Qarabağ dairəsi və ya Qarabağ mahalı — Azərbaycan Sovet Sosialist Respublikasında 1929–1930-cu illərdə mövcud olmuş inzibati-ərazi vahidi. İnzibati mərkəzi Ağdam olmuşdur. Bu səbəbdən Ağdam dairəsi (Ağdam mahalı) kimi də adlandırılmışdır.
Qarabağ dairəsi | |
---|---|
Ölkə | |
İnzibati mərkəz | Ağdam |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 8 aprel 1929 |
Ləğv edilib | 8 avqust 1930 |
|
|
|
Qarabağ dairəsi VI Ümum-Azərbaycan Sovetlər Qurultayının 8 aprel 1929-cu il tarixli qərarı ilə Azərbaycan SSR-də qəzaların ləğv edilməsi nəticəsində yaradılmışdır. Ağdam, Cəbrayıl və Kürdüstan qəzalarını əvəz etmişdir. Regiondakı Dağlıq Qarabağ Muxtar Vilayətinə isə öz muxtariyyət statusunu saxlamaqla Qarabağ dairəsinin tərkibinə daxil olmaq hüququ verilmişdir.[1]
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 25 yanvar 1930-cu il tarixli qərarı ilə Kürdüstan dairəsi Qarabağ dairəsinin tərkibindən ayrılaraq müstəqil inzibati vahid kimi yaradılmışdır.[2]
SSRİ Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Sovetinin "Dairələrin ləğv edilməsi haqqında" 23 iyul 1930-cu il tarixli qərarına uyğun olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi və Xalq Komissarları Soveti 8 avqust 1930-cu ildə Azərbaycan SSR ərazisində dairələrin ləğv edilməsi haqqında qərar qəbul etmişdir. Bununla Qarabağ dairəsi də daxil olmaqla ölkə ərazisindəki bütün dairələr ləğv olunmuş, onların ərazisində ümumilikdə 63 rayon təşkil edilmişdir.[1]