Qaratay

Qaratay — Tatarıstandakı moşkan etnik qrupudur. Dili — tatar dilidir. Qarataylar Kam-Ustin rayonun Mordov Qaratay, Zaovraj Qaratay və Şerşalan kəndlərində məskunlaşmışlar. Əhalinin sayı təxminən 100 min nəfərdir[1].

Qaratay-Savinovka və ya Barsko və Zaovral-Qaratay kəndində ruslar, Şoşme çayı yaxınlığında yerləşən Qaratay kəndində isə tatarlar məskunlaşmışlar. Belə görünür ki, qədim kəndlərin qaratay adlandırılması "Qaratay" hidronimindən irəli gəlir. O zaman qarataylar moldov qəbiləsi deyil, lokal moşkan etnik qrupundandır və tatarların güclü təsiri altında qalıblar. Onlar tatar dilini, tatar adət-ənənələrinə riayət etsələr də, özlərinin yəni moşkanların adət-ənənələrini də unutmayıblar. Tatarlar onları moşkan və ya mişka və muşkı adlandırıllar. Onlar özlərini də moşkan adlandırıllar və həmçinin XVII əsrdən onlarda iki dillilik qalıbdır.

Hazırda qaratay ruslara daha çox meyilli olub, onların adət-ənənələrinə riayət edirlər. Bunun da əsas səbəbi rus bağcasına, məktəbinə və universitetlərinə gedib, ruslar kimi təhsil almalarıdır. Onların heç zaman qaratay məktəbi olmayıbdır. Həmçinin onların ruslar ilə ailə qurmaları da ruslara yaxınlaşdırıb.

N. F. Mokşina 1976-cı ildə apardığı tədqiqatlara əsasən buradakı ailələrin 6,7% rusla, 2,2%-i isə tatarla qarışıq ailələrdir[2]. 1958-ci ildə ümumi ailələrin sayı 1000 idisə, 1976-cı ildə bu göstərici 300-ə yaxındır. Bunun əsas səbəbi sosial-iqtisadi vəziyyətdir. Əhali böyük şəhərlərə miqrasiya edirlər.

  1. Stolyarova Q. Mordva-Qaratay, kto vı
  2. N. F. Mokşinanın materialları Mordva, erzya, mokşa-etnos və etonimaynın tarixi