Qara metallar

Hematit

Qara metallar — qara metallara dəmir filizləri və xromit filizləri aiddir.

Dəmir filizləri

[redaktə | mənbəni redaktə et]

Dəmir filizləri bu gün də sənayenin, iqtisadi inkişafın əsas dayaqlarından biri sayılır. Hazırda Azərbaycanın ərazisində 3 dəmir filizi yatağının sənaye əhəmiyyətli ehtiyatları təsdiq edilməklə etibarlı mineral-xammal bazası yaradılmışdır. Onların hər üçü Daşkəsən filiz rayonunda yerləşməklə Daşkəsən, Cənubi Daşkəsən, Dəmir kobaltlı-maqnetit yataqları ilə təmsil olunurlar.[1] Qeyd etmək lazımdır ki, Daşkəsən qrupu (Daşkəsən, Cənubi Daşkəsən, Dəmir) yataqları respublikanın mineral-xammal bazasında uzun illər ərzində özünəməxsus yer tutmuşlar. Bu yataqların bazasında son illərə qədər Azərbaycan Filizsaflaşdırma Kombinatı fəaliyyət göstərmiş və onun məhsulu (dəmir konsentratı) Gürcüstanın Rustavi metallurgiya kombinatının təlabatını tam ödəyirdi. Yaxın illərdə Daşkəsən filizsaflaşdırma kombinatının fəaliyyəti bərpa olunacağı təqdirdə 70–80 il müddətində etibarlı ehtiyatla təmin ediləcəkdir.[1]

Xromit filizləri

[redaktə | mənbəni redaktə et]

1960–1964-cü illərdə aparılmış geoloji-axtarış işləri nəticəsində Kəlbəcər rayonu ərazisində Göydərə qrupu xromit filizi təzahürləri, Laçın rayonu ərazisində isə Ipək qrupu xromit filizi təzahürləri aşkar olunmuşdur.

Göydərə xromit təzahürləri qrupu

[redaktə | mənbəni redaktə et]

Istibulaqsu çayının suayrıcında, Kəlbəcərin rayon mərkəzindən 21 km şimal-qərbdə yerləşir. Xromit filizləşməsi linzavari dunit kütlələrinin yayılma zonasında təşəkkül tapmış və 350 m-dən çox məsafədə izlənmişdir. Filiz cisimləri biri-birindən təcrid olunmuş oval və linza morfologiyalı yuvalarla təmsil olunurlar.

Onların qalınlığı 0,5 m-dən 15 m-ə qədərdir. Filizdə xrom oksidinin (Cr2O3) miqdarı 43,5–52,6%; Cr2 O3: FeO – nisbəti 3,5–4,0 arasındadır ki, bu da sənayenin tələbinə tam cavab verir.[1]

Ipək xromit təzahürləri qrupu

[redaktə | mənbəni redaktə et]

Laçın rayonunun Ipək kəndi yaxınlığında yerləşir. Burada da xromit minerallaşması hiperbazitlər içərisində yerləşmiş dunit linzalarında yayılmışdır. Xromit minerallaşması nodulyar teksturaya malik olaraq ayrı-ayrı linzaların qalınlığı 0,5 m-dən 3–5 m-ə qədərdir. Linzalarda xrom oksidinin miqdarı (Cr2O3) – 25,0–39,5% təşkil edir. Bu rayonda xrom filizləşməsinin yayılma sahəsi 500 kv. km-ə qədərdir.[1]

  1. 1 2 3 4 "Qara metallar". 2021-01-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-12-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Yanvar-avqust ayları ərzində Azərbaycanın ixracı 12,9 milyard dollar olub