Qara Cöyrəoğlu

Qara Cöyrəoğlu (1866, Qızılhacılı, Tiflis quberniyası1929) — xalq qəhrəmanı.

Qara Cöyrəoğlu
Doğum tarixi 1866
Doğum yeri
Vəfat tarixi 1929

1918-cı ildə Borçalıda erməni-daşnak quldur dəstələrinə qarşı mübarizə aparmışdır. Cöyrə oğlu Qara 1918-cı ildə Borçalıya soxulan Andranikin daşnak quldur dəstələrini geri oturtmuşdu. Ermənilər Dürnik kəndi tərəfdən Qızılhacılıya hücum edərkən, Cöyrə oğlu Qara onların qabağını saxlamış, düşmən itki verərək, qaçmağa məcbur olmuşdu. Qanlı döyüşlərdən biri tarixə " Bolus döyüşü" adı ilə daxil olan və indiki Bolnisi uğrunda gedən döyüş idi. Andronikin 800 nəfərlik quldur dəstəsi Bolnisiyə hücum etdikdə, Xaçınlı kəndinin erməniləri də onlara qoşulmuşdu. Cöyrə oğlu Qara Qızılhacılıdan İsrafil ağanın köməyinə gəlmişdi. Ağ çərkəzi paltarda, ağ atın belində olan Cöyrə oğlu Qaranı görəndə, ermənilərin bir hissəsi silahlarını ataraq qaçmışdı. Yel dağı yaxınlığındakı vuruşmada Cöyrə oğlu Qaranın dəstəsi Axalkələkdə, Sağamoyda, Boqdanovkada azğınlıq edən erməni dəstəsini darmadağın etmişdi.

Qara Cöyrə oğluna Azərbaycan Xalq Cümhuriyyəti yardım göstərmiş, ona silah və sursat göndərmişdir.

Sovet hakimiyyəti qurulduqdan sonra, 1928-ci ildə Cöyrə oğlu Qara Şulaveri rayon partiya komitəsində məsul vəzifələr tutan ermənilərin əli ilə həbs olunaraq 1929-cu ildə qətlə yetirildi.

Sonralar erməni qisasçılığı öz mənfur işini davam etdirmiş, 1933-cu ildə Cöyrə oğlu Qaranın ailəsi həbs edilib Şimali Qazaxıstanın Akmolinsk vilayətinə sürgün olunmuşdu.

Cöyrə oğlu Qara xalqın yaddaşında Borçalı mahalının Qaçaq Nəbisi kimi qalmış, onun haqqında rəvayətlər, mahnılar qo- şulmuşdu. Mahalda belə bir şer hələ də qalmaqdadır:

" Hardan alaq Cöyrə oğlu Qaranı,

Çəkə xəncərini, kəsə aranı.

"
  • Qara Cöyrə oğlu // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II cild. Bakı: "Lider". 2005. 472. ISBN 9952-417-44-4.