Tops 'X-Men: Apocalypse' In Five Days". Forbes. August 10, 2016. September 11, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 avqust 2016.
  53. August 12, 2016. "Box Office: 'Suicide Squad' Ends First Week With $179.1M In Cumulative Earnings". September 14, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  54. Scott Mendelson. "Friday Box Office: 'Suicide Squad' Plunges 79%, Holding No Better Than 'Batman V Superman'". Forbes. August 13, 2016. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  55. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Tumbles 67% For $43.77M Weekend". Forbes. August 14, 2016. September 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  56. Pamela McClintock. "Weekend Box Office: 'Sausage Party' Feasts on $33.6M; 'Pete's Dragon' Flounders". The Hollywood Reporter. August 14, 2016. September 13, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  57. Pamela McClintock. "Box-Office Analysis: 'Suicide Squad' and the Summer of Steep Second-Week Drops". The Hollywood Reporter. August 15, 2016. İstifadə tarixi: 21 sentyabr 2016.
  58. Scott Mendelson. "'Suicide Squad' 3rd Weekend Drop Is 2nd-Lowest For Genre This Year". Forbes. August 23, 2016. November 8, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  59. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Tops 'Captain America 2' And 'Amazing Spider-Man' With $262M Cume". Forbes. August 21, 2016. November 16, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  60. Anthony D'Alessandro. "The Perils Of Remakes Like 'Ben-Hur' As Moviegoers Continue To Worship 'Suicide Squad' – Monday Final B.O." Deadline.com. August 22, 2016. November 11, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  61. Pamela McClintock. "Weekend Box Office: 'Don't Breathe' Terrorizes Rivals With Winning $26.1M Debut". The Hollywood Reporter. August 28, 2016. September 16, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  62. Scott Mendelson. "Box Office: 'Don't Breathe' Tops, 'Suicide Squad' Near $300M, 'Star Trek Beyond' Nabs $30M In China". Forbes. September 4, 2016. June 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  63. Anthony D'Alessandro. "'Don't Breathe' Still Has Oxygen, 'Suicide Squad' Seizes $300M+, 'Morgan' D.O.A. : Labor Day Weekend B.O. – Sunday Update". Deadline.com. September 4, 2016. November 4, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016. (#apostrophe_markup)
  64. Scott Mendelson. "Box Office: How 'Deadpool' Created Pie-In-The-Sky Expectations For 'Suicide Squad'". Forbes. September 5, 2016. September 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 sentyabr 2016.
  65. Lang, Brent. "Box Office: Can 'Suicide Squad' Survive Bad Reviews for Record-Breaking Weekend?". Variety. August 2, 2016. September 28, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  66. 1 2 3 4 Nancy Tartaglione. "'Suicide Squad' Pummels $29.6M In Two Days Overseas – International Box Office". Deadline.com. August 4, 2016. İstifadə tarixi: 26 sentyabr 2016. (#apostrophe_markup)
  67. 1 2 3 4 5 Nancy Tartaglione. "'Suicide Squad's Offshore Bow Rises To $133.3M Topping 'Deadpool' Comp – Intl Box Office Hot Actuals". Deadline.com. August 8, 2016. June 8, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016. (#apostrophe_markup)
  68. 1 2 Nancy Tartaglione. "'Suicide Squad' Rounds Up $243M Overseas & $465M Global Cumes; 'Pets' Prancing To $600M WW – Intl Box Office". Deadline.com. August 14, 2016. February 19, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016. (#apostrophe_markup)
  69. 1 2 Nancy Tartaglione. "Universal Pictures 'Pets' Collars $674M WW; 'Suicide Squad' Necks $575M Through Sunday – Intl B.O. Final". Deadline.com. August 22, 2016. August 22, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016. (#apostrophe_markup)
  70. Sonia Kil. "Korea Box Office: 'Princess' Reigns Over Weekend, 'Squad' Opens Third". Variety. August 7, 2016. June 2, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 8, 2016.
