Qaraciyər transplantasiyası[1] və ya qaraciyər köçürülməsi — donordan götürülmüş tam qaraciyər və ya onun bir hissəsinin respiyentə – qaraciyər patologiyalı (bura uşaqlarda əsasən öd yollarının qüsurlu inkişafı, yeniyetmələrdə maddələr mübadiləsi pozğunluqlu patalogiyalar, böyüklərdə qaraciyər serrozunun son həddi daxildir.) xəstəyə cərrahi yolla köçürülməsi əməliyyatı.[2]
Qaraciyər transplantasiyası | |
---|---|
XBT-10-PKS | 0FY00Z0 |
XBT-9 | 50.5 |
MeSH | D016031 |
MedlinePlus | 003006 |
Vikianbarda əlaqəli mediafayllar |
Əməliyyatı şərti olaraq iki azad edilmə və köçürülmə mərhələlərə bölmək olar.
Qaraciyər köçürülməsi əməliyyatı ilk olaraq respientin (yəni orqan köçürülənin) qarın boşluğunun yarılması, xəstə qaraciyər ətraf birləşdirici toxuma və strukturlardan, aparıcı və gətirici damarlar, sinirlərdən azad edilir. Daha sonra ümumi öd axacağını (lat. ductus choledochus) mumkün qədər qaraciyərə yaxın hissədən kəsərək azad edilir. Növbəti addım qaraciyər arteriyasının (lat. a. hepatica propria) sıxaca alınması, və aşağı boş vena və qapı venasının qaraciyər səviyyəsindən kəsilib azad edilməsindən ibarətdir. Beləliklə xəstə qaraciyər tamamilə azad edilərək bədəndən xaric edilərək köcürüləcək qaraciyər üçün azad edilmiş olur.
Bu andan etibarən donor üzvün nəqlinə başlanılmış olunur. İlk olaraq aşağı boş venaya, sonra isə nəql olunan qaraciyərin qapı venası və arteriyası respientin eyni adlı damarlarına tikilərək calaşdırılır. İlkin mərhələdə sıxaca götürülmüş damarlar azad edildikdən sonra qaraciyərin qan təchizatı bərpa edilmiş olunur. Sonra isə hemostaz aparılır yəni damar tikişləri və toxumalar səviyyəsində üzə çıxan mümkün qanaxmalar durdululur. Bundan sonra respientin öd axacağı donor qaraciyərin öd axacağı ilə tikilərək calaaşdırılır. Əməliyyat tikiş qoyulmuş damarlar nahiyyəsinə drinajların qoyulması və qarın boşluğunun qat-qat tikilərək bağlanması ilə yekunlaşmış olur.