Qara qu quşu (hərbi birləşmə)

Qara qu quşu (bosn. Crni labudovi) — Bosniya və Herseqovina Respublikası Ordusunun tərkibində xüsusi təyinatlı qüvvələr vahidində hərbi birləşmə.[5] 1992-ci ildə Sapnada 2-ci Korpusun (sonradan 1-ci Korpus) bir hissəsi olaraq qurulan Vətənpərvərlər Liqasının xüsusi təyinatlı hərbi birləşməsi idi. Tərkibinə 800 döyüşçü daxil olmuşdu. Döyüş meydanında göstərdiyi şücaətə görə birləşmə şöhrət qazanmışdı. Birləşmənin əsasını Senad Mehdin Xocic qoymuşdu.[4]

Qara qu quşu
bosn. Crni labudovi
Növü piyada, xüsusi qüvvələr
Yaranma tarixi 1992
Ölkə Bosniya və Herseqovina
Tabedir 2-ci (sonra 1-ci) Ordu Korpusu
Daxildir Vətənpərvərlər liqası (Bosniya və Herseqovina)
Sayı 800 nəfər
Qərargah Koniç
Ləqəbi qara qu quşu
Rəngləri      qara
Marşı Selam ti je hadžija[1]
Müharibələr Bosniya müharibəsi
Döyüşlər Bosniya müharibəsi
Vozuça döyüşü
Sana əməliyyatı
Sarayevo mühasirəsi[2][3]
Komandanlıq
Məşhur komandirləri Senad Mehdin Xocic,[4] Xair Mesiç, Həsi Tiric, Səid Numanovic

Tarixi[redaktə | mənbəni redaktə et]

Bosniya və Herseqovinada 1992-ci il aprel ayının 6-dan 1995-ci il sentyabr ayının 14-ə qədər vətəndaş müharibəsi davam etmişdir. Döyüşün tərəfləri serb birləşmələri, Bosniya müsəlman ordusu və xorvatlar idi. 1992-ci ildə müsəlmanlar və xorvatların münaqişəsi zamanı onlar serblərlə birlikdə müsəlmanlara qarşı vuruşurdular.

[Bosniya və Herseqovina ordusunun rəsmi emblemi
[Bosniya və Herseqovina ordusunun rəsmi emblemi

İlk əvvələrindən tutmuş 1992-ci ilin avqustuna qədər müsəlman briqadaları ərazi prinsiplərinə əsasən bölünmüşdür. Avqust ayında orduna modernləşmə həyata keçirilmişdir. Nəticədə ordu 1-ci korpusu təşkil edilmişdir. Bura piyada, mobilləşdirilmiş və dağ briqadaları daxil idi. Onun mövcudluğu dövründə korpusa Mustafa Xayrulaxoviç, briqada generalı Vahid Karabeliç və briqadir Nicad Aynacic rəhbərlik etmişdir. Korpusa ümumilikdə 34 500[6][7] - 40 500 nəfər əsgər daxil idi.

1992-ci ildə "Vətənpərvərlər Liqası"nın tərkibində xüsusi əməliyyatları həyata keçirən hərbi birləşmənin yarıdılmasına ehtiyac yarandı. Birliyin qurucusu müharibədən əvvəl Splitdə yaşayan və döyüş sənəti ilə məşğul olan etnik bosniyalı Senad Mehdin Hocic olmuşdur(1957-1992). Döyüş əməliyyatları başladıqdan sonra o, xüsusi hissələrin və silahların təşkili ilə məşğul olaraq "Vətənpərvərlər Liqası"na qatıldı. Bielinanın süqutundan sonra Mehdin Hociç və Hasə Tiric bir dəstə könüllü ilə birlikdə Kule Qrad qarnizonunun komandiri Almir Nistoviçin köməyi ilə Sapna və Teoçaka getdilər. Nezukda onlar Hayrudin Mesiç və onun könüllüləri ilə qarşılaşdılar. Onların hər üçü birlikdə "Qara qu quşu" bölməsinin yaradıcısı oldu. Xocic dəstənin komandiri, Mesic və Tiric isə onun müavinləri oldular.

