Qara gəndəlaş

Qara gəndəlaş (lat. Sambucus nigra) — bitkilər aləminin fırçaotuçiçəklilər dəstəsinin adoksakimilər fəsiləsinin gəndəlaş cinsinə aid bitki növü. Kəndəlaş bitkisinin Azərbaycanda 2 növü yayılmışdır. Bunlardan biri – qara kəndəlaş adlanır. Təbabətdə ancaq qara kəndəlaşdan istifadə olunur.

Qara gəndəlaş
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Makroneziya, Şimali Afrika, Asiyada İranda, Türkiyədə, Avropada, Cənubi Qafqazda, Ukraynada, Moldovada, Belarusda, Yeni Zelandiyada yayılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 4-10 metrə çatan koldur. Gövdələri budaqlı, nazik, oduncaqlı, qabığı və yumşaq məsaməli özəyi vardır. Yarpaqları üzbəüz, iri, uzunluğu 10-30 sm, lələkvarı, 3-7 ədəd uzunsov-yumurtavari xırda yarpaqlardan ibarətdir. Çiçəkləri sarımtıl-ağ rəngli (ayrıca çiçəkləri ağ), diametri 5-8 mm, beşləçəkli, iri, diametri 10-25 sm olan çiçək qruplarına yığılmışdır. Meyvəsi qara-bənövşəyi, giləmeyvə, diametri 5-7 mm olan sulu çəyirdəkdir. May-iyunda çiçəkləyir, meyvələri avqust-sentyabrda yetişir.

Yaxşı havalı və quru ərazilərdə bitir. Azərbaycanın torpaq-iqlim şəraitinə davamlıdır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Azərbaycanın bir çox rayonlarında — Şamaxıda, Qəbələdə, Qubada, Lənkəranda rast gəlinir.

Quru meyvələri qoxusuz, turşaşirin dadlıdır. Qara gəndəlaşın çiçəklərindən və meyvələrindən dərman hazırlanır. Bitkinin müxtəlif hissələrində bioloji aktiv, aşı maddələri, seliklər, pentozanlar, qatranlar, meyvələrində — antosianlar, askorbin turşusu, karotin, yarpaqlarında: quru xammalda — sambuniqrin, qatranlar vardır.

  1. Linnaeus C. Species Plantarum (lat.): Exhibentes plantas rite cognitas ad genera relatas. 1753. C. 1. S. 269–270.