Qaramanoğlu Günəri bəy (ö. 17 aprel 1300) — Qaramanoğulları bəyliyinin bəyi.
Günəri bəy | |
---|---|
türk. Guneri Bey | |
Əvvəlki | Qaramanoğlu Mehmed bəy |
Sonrakı | Qaramanoğlu Mahmud bəy |
Şəxsi məlumatlar | |
Vəfat tarixi | |
Vəfat yeri | |
Atası | Kəriməddin Qaraman bəy |
Atası bəyliyin banisi Kəriməddin Qaraman bəydir. Qardaşı Mehmed bəyin 1277-ci ildə monqollar tərəfindən edamından sonra bəyliyi ələ aldı. Ancaq 1383-cü ildə bəyliyi monqol və Səlcuqluların tabeliyində çıxara bildi. Belə ki, Abaqa xanın ölümüylə Anadoluda siyasi boşluq yaranmış, Günəri bəy bir neçə dəfə Konyaya hücum edərək şəhəri darmadağın etmişdir. Ancaq 1287-ci ildə Erməni-Kilikiya çarlığına aid Tarsus şəhərinə hücum etməsiylə, Səlcuqlu və monqolların dəstəyini alan ermənilər bəyliyin mərkəzi Qaramanı işğal etdi. Şəhər yandırıldı və ardından Günəri bəy yenidən Səlcuqlu tabeliyini qəbul etdi. 1294-cü ildə Alaiyə liman şəhərini geri aldı.
17 aprel 1300-cü ildə vəfat etdi.