Qara geyimli qadın (ing. The Woman in Black) — ingilis yazıçı Syuzen Hillın eyniadlı romanı əsasında çəkilmiş mistik film. Filmdə baş rolda Deniel Redkliff oynayır. Bu film 1989-cu ildə çəkilmiş eyniadlı filmin remeykidir.
Qara geyimli qadın | |
---|---|
ing. The Woman in Black | |
Janr |
qorxu triller dram |
Əsas mövzu | qisas[d][2], həyat yoldaşının ölümü[d][2] |
Rejissor | Ceyms Uotkins |
Prodüserlər |
Riçard Cekson Saymon Ouks Brayan Oliver |
Ssenari müəllifləri |
Roman: Syuzen Hill Adaptasiya: Ceyn Qoldman |
Baş rollarda |
Deniel Redkliff Kiaran Haynds |
Operator | Tim Moris-Cons |
Bəstəkar | Marko Beltrami |
Montajçı | Con Harris[d] |
İstehsalçılar |
Alliance Atlantis Communications Alliance Films Hammer Film Productions |
Distribütor | Netflix |
İlk baxış tarixi | 27 aprel 2012, 29 mart 2012[3], 2012, 3 fevral 2012[4], 10 fevral 2012[4] |
Müddət | 95 dəqiqə |
Büdcə | 17 000 000 ABŞ dolları |
Gəlir | 127 730 736 ABŞ dolları[1] |
Ölkələr |
Birləşmiş Krallıq Kanada |
Dil | ingilis dili |
İl | 2012 |
Rəng | rəngli |
IMDb | ID1596365 |
Əvvəlcə filmin 3D formatında çəkilməsi gözlənilirdi, lakin sonradan "Hammer Film Productions" kinostudiyası bu ideyadan vaz keçir.
Filmdə hadisələr XIX əsrdə cərəyan edir. Filmin baş qəhrəmanı Artur Kipps (Deniel Redkliff) adlı hüquqşünasdır. Həyat yoldaşı doğuş zamanı öldüyündən doğulan uşağa o özü baxır. Günlərin bir günü Artur dünyasını dəyişmiş bir müştərisinin vəsiyyətnaməsini əldə etmək üçün uzaq əyalətə yollanır. Müştərinin evi kiçik bir adada yerləşir və sahillə onu yalnız bir yol birləşdirir. Artur burada suyun qabararaq həmin bu yolu basmasının şahidi olur. Bundan sonra onu keçmişin ruhları narahat edir.
Sonradan o yaxınlıqdakı kəndin sakinlərindən "Qara geyimli qadın" haqqında rəvayətlər eşidir. Kənd sakinlərinin sözlərinə görə "Qara geyimli qadın" kənddə yaşayan uşaqları hipnoz altına salır və bundan sonra uşaqlar intihar edirlər. Artura düşünür ki, qadın bunu öz uşağı bataqlıqda batıb öldüyünə görə edir. O həmin uşağın meyitini bataqlıqdan tapıb çıxarır. Meyiti çarpayıya qoyaraq "Qara geyimli qadın"ı gözləməyə başlayır. Qadın qışqıraraq qəfil peyda peyda olur və elə həmin an da gözdən itir. Bundan sonra Artur hər şeyin bitdiyini güman edərək şəhərə yollanır. Amma o yanılırmış. Artur dəmiryol stansiyasında öz oğlunu və onun dayəsini görür. O, dayəyə geri dönmək üçün bilet almağı tapşırır. Dayə bilet alan vaxt, Artur oğlunun əlindən tutub cənab Deyli ilə söhbət edir. Amma qəfil görünən "Qara geyimli qadın" uşağı yayındırır. Uşaq qadının yanına getmək üçün relslərin üstünə çıxır. Artur bunu görüb öz oğlunu xilas etmək üçün onun yanına qaçır. Amma özü də relslərin üzərinə yıxılır düşür...
Filmin son kadrlarında Artur ölmüş həyat yoldaşı və oğlu ilə cənnətdədir və onlar xoşbəxtdirlər.
Filmdən soundtreklər: