Qarabağa gəzinti (gürc. გასეირნება ყარაბაღში — Qaseirneba Karabağşi) — gürcü rejissoru Levan Tutberidzenin Gürcüstandakı vətəndaş müharibəsi və Qarabağ müharibəsi haqqında çəkdiyi film.
Qarabağa gəzinti | |
---|---|
gürc. გასეირნება ყარაბაღში | |
Janr | |
Əsas mövzu | eskapizm[1], silahlı münaqişə[d][1], həddindən artıq dozada dərman[d][1], Birinci Qarabağ müharibəsi[1] |
Rejissor | Levan Tutberidze |
Ssenari müəllifi | Levan Tutberidze |
Baş rollarda |
|
İlk baxış tarixi | 2005 |
Filmin növü | Tammetrajlı Bədii Film |
Müddət | 105 dəq. |
Ölkə | Gürcüstan |
Dillər | gürcü, azerbaycan,ermeni |
İl | 2005 |
Rəng | Rəngli |
IMDb | ID0480702 |
SSRİ dağılandan sonra Qafqazda vətəndaş və etnik münaqişələr alovlanır. Filmin qəhrəmanları — sıravi tiflisli gənc Qoqliko və Suxumili snayper Spartak — Dağlıq Qarabağa yollanarkən yol yoldaşı olurlar. Biri qumarda uduzduğu pulları geri qaytarmaq, digəri komandirin əmrini yerinə yetirmək istəsə də, onlar birgə hərəkət etməli və bir-birinə dəstək verməli olurlar. Bir-birinə oxşamayan insanların taleyi münaqişə bölgəsində kəsişir.