Qaraqum kanalı (türkm. Garagum kanaly) — SSRİ dönəmində inşa edilən və uzunluğu 1445 km olan kanal. Kanal Türkmənistanın cənub və cənub-qərb regionlarının su təminatına xidmət edir. Çağdaş Türmənistanda Qaraqum çayı olaraq adlandırılır[1].
Qaraqum kanalı | |
---|---|
tu/Garagum kanaly | |
Axdığı yerlər | Türkmənistan |
Giriş | Amudərya |
Mənsəb | Balkanabad |
Uzunluğu | 1445 km |
Vikianbarda əlaqəli mediafayllar |
Kanal Amudəryanın Atamurat şəhərinin yuxarı hissəsindən başlayaraq Qaraqum səhrasının qumlu cənub-şərq hissəsinədək axaraq qədim Mərv vahəsinə keçir. Buradan Murqab çayı və Tecen çayı yaxınlığından axaraq Kopetdağ öndağlığına istiqamətlənir. Kanalın eni 200 metr, maksimal dərinliyi isə 7,5 m[2] təşkil edir. Kanalın əvvəlində su sərfiyyatı 600 m³/s-dir. Kanal öz güçünə yatağı boyunca axır. Hətta 450 km məsafəfə gəmiçilik üçün yararlıdır[3]. İllik su toplama güçü 12-13 km³-dir. Bu isə Türkmənistandan axan çayların illik su axınını 3-4 dəfə üstələyir.
1950-ci ildən Türkmənistan ərazisində Baş Türkmənistan kanalının tikintisi həyata keçirilirdi. İosif Stalinin ölümündən sonra tikinti işləri dayandırılır və Qaraqum kanalının tikintisinə yönəldilir. Kanalın tikintisinə 1954-ci ildən başlanılır. İlk əvvəl Amudərya Murqab istiqamətində 400 kilometrlik kanal 1959-cu ildə istifadəyə verilir. Su sərfiyyatı 130 m³/s təşkil edirdi. Bu bölmənin inşası ilə 100 min ha ərazinin kənd təsərrüfatına yönləndirilməsinə imkan vermişdir[2].
Kanalın ikinci etapı 138 km olaraq 1960-cı ildə istifadəyə verilir. Bu hissədə Xauzxan su anbarı tikilir. Anbarın su tutumu 875 mln m³ təşkil edir. Su sərfiyyatı isə 200 m³/s olur. Bu isə Tecen vahəsində 70 min torpaq sahəsində əkin əkməyə imkan yaratmışdır. Üstəlik 30 min torpağın daha yaxşı su təminatına imkan vermişdir[2].
Kanalın üçüncü etapı (Tecen-Aşqabad) 260 km məsafədə uzanırdı. Onun tikintisi 1962-ci ildə bitmişdir. 1967-ci ildə isə kanal Göy-təpəyə qədər uzadıllır. Su sərfiyyatı 320 m³/s olur. Üçüncü hissənin tikintisi əkin sahələrini 100 min ha[2] artırmağa imkan vermişdir.
1971-ci ildən dördüncü hissənin tikintisinə başlanılır. 1973-cü ildə Aşkabadda iki, Kopetdağda isə bir bənd inşa edilir. Sonra kanal Bərəkət şəhərinə qədər uzanır. Kanalın bir qolu isə Türkmənistanın cənub-qərbindəki subtropik ərazilərə Ətrək çayına qədər uzadılır. Kanalın uzunluğu 270 km təşkil edir. Digər qol isə Nebit-Dağa istiqamətləndirilir. Suyun borularla o zamanki Krasnovodska çatdırılması planlaşdırılırdı. Ancaq bu işlərin nə yerdə olması hazırda məlum deyildir.
Kanalın tikintisi rəsmən 1988-ci ildə bitmişdir.
XXI əsrdə kananın əsas hissəsi üzərində iri Zeid su anbarı inşa edilmişdir. Amudəryanın suyu olduqca lillidir. Burada lilliliyi 3,3 kü/m³[4] bərabərdir. Zeid su anbarında su durularaq digər yerlərə istiqamətləndirilir.
Kanal öz növbəsində 100 minlərlə torpaq sahəsinin kənd təsərrüfatına yönləndirilməsinə imkan vermişdir.
Kanalın tikintisi coğrafi anlamda əraziyə böyük təsir göstərmişdir: bitki örtüyü, heyvanlar aləmi, mikro iqlim, relyef. Kanal Amudəryanın 45% suyunu özündə daşıyır. Bu isə Aral dənizinin qurumasına təsir göstərən faktorlardan biridir. Suyun bir hissəsi qumlar arasında yoxa çıxır.[5]. Digər çətinlik kanalın qısa zaman ərzində dolmasıdır[6]. Yatağın lillə dolması ətraf ərazilərin bu basmasına səbəb olur. Üstəlik su anbarlarının isə istifadəsini çətinləşdirərək əhəmiyyətini azaldır. Qaraqum kanalı quyu sularının çirklənməsinə və suyunun isə şorlaşmasına səbəb olmasıdır[6].