  71. Charles Gant. "Crime pays: DC's Suicide Squad tops UK box office with £11.25m". The Guardian. August 9, 2016. December 27, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  72. Don Groves. "Indian Box Office: 'Dishoom' Stays Strong As 'Suicide Squad' Takes Top Spot Ahead Of 'Jason Bourne'". Forbes. August 7, 2016. March 8, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  73. 1 2 Anita Busch. "'Sully' Flies Higher In Offshore Debut; 'Suicide Squad' Squashes $700M WW – International Box Office Final". Deadline.com. September 13, 2016. August 8, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016. (#apostrophe_markup)
  74. Mark Schilling. "Japan Box Office: 'Your Name' Heads for Huge Success". Variety. September 12, 2016. June 7, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  75. Nancy Tartaglione. "'Bridget Jones's Baby' Bows To $30M; 'Suicide Squad' Powers Past $400M – Intl Box Office". Deadline.com. September 18, 2016. September 5, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016. (#apostrophe_markup)
  76. Scott Mendelson. "Box Office: 'Suicide Squad' Tops $465 Million Worldwide". Forbes. August 14, 2016. March 10, 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  77. "'Suicide Squad' Cast Responds to Negative Reviews: "Critics Have Been Absolutely Horrific"". The Hollywood Reporter. August 4, 2016. August 12, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  78. "'Suicide Squad' Set for August Opening Record Despite Negative Reviews". Box Office Mojo. August 5, 2016. August 19, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  79. "'Suicide Squad' Director Responds to Negative Reviews". Variety. August 3, 2016. August 20, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  80. "Suicide Squad (2016)". Rotten Tomatoes. Fandango. 2016-09-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2016.
  81. "Suicide Squad Reviews". Metacritic. CBS Interactive. 2016-08-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  82. D'Alessandro, Anthony. "'Suicide Squad' Looking To Loot Year's Third Biggest Opening With $140M-$145M". Deadline. August 5, 2016. August 5, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016. (#apostrophe_markup)
  83. Travers, Peter. "'Suicide Squad' Review: DC Bad Guys' Movie is Anything but Super". Rolling Stone. 2018-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  84. Lawson, Richard. "Suicide Squad Isn't Even the Good Kind of Bad". Vanity Fair. 2022-09-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016. (#apostrophe_markup)
  85. Morgenstern, Joe. "'Suicide Squad' Review: Weapon of Mass Depression — A team of DC Comics bad guys takes on worse guys in this summer extravaganza". The Wall Street Journal. August 4, 2016. September 5, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  86. 1 2 Nashawaty, Chris. "Suicide Squad: EW review". Entertainment Weekly. 2016-08-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  87. Yehl, Joshua. "The DCEU strikes out with Task Force Meh". IGN. August 2, 2016. June 25, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  88. McWeeny, Drew. "Review: 'Suicide Squad' won't save the world, but it just might save DC". HitFix. August 2, 2016. İstifadə tarixi: 27 sentyabr 2016.[ölü keçid]
  89. Truitt, Brian. "Review: 'Suicide Squad' finds sincerity in insanity". USA Today. August 2, 2016. August 12, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  90. "Review: Harley Quinn's star is born amid sloppy 'Suicide Squad'" (ingilis). 2016-08-05. 2016-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  91. Post, David Betancourt The Washington. "Harley Quinn could be 2016's most popular movie character". 2016-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  92. "Harley Quinn steps up to plate in 'Suicide Squad'" (ingilis). 2016-08-04. 2016-08-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  93. Libbey, Dirk. "Paul Dini thinks highly of Harley Quinn". CinemaBlend. August 4, 2016. February 10, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  94. Fear, David. "Why Harley Quinn Is the Best (and Worst) Thing About 'Suicide Squad'". Rolling Stone. 5 August 2016. 1 February 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  95. Vulpo, Mike. "Teen Choice Awards 2016 Nominations Announced: See the "First Wave" of Potential Winners". E!. May 24, 2016. May 25, 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016. (#invalid_param_val)
  96. Goodman, Jessica. "Teen Choice Awards 2016: See the full list of winners". Entertainment Weekly. July 31, 2016. August 3, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  97. Snider, Jeff. "Will Smith, Joel Edgerton to Star in David Ayer's Cop Thriller 'Bright'". TheWrap. March 2, 2016. August 6, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  98. Kroll, Justin. "Will Smith, David Ayer Reteaming on Max Landis Spec 'Bright'". Variety. March 2, 2016. June 25, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.
  99. Bell, Crystal. "Suicide Squad Director David Ayer Wants to Make an R-Rated Sequel Happen". MTV. April 14, 2016. June 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2016.
  100. Siegal, Lucas. "Suicide Squad's Karen Fukuhara Pitches Her Katana Spin-Off Idea". ComicBook.com. July 31, 2016. December 9, 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: September 27, 2016.
  101. Shepherd, Jack. "Harley Quinn: Margot Robbie to co-produce Suicide Squad spin-off film". Independent. 2020-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2016.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]