Birləşmənin hərbi əməliyyatları[redaktə | mənbəni redaktə et]

Hərbi dəstə, Bosniya serblərinə qarşı Teocak, Sapna, Nezuk, Vitnica və Mediedye uğrunda döyüşlərdə iştirak etmişdir. Dyuliçdə çay keçidinin müdafiəsi əsnasında Senad, tank əleyhinə birləşmələrə rəhbərlik edərək, serb birliklərinin Karakaydan hərəkətini dayandırdı, ancaq müsəlman bosniyalıların Dyuliç və Klisdən çəkilməsindən dərhal sonra serblər kəndi işğal etdilər. Kənddən ayrıldıqdan sonra Xociçin dəstəsi serb bölmələrinin yerləşdiyi Zaseok və Nezuk kəndlərinə hücum etdi. Bir neçə gün dəstə serblərin davamlı hücumlarını dəf etdi və nəticədə yerli əhalinin və yeni könüllülərin dəstəyi ilə bir neçə kəndi ələ keçirdi. Elə həmin gün Senadın dəstəsi serbləri kənddən qovdu və mülki əhalini xilas etdi.[8]

1992-ci il mayın 10-da Mehdin Xocic Teoçak uğrunda döyüşdə snayper tərəfindən qətlə yetirildi, lakin onun dəstəsi serblərin mühasirəsindən çıxmağı bacardı. Yeni komandir Hasi Tiric təyin edildi. Tiric dəstəni iəqəbi "Kapitan Qu quşu" (bosn. Kapetan Labud) olan Mehdin Xocicin şərəfinə "Qara Qu quşu" adını verdi. Dəstə Bosniya və Herseqovina Respublikasının yeni qurulmuş Ordusunun digər birləşmələri ilə birləşənə qədər ilin sonuna qədər serblərə qarşı mübarizəni davam etdirdi.

Müharibə ərzində hərbi birləşmənin 79 üzvü həlak olmuş, 414 nəfər isə yaralanmışdı.[9]

Hərbi birləşmənin istifadə etdiyi silah növləri: Zastava M70, Heckler & Koch MP5, Heckler & Koch G3, FN FAL, AKM, FAMAS və Milkor MGL idi.

Türkiyənin məşhur dramaturqu, yazıçısı və köşə yazarı Rəfiq Ərduran 1995-ci ildə Bosniyaya getmiş və serb hücumlarına qarşı olduğunu göstərmək üçün "Qara qu quşu" xüsusi qüvvələrinə qoşulmuşdu. Orada şahid olduğu hadisələr gündəlik "Milliyət" qəzetində yayımlanırdı. Sonradan bu silsilə yazılar "Bosniya Samurayları" (Bosnalı Samuraylar) adlı bir kitab şəklində dərc olundu.[10]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2015-08-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  2. https://m.youtube.com/watch?v=VdDvDeT1mcQ
  3. https://m.youtube.com/watch?v=ANPgVMia0PU
  4. 1 2 "Commander Mehdin-Senad Hodžić". 2022-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-06-09.
  5. Documents.tips Arxivləşdirilib 2021-02-16 at the Wayback Machine Armija BiH. Pripremili Nedžad Latić i Zehrudin Isaković. Hase Tirić: 'Crni labudovi su endemska vrsta, str. 57-60. NIPP Ljiljan. (pristupljeno 10. februara 2020.)
  6. "Prvi korpus Armije R BiH" (serb). 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  7. "Formiran Prvi korpus Armije RBiH" (serb). 2013-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-03-30.
  8. Nezavisni Kalesijski Portal Arxivləşdirilib 2022-03-28 at the Wayback Machine Kalesijski “Crni labudovi“ – najsvjetliji primjeri borbe za odbranu domovine 15. juli 2018. (pristupljeno 10. februara 2020.)
  9. Stav Arxivləşdirilib 2020-09-29 at the Wayback Machine Hamze” i “Gazije” kod “Crnih labudova”, 8. april 2018. (pristupljeno 10. februara 2020.)
  10. "Refik Erduran hayatını kaybetti ate=". Hürriyet (Turkish). 2017-01-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-01-07.

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]