"Qardaşlıq" (dərgi) — 1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgi.
Yurd (qəzet) | |
---|---|
Əməkdaşlar | Məhəmməd Hac İzzət, Həbib Hörmüzlü, Abdulqadir Süleyman, Məhəmməd Hac İzzət, Cəlal Taha Abdulqadir, Dr.Fazil Mehdi Bayat, Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah |
Təsis tarixi | 1961 |
İlk buraxılışı | 1961-ci il may ayı |
Ölkə | İraq |
Dil | ərəb |
1961-ci ildə Bağdad şəhərində çap edilmiş dərgidir. İlk sayı həmin 1961-ci ilin may ayında çap edilmişdir. Dərginin məsul rəhbəri və baş yazarı vəkil Məhəmməd Hac İzzət, katibi Həbib Hörmüzlüdür. Üç ildən sonra dərginin baş yazarı Abdulqadir Süleyman və yenidən Məhəmməd Hac İzzət olub. Dərginin fəaliyyətinin 16-cı ilində 19-cu sayında məsul baş yazar Cəlal Taha Abdulqadir, katibi Dr.Fazil Mehdi Bayat, əməkdaşlıq edən qələm sahibləri Hilmi Osman Məhəmməd, Xəlil Əhməd Əl Huseyni, Adnan Sadullah olub. 2003-cü ilə qədər fasilələrlə olsa da nəşr edilən dərgi Türkman Qardaşlıq Ocağının mətbu orqanı olaraq Səddam rejimindən sonra da fəaliyyətini davam etdirib. Dərginin son sayı 2007-ci ilin oktyabrında Bağdadda çap edilib[1].