Qaradərəçay — Culfa və Ordubad rayonları ərazisində çay. Arazın sol qolu.[1]
Qaradərəçay | |
---|---|
Ölkə | |
Uzunluğu |
|
Hövzəsinin sahəsi | 312 km² |
Uzunluğu 40 km, hövzəsinin sahəsi 312 km²-dır. Zəngəzur silsiləsinin cənub-qərb yamacından (2100 metr hündürlüyündən) başlanır. Yaycı kəndindən şərqdə, 686 m hündürlükdə Araza tökülür. Yaz-yay qismən də payız aylarında yağan yağışlardan daşqın əmələ gətirən çaylar qrupuna daxildir. Hövzəsinin çox hissəsi alçaq dağlıqda yerləşdiyindən qar suları çayın formalaşmasında rol oynamır. Əsasən yeraltı sular və yağış suları ilə qidalanır. Suvarmada geniş istifadə olunduğundan yayda mənsəbinə çatmır. Aşağı axınında Yaycıçay adlanır. Qaradərə adlı dərədən axdığına görə belə adlandırılmışdır.