Qara rus

"Qara Rus" (ingiliscə: Black Russian) vodka və kofe likörü əsasında hazırlanmış kokteyldir (məsələn, Kahlúa). Dijestiv (həzmi sürətləndirən, desert) kimi təsnif edilir. Bu, Beynəlxalq Barmenlər Assosiasiyasının (BBA) rəsmi kokteyllərindən biridir, “Müasir klassiklər” kateqoriyası (ing. Contemporary classics), əvvəllər dijestivlər (ing. “After-dinner”) kateqoriyasına daxil edilmişdir.

Qara rus
Mənşəsi
Yaradıldığı il 1949
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kokteyl ilk dəfə 1949-cu ildə o zaman ABŞ-ın Lüksemburqdakı səfiri olmuş Perle Mestanın şərəfinə Brüsseldəki "Metropole" otelində hazırlayan belçikalı barmen Qustav Top tərəfindən yaradılmışdır. Kokteyl bütün qəhvə kokteyllərinin əcdadı hesab olunur.

“Qara” qəhvə likörünün rəngini, “rus” isə vodka tərkibli olması ilə əlaqələndirilir. Digər tərəfdən, ad SSRİ ilə ABŞ arasında yenicə başlayan Soyuq Müharibənin qaranlıq dövrlərini simvolizə edir. Qəhvə tərkibli qarışıq içkilərin əcdadı sayılan bu kokteyl yalnız BBA-nin ikinci təkrar buraxılışında dünya kokteyllərinin kolleksiyasına (Gotha) daxil edilib.

BBA-yə uyğun olaraq kokteyl tərkibi:

  • vodka - 50 ml (5/7 hissə)
  • qəhvə likörü - 20 ml (2/7 hissə)
  • buz.

"Old fashioner" stəkanı buz kubları ilə doldurulur, sonra araq və qəhvə likörü tökülür və yavaşca buzla qarışdırılır.

Qeyd: “Ağ rus” kokteylini hazırlamaq üçün üzərinə diqqətlə 30 ml qaymaq əlavə edin. (Bəzi reseptlərə görə “Ağ Rus” qarışdırılır, bəzilərinə görə isə yox.)