Qaramanoğlu Mehmed bəy

Məhəmməd bəy Qaramanoğlu (12401277, Konya) — Qaramanoğulları bəyliyinin hökmdarı, dillə bağlı fərman verən ilk türk.

Qaramanoğlu Mehmed bəy
türk. Mehmet Bey
ƏvvəlkiKəriməddin Qaraman bəy
SonrakıQaramanoğlu Günəri bəy
Şəxsi məlumatlar
Doğum tarixi 1240
Vəfat tarixi 1277
Vəfat yeri
Fəaliyyəti hərbi qulluqçu
Atası Kəriməddin Qaraman bəy
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qaramanoğlu Məhəmməd Bəy Qaramanoğullarının ikinci bəyi Kərimüddin bəy Qaramanın oğludur. Doğum tarixi bəlli olmayıb ölümü 1280-ci ildir. Məhəmməd bəy əsgəri və idari yöndən bilgili bir dövlət adamı idi. Elm adamlarını ətrafına toplayıb onlara büyük önəm vermişdir.

Məhəmməd bəyin dil islahatı

[redaktə | mənbəni redaktə et]

XIII yüzyıl ortalarında Səcçuqlular, ədəbi dil olarak Farscanı, dövlət işlərində Ərəbcəni işlədirdilər. Xalk isə öz dilləri olan Türkcəni işlədirdi. Məhəmməd bəy millət olaraq birlikdə yaşamanın ilk şərti olan dil birliyinin olmasının gərəkliliyinə inanırdı. Bu birliyi gərçəkləştirmək üçün Toroslar üzərində yaşayan bütün Türkmən boylarını çevrəsində toplayaraq bir ordu yaratdı.

"Bu gündən belə divanda, dərgahda, bərgahda (sarayda), məclisdə və məydanda Türkçədən başqa dil işlədilməyəcək." 13 May 1277.

Mövlana Ariz: "Din və dil bir millətin ruhudur. Tarix boyunca nə dinsiz, nə də dilsiz bir millət olub. Millətlərə can verən, milli mədəniyyətləri qoruyan və nəsildən-nəslə keçirərək yaşadan onların dilləridir. Hər millət öz tarixini, dil və ədəbiyyatını onun əlindən almağa çalışan daxili və xarici güclərlə mücadilə etməlidir. Sizlərin kiçik bir qeyrəti bizi məhv olmaqdan xilas edəcəkdir. Bilin ki, İslamdan öncə Avropaya köç edən Bulqar, Macar və Fin türkləri dillərini qoruya bilmədilər və türklüklərini itirdilər. Dil itincə o dili təmsil edən milli kimlik və dolayısı ilə insan da yox olub gedir". Məhz milli dil və milli mənliyin qorunub saxlanılması uğrunda xalqın ayağa qalxması milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı.

