Qarabağ komitəsi

Qarabağ Komitəsi (erm. Ղարաբաղ կոմիտե) — 1980-ci illərin sonlarında bir çox erməni tərəfindən faktiki lider kimi tanınan bir qrup erməni ziyalısı.[1] Komitə 1988-ci ildə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi məqsədilə yaradılıb. Komitə 1988-ci il dekabrın 7-də Ermənistanda baş vermiş zəlzələdən sonra Azərbaycandan göndərilən humanitar yardıma mane olmaq ittihamı ilə 1988-ci il dekabrın 11-də sovet hakimiyyəti tərəfindən həbs edilmiş, lakin 31 may 1989-cu ildə sərbəst buraxılmışdır. Komitə daha sonra Pan-Erməni Milli Hərəkatını yaratmışdır.[2] 1990-cı ildə The New York Times komitəni "Ermənistanda ən nüfuzlu millətçi qrup" adlandırmışdır.[3]

  1. Keller, Bill. "ARMENIAN CAPITAL IS ROUSED BY CALLS FOR NEW FREEDOMS". The New York Times. 5 sentyabr 1988. 2022-05-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-02-02.
  2. Adalian, Rouben Paul. Historical dictionary of Armenia (2nd). Lanham (Md): the Scarecrow press. 2010. ISBN 978-0-8108-6096-4.
  3. Fein, Esther B. "EVOLUTION IN EUROPE; Armenia Fighting Levels Off; Toll Is 23". The New York Times. 29 may 1990. 5 July 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 February 2024.

Əlavə ədəbiyyat

[redaktə | mənbəni redaktə et]