Bayat nahiyəsi

Bu məqalə Bayat nahiyəsi haqqındadır. Bayatın digər istifadələri üçün Bayat səhifəsinə baxın.

Bayat nahiyəsiQarabağ bəylərbəyliyinin bölgələrindən biri.

Nahiyə
Bayat nahiyəsi
آ
Bayraq
Bayraq
 
 

Paytaxt Boyat
Rəsmi dilləri Azərbaycan türkcəsi
Dövlət dini İslam [1]
İdarəetmə forması Mütləq monarxiya
Davamiyyət
 →

Qarabağ bəylərbəyliyi ərazicə Səfəvilər dövlətinin böyük əyalətlərindən biri idi. Hətta XVIII əsrin I rübündə osmanlılar tərəfindən tutulduqda belə əyalətin ərazisi dəyişməz qalmışdı. Tədqiqatçı Hüsaməddin Məmmədov-Qaramanlı bu barədə yazır: "İstər XVI əsrin sonunda, istərsə də XVIII əsrin əvvəllərində Gəncə-Qarabağ əyalətinin ərazisi, əsasən, dəyişməz olmuşdur. Əyalətin sərhədləri şimalda Kür çayı boyunca davam etmiş, Kürün Araz çayı ilə birləşdiyi yerdən Araz çayı boyunca qərbə doğru, Bərgüşad livasına (sancaq, qəza-nəzərdə tutulur) və buradan da şimal istiqamətində Göyçə gölünün şərq hissəsindən keçərək yenə də şimala doğru, Tiflis əyalətinə daxil olmuş, Borçalının cənub hissəsi və Taşır nahiyəsi ilə həmsərhəd olan Lori qəzası na qədər uzanırdı".[2]

Bayat nahiyəsi Bərdə qəzasına bağlı idi. Bu qəza Bərdə şəhəri, Bərdə, İncərud, Sir, Bayad, Xaçın, Çelaberd, Keştək, Vərəndə, Dizaq, Köçəz, Zarıs, Keştasf nahiyələrindən ibarət idi.

Bayat nahiyəsinin mərkəzi Bayat kəndi idi. Sərhədləri haqqında qaynaqlarda yazılır: "Kircəli tərəfdən, Kür çayının kənarından dönüb, Qarabağ adlanan Kəndəbil keçidinə və burdan Alaqarğı adlanan yerə qədər olan ərazi Bayat nahiyəsinin ərazisinin hüdudlarıdır. Cavanşir, Otuziki və Arasbarlıdan, Şirvana tabe olan Ağdaş, Ərəş və başqa yerlərdən olan əhali Kür çayını keçərək, buraya gəlib, tut bağlarında tut becərir, üşrlərini də torpaq sahibinə verir." [3]

Səfəvilər dövlətinin son dönəmlərində nahiyənin hakimi Sədrəddin sultan idi.

Bayat nahiyəsi xanlıq dönəmində Kəbirli mahalı adlandı.

Pənahəli xan Bayat bazarını yiyələrindən (Pənahəli bəy və Behbudəli bəy Sədrəddin sultan oğullarından) alıb qala biçiminə salır. Bayatı Qarabağ xanlığının paytaxtı edib, idarəçiliyə başlayır.

Osmanlı dönəmində 22 kənddən ibarət idi . Bu kəndlərdən 16 kənd boş ve kimsəsiz olub onların yalnız vergi hasılatı qeyid edilmişdir.

Nahiyənin kəndləri

[redaktə | mənbəni redaktə et]
  • Bayat kəndi
  • Ağcabədi
  • Kürədüz
  • Həsənabad
  • Kəhriz
  • Avşar camaatı
  • Hindarxı
  • Bazarçıyan
  • Üzərkən
  • Kəhrizçayı
  • Təranəçayı
  • Kolançayı
  • Şuşikəndi
  • Hindiçayı
  • Əvəzkəhriz
  • Sökülmüş
  • Bazarçıyan çayı
  • Dəlil
  • Tonğulan
  • Zəncirli
  • Oymadəlik
  • Sultan
  • Bariz
  • Qoruculu
  • Əfsunçu
  • Zoranə
  • Əliməhəmməd
  • Zorgəran
  • Ataşan
  • Dürnək
  • Vəlürabad
  • Ənvər Çingizoğlu, Bayat nahiyəsi, "Soy" dərgisi, 5 (37), 2010, səh. 32-25.
  1. Michael M. Gunter, Historical dictionary of the Kurds (2010), p. 29
  2. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000. Səh.4
  3. Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri. "Şuşa" nəşriyyatı. Bakı. 2000. Səh.341

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]