Beləliklə, Ərəğlini ələ keçirən Nurəddin bəy tayfası ilə bu gözəl ərazini özlərinə yeni yurd yeri etdi. Bunun ardınca Nurəddin bəy bölgənin strateji bir yerində yerləşən Ərmənəki yeni bəyliyinin mərkəzi elan etdi. Nurəddin bəy həmin dövrdə Səlcuqlu sultanı Əlaiddin Keykubadın ən yaxın müttəfiqi idi və dəfələrlə onun yardımına getmişdi. Əlaiddin bəy Bizansla mübarizədə Nurəddin bəyin dəstəyindən daim istifadə edir və onun köməyi ilə Antalya, Mərsin və Çukuroba bölgələrinin yenidən türklərin nəzarəti altına keçməsində və islamlaşmasında böyük xüdmətlər göstərir. Nurəddin bəyin ölümündən sonra onun yerinə oğlu Karaman bəy keçdi. Karaman bəy millətini sevən biri idi və monqol işğalına qarşı xalqın mübarizəsini təşkil etmişdi. Amma o, monqolların Anadolunu işğal etməsinə mane ola bilmədi. Monqollar isə, öz növbələrində, türklərin dilinə və inanclarına xor baxır, onların öz varlıqlarını itirməsi üçün dillərinə qarşı təxribatlara əl atırdılar. Nəticədə nəinki saraylarda, həm də valiliklərdə rəsmi dil kimi ərəb, ədəbi dil kimi isə fars dilindən istifadə edilməyə başlamışdı. Bu isə ölkədə türk dilində danışan sadə xalq arasında təşvişlə qarşılanmışdı. Səlcuqlu sultanı II Kılıcarslan, bir tərəfdən, monqollarla münasibətdə tarazlaşdırıcı siyasət yeridir, digər tərəfdən də, monqollara qarşı gizlicə mübarizə aparırdı. Bu işdə Nurəddin bəyin oğlanlarına çox etibar edən II Kılıcarslan Qaraman bəyin qardaşı Bonsuz bəyi Səlcuqlu mühafizə alayının komandanı vəzifəsinə təyin etmişdi. O, sarayda olanları dərhal qardaşına xəbər verirdi. Qeyd etdiyimiz kimi, Səlcuqlu sultanı ikili siyasət yeridir və yeri gələndə türk bəylərindən işğalçılara qarşı mübarizədə istifadə edirdi. Lakin qarşı tərəf bundan xəbər tutanda onları dərhal monqollara qurban verirdi. Bundan narahat olan türkmən bəyləri Karaman bəyin yanına gələrək, ölkəni həm monqollardan, həm də II Kılıcarslandan xilas etmək üçün ona yardımlarını təklif etdilər. Uzun məsləhətləşmələrdən sonra Karaman bəy buna razılıq verdi. 1263-cü ildə Karaman bəyin başçılığı altında 20 min nəfərlik qoşun Səlcuqlu dövlətinin ana şəhəri hesab edilən Konyaya daxil oldu. Amma Qavalə qalası yaxınlığında iki qardaş ordu arasında baş verən döyüşdə Karaman bəy məğlub oldu. O, geri çəkilərək Ərmənəkə sığındı. Lakin burada da sultan onu rahat buraxmadı. Çünki Karaman bəyin az sonra yenidən güclənərək ona qarşı təkrar mübarizəyə başlayacağından ehtiyat edirdi. Ona görə də II Kılıcarslan Karaman bəyin yaxınlarından birini ələ aldı və onun vasitəsilə düşməninə zəhər verdirdi. Nəticədə Karaman bəy dünyasını dəyişdi. Karaman bəy vəfat edəndə onun oğlanları Mehmet, Mahmud, Qasım və Xəlil Səlcuqlu sultanı tərəfindən həbs edildilər. Lakin sultan tezliklə öldü və bundan sonra onun vəziri Muiniddin Pərvanə tərəfindən Mehmet bəy və qardaşları həbsdən azad edildilər. Qardaşlar yenidən doğma ata ocağına döndülər. Artıq hər şeydən əlini üzən türkmən bəyləri yenidən Karamanoğulları ətrafında birləşməyə başladılar. Bu işdə Mehmet bəyin xocası Mövlana Arizin böyük xidmətləri oldu. O, xalqın öz dilini qoruması və türkcənin dövlət dili elan edilməsi uğrunda Anadoluda təbliğat aparır və ətrafına yeni tərəfdarlar toplayırdı. Mövlana Ariz: "Din və dil bir millətin ruhudur. Tarix boyunca nə dinsiz, nə də dilsiz bir millət olub. Millətlərə can verən, milli mədəniyyətləri qoruyan və nəsildən-nəslə keçirərək yaşadan onların dilləridir. Hər millət öz tarixini, dil və ədəbiyyatını onun əlindən almağa çalışan daxili və xarici güclərlə mücadilə etməlidir. Sizlərin kiçik bir qeyrəti bizi məhv olmaqdan xilas edəcəkdir. Bilin ki, İslamdan öncə Avropaya köç edən Bulqar, Macar və Fin türkləri dillərini qoruya bilmədilər və türklüklərini itirdilər. Dil itincə o dili təmsil edən milli kimlik və dolayısı ilə insan da yox olub gedir".

