Qarabağ atı abidəsi (Ham şəhəri)

Qarabağ atı abidəsi (tam adı:Qarabağ atı abidəsi) — Belçikanın Ham şəhərində Qarabağ atına qoyulan abidə[1]

Qarabağ atı abidəsi
Ölkə  Belçika
Yerləşir Ham
Material Tunc

Haqqında[redaktə | mənbəni redaktə et]

Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib.

26 mart 2017-ci ildə Ham şəhərinin mərkəzi meydanında ucaldılıb.[2] Açılış mərasimində Ham şəhərinin meri Dirk De Vis, Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi, Azərbaycan Respublikasının Belçika Krallığında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı Fuad İsgəndərov iştirak ediblər.[3]

Abidənin Azərbaycan-Belçika münasibətlərində rolu[redaktə | mənbəni redaktə et]

Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika quran Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd etmişdir. Eyni zamanda öz müstəsna keyfiyyətlərinə görə bütün dünyada məşhur olan Qarabağ atı ilə bağlı bu abidənin Ham şəhərində qoyulmasının iki xalq arasındakı dostluğun rəmzi olduğunu bildirmişdir. Belçika-Azərbaycan Dostluq Cəmiyyətinin sədri Ayxan Dəmirçi Belçikada Azərbaycan icmasının hər zaman iki ölkəni və xalqı daha da yaxınlaşdırmaq üçün səylər göstərdiyini, bu abidənin ucaldılmasının bu yönümdə xüsusilə əlamətdar hadisə olduğunu diqqətə çatdırmışdır. Səfir Fuad İsgəndərov Azərbaycanın Ham şəhəri ilə qurduğu uğurlu əməkdaşlığın mədəniyyət və dinlərarası dialoqun ən gözəl nümunəsi olduğunu qeyd etmişdir. Fuad İsgəndərov bunun təlatümlərlə zəngin bugünkü dünyada izlənilməsi vacib olan müsbət təcrübə kimi çıxış edə biləcəyini söyləmişdir.[4]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Belçikada Qarabağ atlarına abidə qoyulub – VİDEO". 2021-03-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  2. Belçikada Qarabağ atı abidəsinin açılışı olub
  3. "Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə ərsəyə gətirilmiş abidə Azərbaycan-Belçika Dostluq Cəmiyyəti tərəfindən Ham bələdiyyəsinə hədiyyə edilib və şəhərin mərkəzi meydanında ucaldılıb". 2022-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.
  4. "Açılış tədbirində çıxış edən Ham şəhərinin meri Dirk De Vis ötən əsrin əvvəllərində müsəlman Şərqində ilk demokratik respublika qurmuş Azərbaycanın bu gün Belçika ilə sıx əməkdaşlıq əlaqələrinə malik olduğunu qeyd edib". 2017-05-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-26.