Xurşidbanu Natəvanın heykəli (Vaterlo, 2016)

Xurşidbanu Natəvanın heykəliXIX əsr Azərbaycan şairəsi, Qarabağın sonuncu xanı Mehdiqulu xan Cavanşirin qızı, Xurşidbanu Natəvana Belçika Krallığının Vaterlo şəhərinin mərkəzi parkında 2016-cı ildə qoyulmuş heykəl.[1]

Xurşidbanu Natəvanın heykəli
Heykəlin fotoşəkli (2016)
Heykəlin fotoşəkli (2016)
Xəritə
Ölkə  Belçika
Yerləşir Vaterlo
Heykəltaraş İmran Mehdiyev
Sifarişçi Heydər Əliyev Fondu
Tikilib 18 fevral 2016
Material bürünc

18 fevral 2016-cı ildə Belçika Krallığının Vaterlo şəhərində Azərbaycan şairəsi Xurşidbanu Natəvanın abidəsinin açılış mərasimi keçirilib. Mərasimdə Azərbaycanın Belçika Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Fuad İsgəndərov və Vaterlo şəhərinin meri Floran Röter də iştirak ediblər. Vaterlo şəhərinin mərkəzi parkında qoyulan heykəlin postamentində "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" sözləri yazılıb.[2] Heykəl Azərbaycanın Xalq rəssamı Tahir Salahovun rəhbərliyi altında heykəltaraş İmran Mehdiyev tərəfindən hazırlanıb.[3]

Zəngin geyinmiş Xurşidbanu Natəvanın oturmuş vəziyyətdə hazırlanmış fiquru plastik həllinə və yapma incəliklərinə görə fərqlənir. Müəllif bürüncdən hazırladığı bu heykəldə el arasında böyük nüfuz sahibi olan şairənin lirik-psixoloji tutumlu, yaddaqalan obrazını yaratmışdır. Əsərdə Natəvanın düşüncəli və qəmli görkəmi onun həyatının təzadlı, ağrılı-acılı keçdiyinə bədii işarə kimi qəbul olunur.[4]

Heykələ qarşı vandalizm

[redaktə | mənbəni redaktə et]

2020-ci ilin mart ayında Xurşidbanu Natəvanın heykəlinə qarşı vandalizm aktı qeydə alınıb. Abidənin üzərində yazılmış "Şərqin müasir maarifçi və şairə qadını Xurşidbanu Natəvan, Qarabağ şahzadəsi, Azərbaycan" yazısı qopardılaraq qırılıb və heykəlin üzərinə boya tökülüb. Hadisədən sonra Vaterlo polisi tərəfindən cinayət işi açılıb.[5][6][7]

  1. "Belçikada Xurşidbanu Natəvanın abidəsi". heydar-aliyev-foundation.org. 2017. 5 iyul 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  2. "Belçikada Xurşidbanu Natəvanın heykəlinin açılışı olub". lent.az. 18 fevral 2016. 11 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  3. Nurşən Quliyev. "Belçikada Xurşidbanu Natəvanın heykəlinin açılışı olub". apa.az. 18 fevral 2016. 11 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  4. "İmran Mehdiyev". emalatxanadagorush.wordpress.com. 7 fevral 2017. 11 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  5. "Paşinyanın Belçikaya səfəri zamanı Natəvanın abidəsinə qarşı vandalizm törədilib, cinayət işi başlanıb". apa.az. 10 mart 2020. 11 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  6. "XİN: Belçikada Natəvanın abidəsinə qarşı vandalizmin törədilməsi ilə bağlı cinayət işi açılıb". azertag.az. 10 mart 2020. 11 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.
  7. "Act of vandalism committed against Natavan's monument during Pashinyan's visit to Belgium, criminal case initiated" (ing. ). news.az. 10 mart 2020. 11 mart 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 11 mart 2020.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]