Qaradəniz dəniz donuzu (lat. Phocoena phocoena relicta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin dəniz donuzları fəsiləsinin dəniz donuzu cinsinin adi dəniz donuzu növünə aid heyvan yarımnövü.
Qaradəniz dəniz donuzu | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Tipüstü: Tip: Klad: Yarımtip: İnfratip: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Sinifüstü: Klad: Klad: Sinif: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Yarımsinif: Klad: İnfrasinif: Maqndəstə: Dəstəüstü: Klad: Qranddəstə: Ranqsız: Dəstə: Klad: Klad: Klad: Yarımdəstə: Klad: İnfradəstə: Parvdəstə: Klad: Fəsiləüstü: Fəsilə: Cins: Növ: Yarımnöv: Qaradəniz dəniz donuzu |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
||||||||
|
Uzunluğu 1,3-1,5 metr, çəkisi təxminən 30 kiloqramdır. 1,8 metrə qədər olan fərdlərə də rast gəlinir. Dişilər erkəklərə nisbətən bir qədər böyükdür. Başı qısa, kütvari bir ağıza sahibdir. Belinin rəngi tünd boz, bəzən qara, böyürləri açıq rəngdədir. Albinos fərdlərə rast gəlinir. 4 santimetrə qədər bir piy qatına sahib olurlar[2].
Dişilərdə cinsi yetkinlik yaşı 4 ildir. Boğazlıq 9-11 ay davam edir. Adətən bir bala doğur. Balalar doğularkən 8 kq çəkiyə sahib olurlar.
Yem bazasına balıqlar (ançouslar və aterinkimilər), daha az tez-tez qabıqlı onurğasızlar daxildir. Gündəlik qida rasionu 3-5 kiloqramdır. Bəslənərkən maksimum daldıqları dərinlik 75 metrə qədərdir. Su altında 6 dəqiqəyə qədər qala bilirlər. Maksimal üzmə sürəti saatda 22 kilometrdir. Əsas arealı Qara dənizin sahil suları, isti mövsümdə isə Azov dənizi və Mərmərə dənizidir. Egey dənizinə, eləcə də Dunay və Don çaylarına girişlər nadir hallarda qeydə alınır. Qara və Azov dənizləri arasında mövsümi miqrasiya qeyd edirlər. 10 başdan ibarət kiçik qruplarda, əssən dayaz sularda yaşayırlar.
Ötən əsrdə saylarında kəskin azalma baş verir. 1989 və 1990-cı illərdə Qara dəniz xarakterli iki epizootiya qeydə alınır. Krım sahillərində əsasən yetkin olmayan 300-ə yaxın heyvan ölüsü aşkar edilri. Beynəlxalq Təbiəti Qoruma Birliyinin təsnifatına əsasən, yarımnövə "təhlükə altında olan növ" status verilir[3]. Yarımnöv Bern Konvensiyasının II Əlavəsinə, Bonn Konvensiyasının II Əlavəsinə, ACCOBAMS Sazişinin I Əlavəsinə və CITES Beynəlxalq Konvensiyasının II Əlavəsinə daxil edilmişdir. Qoruyucu tədbirlər olaraq xüsusilə balavermə mövsümündə (15 may - 15 iyul tarixlərində Qara dənizdə və 1 iyun - 31 iyul tarixlərində Azov dənizində) 70 metr dərinliyə qədər su sahələrində torların quraşdırılması dağandır. Hazırda sayının azalmasına səbəb olan əsas amillərə bunlar daxildir: brakonyerlik, epizootiya, yem ehtiyatlarının tükənməsi, yaşayış yerinin çirklənməsi, Azov dənizində buz altında donmalar. 1990-cı illərdəki məlumatlara görə yarımnövün ümumi sayı 10000 baş olmuşdur.
Təbii şəraitdə ömür uzunluğu orta hesabla 7-8, maksimum 15 ilədəkdir[2].