Qaragöysu[1] (qum. Къара къойсу) — Rusiyadakı çay (Dağıstan), Avar Göysu çayının sağ qolu. Çaroda, Qunib və Gergebil rayonlarının ərazisindən axır.
Qaragöysu | |
---|---|
qum. Къара къой сув, avar. Чӏегӏер Гӏор | |
| |
Ölkə | Rusiya |
Region | |
Şəhər | |
Mənbəyi | Mostoçete buzlağı |
• Yüksəkliyi | 3100 m |
Mənsəbi | Avar Koysu/Sulak/Xəzər dənizi, Terek çayı |
Uzunluğu | 93 km |
Su sərfi | 20,2 m³/san |
Su hövzəsi | Xəzər dənizi |
Hövzəsinin sahəsi | 3720 km² |
|
|
DSR[rus.] | 07030000112109300001077 |
Vikianbarda əlaqəli mediafayllar |
Qaragöysu çayı Xalaxurkas keçidindən 0.9 km şimal-qərbdə Dyultı-Dağ silsiləsinin yamaclarından başlayır. Şimal-şərq istiqamətində axır və Avar Qöysu çayına sağ sahildən mənsəbə 37 km qalmış birləşir.
Yuxarı axarda Ritlyab kəndinə qədər Oysor, aşağıda isə Risor çayının birləşdiyi yerə qədər Tleiseruxun adlanır.
Çayın uzunluğu 93 km, ümumi düşmə hündürlüyü 2530 m, su tutma sahəsi 3720 km², orta hündürlüyü 2260 m. Çay hövzəsinin çox hissəsi (80%) 1500 m-dən yuxarıda yerləşir.
Çayın yuxarı hissəsində Dağıstanın təbii abidəsi - Çırxalyu şəlaləsi var.
"Göysu" adı türkcə (qumuq dili) "göy su" və "Qara" - qara rəng deməkdir[2]. 20-ci əsrin ortalarına qədər Sulak çayı "Göysu" adını daşıyırdı.
Çay əsasən qar və yağış suyu ilə qidalanır. Çay rejiminin əsas mərhələləri yaz-yay daşqınları və qışın az sulu dövrləridir.
Bir il ərzində axının paylanması son dərəcə qeyri-bərabərdir. İllik axıntı həcminin təxminən 50-60% -i yaz-payız dövründə, təxminən 5-6%-i qışda olur. Maksimum su axıntısı ən çox iyun-avqust aylarında güçlü yağışlarla meydana gəlir.
Çayda fəlakətli daşqınlar şəklində təhlükəli hidroloji hadisələr müşahidə olunur.
Orta illik su axını çay mənsənində 31.6 m³/san, maksimum 220, minimum 1.30 m³/san təşkil edir. Çayda özü ilə xeyli miqdarda çöküntü daşıyır. Daşqın dövründə su çox palçıqlıdır (buna görə Qara adını alır). Çöküntülərin orta uzunmüddətli axını 850 min tondur.
Ən böyük qolları bunlardır: Risor (uzunluğu 38 km), Qaralazurqer (uzunluğu 32 km), Samtiçay (uzunluğu 28 km), Betsor (uzunluğu 29 km), Saltıçay (uzunluğu 24 km), Qaziqumuq Göysu (uzunluğu 81 km). Çay şəbəkəsinin sıxlığı 0,86 km/km²-dir.
Rusiyanın dövlət su reyestrinin məlumatlarına görə, Qərbi Xəzər hövzəsi rayonuna, Sulak çayının su idarəetmə hissəsinə aiddir[3].