Qara qızıl (film)

Qara qızıl (ing. Black Gold və yaxud Şahin günü ing. Day of the Falcon) — Fransa, İtaliyaQətərin birgə istehsalı və Jan-Jak Annonun rejissoru olan macəra filmi.[3] Film Hans Ruşun 1957-ci ildə nəşr olunan "La soif noire" (Qara susuzluq) romanı əsasında ekranlaşdırılıb. Filmdə baş rollarda Tahar Rahim, Mark Stronq, Antonio Banderas və Frida Pinto oynayıblar.[4] 2011-ci il oktyabrın 25-də filmin Doha Treybeyk Film Festivalında premyerası olmuşdur. Film sərt tənqidlərə məruz qaldı və prokatda tamamilə uğursuzluğa düçar oldu. İyirmi yeddi tənqidi rəyə əsaslanan filmin reytinqi Rotten Tomatoes reytinq saytında 11 % təşkil etdi. Bu da ortalama 10-dan 3,9 olmaqla Jan-Jak Annonun işləri arasında ən bərbadıdır.[5] Bir sıra buraxılışlarda filmin adı "Day of the Falcon" - "Şahin günü" olaraq verilib.

Qara qızıl
ing. Black Gold
Janr dram filmi, macəra filmi, roman ekranlaşdırması[d]
Rejissor Jan-Jak Anno
Prodüser Tarak Ben Ammar
Ssenari müəllifləri Hans Ryuş
Menno Meyes
Jan-Jak Anno
Baş rollarda Tahar Rahim
Mark Stronq
Antonio Banderas
Frida Pinto
Operator Jan-Mari Deju
Bəstəkar Ceyms Horner
İstehsalçılar Quinta Communications
Prima TV
Carthago Films
France 2
The Doha Film Institute
Distribütorlar Image Entertainment və Hulu[1]
İlk baxış tarixi 2011, 9 fevral 2012[2]
Müddət 129 dəq.
Büdcə 40 mln avro
Gəlir 5,5 mln avro[1]
Ölkələr  Tunis
Fransa Fransa
 İtaliya
 Qətər
Dil ingilis dili
İl 2011
Rəng rəngli
IMDb ID 1701210

Filmin büdcəsi 40 milyon avro təşkil edib.

XX əsrin 30-cu illərinin əvvəlləri, Ərəbistan yarımadasının ərazisi. Yerli qəbilələr məhsuldar ərazilər uğrunda sonsuz müharibələr apararaq, əhalinin yaşayış səviyyəsini yüz illər əvvəlki dövrə qaytarırdılar. Heç kim ümidsizlik şəraitində üçüncü dünya ölkəsinin dünyanın ən varlı ölkələrindən birinə çevriləcəyindən şübhələnmir. Ancaq bu cür pərən-pərən olmuş torpaqları inkişaf etmiş bir dövlət şəklində birləşdirmək, bunu etmək qismət olmuş şəxs kimi utopiya kimi görünür.

  • Tahar Rahim - Auda Şahzadəsi
  • Mark Strong - Sultan Amar
  • Antonio Banderas - Emir Nəsib
  • Frida Pinto - Şahzadə Leyla
  • Riz Əhməd - Əli
  • Camal Avar - Xoz Əhmədin şəriyi
  • Lütfi Jiri - Bəni Sirrinin şeyxi
  • Erik Ebuane - Həsən Daxil
  • Mostafa Qaffar - Xoz Əhməd
  • Akın Qazi - Salih
  • Ziad Qaaui - ilahiyyatçı
  • Kori Conson - Tarkettl
  • Liya Kebede - Aişa
  • Driss Ruhe - Maqruf
  • Jan Uddin - İbn İdris
  • Əbdülməcid Lahal - Qoca İmam

Film sərt tənqidlərə məruz qaldı və prokatda tamamilə uğursuz oldu. İyirmi yeddi tənqidi rəyə əsaslanan filmin reytinqi Rotten Tomatoes reytinq saytında 11 % təşkil edir, bu da ortalama 10-dan 3.9-dur (Jan-Jak Annonun işləri arasında ən bərbadı). Bir sıra buraxılışlarda filmin adı "Day of the Falcon" - "Şahin Günü" olaraq qeyd edilir. Endryu Pulver "The Guardian"da məqaləni tənqid edərək yazırdıkı: "Ərəblərin beynəlxalq kinematoqrafiya sahəsindəki irəliləməsi kimi qəbul edilən "Qara Qızıl" Mark Strong və Antonio Banderası ənənəvi yollarla müasir müharibə əmirləri kimi bir-birlərinə qarşı qoyur. Ancaq şərəfli niyyətlərinə baxmayaraq, "Qara Qızıl" uğursuzdur".[4]

Çəkilişlər TunisQətərdə aparılıb.

  1. 1 2 "Black Gold (2011) (2011)". Boxofficemojo.com. 2018-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-20.
  2. IMDb (ing.). 1990.
  3. Smith, Ian Hayden. International Film Guide 2012. 2012. səh. 117. ISBN 978-1908215017.
  4. 1 2 "The Guardian". 2017-12-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-16.
  5. "Day of the Falcon (2013)" (ingilis). 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-29.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]