Gəncə-Qarabağ əyaləti — (Vilâyet-i Gence Karabağ) Osmanlı İmperiyası tərkibində Cənubi Qafqazda inzibati ərazi vahidi. İnzibati mərkəzi Gəncə şəhəri idi.
1593-cü il tarixli icmal dəftəri qeydlərinə görə Gəncə-Qarabağ əyaləti 7 sancağa bölünürdü. Gəncə sancağı, Bərdə sancağı, Xaçın sancağı, Axıstabad sancağı, Dizaq sancağı, Həkəri sancağı, Vərəndə sancağı. Sancaqlar öz növbəsində nahiyələrə bölünürdü.[1][2]
Gəncə-Qarabağ əyalətinin inzibati quruluşu | |||
---|---|---|---|
Gəncə sancağı | |||
1. | Gəncə nahiyəsi | ||
2. | Gəncə Aranı nahiyəsi | ||
3. | Dağlıq Gəncə nahiyəsi | ||
4. | Şəmkir Aranı nahiyəsi | ||
5. | Dağlıq Sunqur nahiyəsi | ||
6. | Kürəkbasan Aranı nahiyəsi | ||
7. | Şütür nahiyəsi | ||
8. | Danqı nahiyəsi | ||
9. | Zəyəm Aranı nahiyəsi | ||
10. | Yevlaq nahiyəsi | ||
11. | Tavus nahiyəsi | ||
12. | Dəmirhəsən nahiyəsi | ||
Bərdə sancağı | |||
1. | Bərdə nahiyəsi | ||
2. | Sir nahiyəsi | ||
3. | Pətəklik nahiyəsi | ||
4. | İncərud nahiyəsi | ||
Xaçın sancağı | |||
1. | Xaçın nahiyəsi | ||
2. | Qaraağac nahiyəsi | ||
3. | Ağcabədi nahiyəsi | ||
4. | Dağlıq Çelaberd nahiyəsi | ||
5. | Çelaberd nahiyəsi | ||
6. | Qarqar nahiyəsi | ||
7. | Mağavuz nahiyəsi | ||
Axıstabad sancağı | |||
1. | Böyükçay nahiyəsi | ||
2. | Quzey nahiyəsi | ||
3. | Güney nahiyəsi | ||
4. | Dağlıq İncə nahiyəsi | ||
5. | İncə nahiyəsi | ||
Dizaq sancağı | |||
1. | Arasbar nahiyəsi | ||
2. | Dağlıq Dizaq nahiyəsi | ||
3. | Dizaq nahiyəsi | ||
Həkəri sancağı | |||
1. | Keştasf nahiyəsi | ||
2. | Həkəri nahiyəsi | ||
3. | Zarıs nahiyəsi | ||
4. | Alpaut nahiyəsi | ||
Vərəndə sancağı | |||
1. | Vərəndə nahiyəsi |
Gəncə-Qarabağ əyaləti 8 livaya (sancağa) bölünürdü.
Gəncə-Qarabağ əyaləti 1344 kənd və məzradan ibarətdi.[3]