Qarabağ müharibəsi memorialı (Tərtər)

Qarabağ müharibəsi memorialı (erm. Արցախյան ազատամարտի հուշահամալիր, Artsaxyan azatamarti huşahamalir) — Azərbaycanın Tərtər rayonu ərazisində yerləşən Talış kəndində Qondarma Dağlıq Qarabağ Respublikası tərəfindən Birinci Qarabağ müharibəsi (1988–1994) üçün ucaldılan memorial kompleksi. 1990-cı illərdə ucaldılan memorial həmçinin, İkinci Dünya müharibəsində həlak olan erməni əsilli döyüşçülər üçündür.[1][2]

Qarabağ müharibəsi memorialı
erm. Արցախյան ազատամարտի հուշահամալիր
Map
Ölkə  Azərbaycan
Yerləşir Talış, Tərtər rayonu

Tarixi[redaktə | mənbəni redaktə et]

Qarabağ müharibəsi memorialı Qondarma Dağlıq Qarabağ Respublikası (DQR) tərəfindən 1990-cı illərdə ucaldılmışdır. Memorial kompleksi ümummilli əhəmiyyətli abidə kimi Qondarma DQR-nın daşınmaz tarix və mədəniyyət abidələri siyahısına "062" nömrəsi altında daxil edilmişdir.[1]

2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün Vətən müharibəsi başladılmışdır. Azərbaycan hərbçiləri 3 oktyabr tarixində Tərtər rayonunun Talış kəndini tamamilə işğaldan azad etmişdir.[3] Döyüşlər zamanı memorial dağılmışdır.[2]

Təsviri[redaktə | mənbəni redaktə et]

Memorial kompleksinin hündürlüyü 48 metr, eni 38 isə metrdir. Memorial 3 hissədən – iki qartal heykəlindən, daşlardan və İkinci Dünya müharibəsində həlak olan Talış kəndi sakinləri üçün xatirə lövhəsindən ibarətdir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Թալիշ գյուղի Արցախյան ազատամարտի հուշահամալիրի մասին տեղեկություններ Արցախի Հանրապետության հուշարձանների տեղեկատվական շտեմարանում, (արխիվացված 18․03․2021թ․
  2. 1 2 2020 թվականի հայ-ադրբեջանական պատերազմից հետո Ադրբեջանի վերահսկողության ներքո անցած պատմամշակութային հուշարձանների ավերման մասին տեղեկություններ, (արխիվացված 11․03․2021թ․)։]
  3. "Son dəqiqə: Daha bir neçə kəndimiz azad olundu - Prezidentdən şad xəbər". Teleqraf.com (az.). 3 oktaybr 2020. 2020-10-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 iyul 2021.