Qaraağac nahiyəsi

Qaraağac nahiyəsiQarabağ ərazisində yerləşən qədim məntəqə. Hazırkı Ağdam və Ağcabədi bölgələrinin ərazisində yerləşib.

F.R.Xunci Sultan Yaqubun hakimiyyəti dövründən danışarkən yazır ki, o qış dövrünü ya Təbrizdə, ya da Qarabağda Qaraağacda keçirirdi.[1][2] Ağqoyunlu tarixçisinin sözlərinə görə, Qaraağac "Təll Sultanın ətəklərində yerləşirdi və zirvəsi düşərgənin ortasında ulduzlara yüksəlirdi. Təəccüblüdür ki, meşənin ortasında ətrafı düzənlik olan belə bir zirvə necə yüksəlmişdi"[3][4] Ağqoyunlu tarixçisi F.R.Xuncinin məlumatlarından məlum olur ki, bu ərazi Sultanbud torpaqlarında yerləşmişdi. Çünki, Qaraağaca gələn hökmdarı "Sultanbud torpaqları yenicə çiçək açmış gül-çiçəkləri ilə salamlamışdı".[5][6] Nəzərə almaq lazımdır ki, Ağqoyunlu tarixçisinin xatırlatdığı Sultanbud torpaqları Bərdə-Ağdam yolundan şərqdə yerləşirdi.

Səfəvilər hakimiyyəti dönəmində Ağcabədi bölgəsi Qaraağac nahiyəsinə aid idi.

1593 cü ildə Osmanlı İmperiyasının Gəncə-Qarabağ əyaləti Xaçın sancağı inzibati–ərazi nahiyə

1593-cü ildə qələmə alınan Osmanlı vergi dəftərində Qaraağac nahiyəsinə bağlı kəndlərin siyahısı verilib. Həmin kəndlər bunlar idi:

  • Ağca kənd
  • Tuğullat
  • Qutni
  • Səralan
  • Xatunabad
  • Əlki
  • Köratuz
  • Sarımusa
  • Kələbəddin
  • Cüneydi
  • Qarabağ-Yekəcik
  • Bənövşəliabad
  • Mübarəkabad
  • Həsən Əgrə
  • Nəhri Mübarəki
  • Arazbun
  • Miyanəci
  • Hacıbəy Murad
  • Öpməcə
  • Usunçayı
  • Ataşa
  • Xuraman
  • Qızqala
  • Mustafa
  • Mustafa Molla Məhəmməd
  • Baban Abdal
  • Xaçıqan

[7] 1725-ci ildə qələmə alınan Mirzə Səmianın "Təzkirət əl-müluk" əsərinə görə Qarabağ bəylərbəyiliyi dövlətə 286149 tümən 435 dinar vergi ödəyirdi. Bu miqdardan Qaraağac qəzasının üzərinə düşən pay göstərilən kimidir.

  • 1.Qaraağac ………………………….636 tümən 5434 dinar vergi. Qaraağac hakimi 210 nəfərlik dəstəyə malik idi.

Qaraağac nahiyəsi Osmanlı dönəmində, 1727-ci ildən sonra Bayat nahiyəsi adlandı.

  1. Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини Arxivləşdirilib 2022-05-21 at the Wayback Machine. Перевод с персидского на английский, введение, приложение и комментарии В. Ф. Минорского; Перевод с английского на русский Т. А. Минорской; Редакторы: З. М. Буниятов, О. А. Эфендиев; Институт истории АН АзССР. Баку: Издательство «Элм», 1987, с. 119
  2. Efendiev O.A. Karabax v sostave…, s. 63.
  3. Фазлуллах ибн Рузбихан Хунджи. Тарих-и алам-ара-йи Амини. Перевод с персидского на английский, введение, приложение и комментарии В. Ф. Минорского; Перевод с английского на русский Т. А. Минорской; Редакторы: З. М. Буниятов, О. А. Эфендиев; Институт истории АН АзССР. Баку: Издательство «Элм», 1987, с. 101
  4. Efendiev O.A. Karabax v sostave…, s. 63.
  5. Xunci F.R. Gös.əsəri, s. 101;
  6. Efendiev O.A. Karabax v sostave…, s. 63.
  7. "Gəncə-Qarabağ əyalətinin icmal dəftəri", Istanbul Başbakanlıq Arşivi, Tapu № 699.
  • Ənvər Çingizoğlu. Birinci Kəbirli mahalı. "Soy" dərgisi, 2 (22), 2009, səh. 91–104.