Məhz milli dil və milli mənliyin qorunub saxlanılması uğrunda xalqın ayağa qalxması milli mənlik şüurunun formalaşmasında xüsusi rol oynadı.

Qardaşları arasında daha təmkinli olması və idarəetmə işlərində xüsusi bacarığı ilə seçilməsi Məhəmməd bəyin atasından sonra bölgəni idarə etməsi ilə nəticələndi. Bu işdə müəllimi, xoca Mövlana Arizin də böyük rolu oldu. 1264-cü ildən başlayaraq, Anadolunun türkmən bəyləri Məhəmməd bəyin ətrafında birləşməyə və onun hər əmrini can-başla yerinə yetirməyə başladılar. Bu da Məhəmməd bəyə tədricən ətraf əraziləri yavaş-yavaş öz bəyliyinə qatmağa imkan verdi. Qaramanoğlu Məhəmməd bəy tədricən Göksu, Gülek vadilərini, Aralıq dənizin cənub və şimal sahillərindən Samsuna qədər olan böyük bir ərazini öz hakimiyyəti altında birləşdirdi. Bunun ardınca, o, sultan tərəfindən Qaramanın valisi təyin edilən Hütənoğlunu Toroslara çəkdi və ona ağır zərbələr endirərək, təhlükəsiz hala gətirdi. Bu uğurdan ruhlanan Məhəmməd bəy Səlcuqlu dövlətinin ucqarlardakı ərazilərində nəzarəti ələ aldı. Bundan sonra Avropa dövlətləri də Məhəmməd bəylə maraqlanmağa və onunla əlaqəyə girməyə başladılar. Çünki Məhəmməd bəy ipək yolunda möhkəm nizam-intizam yaratmışdı və nəticədə hər iki tərəfə mal daşıyan tacirlər bu ərazidə özlərini olduqca təhlükəsiz hiss edirdilər.

.

Ərmənək Qaramanoğlu bəyliyinin ilk yurd tutduğu yerdir. Gəlişib güçlənməsinə bağlı olaraq ən böyük yatırımlarını Ərmənək və yörəsinə qoymuşdur.Bəyliklərdə saray adət-ənənəsi yox idi.Digər Anadolu bəyliklərində olduğu kimi Qaramanoğulları da mərkəz olaraq istifadə etdiyi Ərmənəkdəki ulu cami, bəyliyin divan toplanma yeri idi. Tol Mədrəsə, bəyliyin ali məktəbi idi. Meydan Cami, Sipas Cami, Ağçaməscit, Qaramanoğullarının dövründə tikilən tikililərdir.Günümüzədək çatan bir çox karvansara və hamam Ərmənəkdəki Qaramanoğlu mirasıdır. Ala Köprü (Görməli) və Ərmənəki çevrəyə bağlayan 7 köprü Qaramanoğlu mirasıdır. Qaramanoğulları ailəsinin məzarlarını 7 əsrdir bağrında saxlayan Qaramanoğlulları Külliyəsi Ərmənək Balkusan kəndindədir.

Üzərinə göndərilən Səlcuklu və Moğol qoşunlarını məğlub edərək Konyaya girdi. Burada yaşayan Səlçuklu Türkləri Qaramanoğulları ilə birləşdilər.

Qısa zamanda Konya vilayəti və bəzi ətraf əyalətlər Qaramanoğullarının hakimiyəti altına girdi. Daha sonra Səlcuklu Sultanı İzzətdin Kəykavusun oğlu Qiyasəddin Siyavuşu hakimiyyətə gətirən Məhəmməd Bəyin özü də vəzir oldu. İlk vaxtlar Monqol hücumlarına qarşı müvəffəqiyyətli əməliyyatlar aparmasına ramən, daha sonrakı çarpışmaların birində iki qardaşı ilə bərabər həlak olmuşdu. İdarəçiliyi dövründə türk dilini rəsmi dil olarak elan edən "Bugündən sonra divanda, dərgahda və bargahta, məclistə və məydanda türkçədən başqa dil istifadə edilməyəcək." fərmanı vermişdi.