Qartallar: Yeniden Doğuş (ing. Black Eagle) — 1988-ci ildə ildə istehsal olunmuş ABŞ filmidir. Baş rolda Şö Kosuqi və Jan-Klod Van Dammdır. "Qara qartal" ləqəbi, Sö Kosuqinin canlandırdığı Ken Tami rolunun ləqəbi olur.[2][3] Ölümcül döyüş filmində Skorpion personajını canlandıran Kris Kasamasa filmin kəsilmiş hissəsində maşındakı qatil rolunu canlandırmışdır.
Qara qartal | |
---|---|
ing. Black Eagle | |
Janr | döyüş filmi[1], triller filmi, döyüş sənətləri filmi[d], dram filmi |
Baş rollarda | |
İlk baxış tarixi | 1988 |
Müddət | 93 dəq. |
Ölkə | |
Dil | ingilis dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Malta |
IMDb | ID0094750 |
Ağ dəniz üzərində uçarkən dənizə düşən bir F-11 döyüş təyyarəsində olan gizli lazer silahı vardır. Təyyarənin vurulmasında SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin əli vardır. Onun yoxa çıxmasına göz yummayan ABŞ hökuməti bura gizli agentlərini göndərmək niyyətindədir. Bu müddətdə SSRİ-nin Maltada yerləşən gizli ordusu silahı ələ keçirmək istəyir. ABŞ hökuməti bura təcrübəli agentini "Qara qartal" ləqəbli Ken Tan Yini göndərir. Maltaya gizli agentin göndərilməsi haqqında məlumat gizli orduya çatır. Gizli orduda təcrübəli döyüşçü Andrey vardır. "Qara qartal" köməkçiləri kimi ABŞ hökumətinə işləyən həyat yoldaşı Patrisiya Parker və az yaşlı iki oğlunu götürür. "Qara qartal" müxtəlif macəralarla qarşılaşır. "Qara qartal" bir neçə dəfə onu tutmaq istəyən gizli agentlərdən qaçır. Bir neçə müddət keçdikdən sonra "Qara qartal" gizli silahı ələ keçirməyə çalışır. Bu məqsədlə SSRİ-yə məxsus gəmiyə daxil olur. "Qara qartal" burada Andrey ilə rastlaşır. Sonda Andrey suya atılan zaman gəmi onun üzərindən keçərək ölür və "Qara qartal" gizli silahı ABŞ hökumətinə geri təhvil verir.