Qardaşxan Əzizxanlı (1 iyul 1958, Astraxanbazar rayonu) — şair, hərbi jurnalist, tərcüməçi, maarifçi, tədqiqatçı.(filologiya üzrə fəlsəfə doktoru)
Qardaşxan Əzizxanlı | |
---|---|
Əzizxanlı Qardaşxan Nəhmət oğlu | |
Təxəllüsü | Haqqarar |
Doğum tarixi | |
Doğum yeri | Pokrovka, Cəlilabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | ali |
İxtisası | jurnalist-filoloq |
Fəaliyyəti | Dünya ədəbiyyatı, Azərbaycan ədəbiyyatı, Yaradıcı yazı |
Janr | poeziya |
klv.az |
Əzizxanlı Qardaşxan Nəhmət oğlu 1958-ci il iyul ayının 1-də Azərbaycan Respublikası Cəlilabad (əvvəlki Astarxanbazar) rayonunun Günəşli (keçmiş Pokrovka) kəndində doğulub. Sonra ailəsi Lənkəran şəhərinə köçüb, 1976-cı ildən Bakı şəhərində yaşayır.
1965-1975-ci illərdə Lənkəran şəhər 5 saylı orta məktəbində oxuyub. Bakı Dövlət Universitetinin (keçmiş ADU) jurnalistika (1975-1980), Azərbaycan Universitetinin hüquqşünaslıq (1997–2000) fakültələrini (fərqlənmə diplomu ilə), Xəzər Universitetinin filologiya üzrə doktoranturasını (2014–2017) bitirib.
S.Vurğunun ev-muzeyində, Azərbaycan xalça və xalq-tətbiqi sənəti Dövlət muzeyində, “Azərbaycan təbiəti” jurnalında, “Savalan”, “Tanıdım”, “20 yanvar” qəzetlərində çalışıb. “Varlığımız”, “Varlıq” qəzetlərinin baş redaktoru olub. DSX və DTX sistemində işləyib.
Xəzər Universitetində “Dünya ədəbiyyatı” (Qədim Şərq, Antik yunan və Roma, Orta əsrlər–Renessans dövrü və müasir dövr Avropa, Amerika və rus ədəbiyyatı), Azərbaycan ədəbiyyatı və Yaradıcı yazı fənlərini tədris edir.
Sumqayıt hadisəsinə (“Vışka”, “Provokator i soobşniki”, 14.01.1990), Qarabağ hadisələrinə (“Elm”, “Q.İ.Petoyan: “Ne moqu perenesti takoqo pozora” 30.09.1989) həsr edilmiş məqalələrin və digər onlarla yaddaqalan publisistik yazıların müəllifidir.
Məmməd Arazın “Sənətdə son mənzil olmur” (2001),“Şikayət dəftəri” (2002), həmçinin M.Araz haqqında “Məmməd Arazlı günlərim” (2008), “Qarabağ simfoniyası” (2016), M.Qasımlının “Birinci dünya müharibəsi illərində böyük dövlətlərin Azərbaycan siyasəti (1914-1918-ci illər). III hissə” (2004), M.Cəfərlinin “Azərbaycan legion ədəbiyyatı” (2005), X. Cavadoğlunun (Əliyevin) “İngiliscə-azərbaycanca əhatəli lüğət” (2016) kitablarının redaktorudur.
1993– 2000-ci illərdə respublika radiosunda “Sərhəd” radiojurnalının yaradıcısı və redaktoru olub.
Azərbaycan Jurnalistlər Birliyi (1991); Azərbaycan Yazıçılar Birliyi (1993); “Söz” ədəbi-publisistik jurnalının redaksiya heyəti (2015).
2020-ci il növbədənkənar parlament seçkilərində 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputatlığa namizəd.
Respublika mətbuatında şeirləri ilə 1978-ci ildən çap olunur.
Orta məktəbin yuxarı siniflərində “Özünütərbiyə”, 1983-1990-cı illərdə Bakı Şin Zavodunda “Azərbaycan, Azərbaycan”, “Azərbaycan-dünyam mənim” adlı ədəbiyyat dərnəkləri təşkil edib.
1. “Qaşla göz arasında” (şeirlər). /Bakı, Yazıçı,1990, 80 s./; 2. “Otuz yeddini keçəndə” (şeirlər). /Bakı, Təbriz, 1997, 104 s./; 3. “Ürəyin baxdığı yerdən” (şeirlər). /Bakı, Adiloğlu, 2001, 108 s./; 4. “Seçilmişlər və mən” (publisistika). /Bakı, Şirvannəşr, 2000, 100 s./; 5. “İlkim də sən, indim də sən, sonum sən” (şeirlər). /Bakı, Nurlan, 2018, 200 s./, 6. "Nə o-yelkən, nə bu-gəmi" (şeirlər) /Bakı, Elm və təhsil, 2023, 80 s./
Orijinaldan alman şairləri Y.V.Hötenin, H.Haynenin, H. Fallerslebenin şeirlərini, rus dilindən fransız filosofu və psixoloqu G.fon le Bonun “Kütlə psixologiyası”, Çin filosofu U-Tszinin “Qədim Çinin yeddi hərb qanunu”, Heydər Hüseynovun “XIX əsr Azərbaycan ictimai və fəlsəfi fikir tarixindən”, detektiv yazıçı Ç.Abdullayevin “Müqəddəs olmaq istəyi” əsərlərini və türkcədən Türkiyə yazarı Z.Makasın “Mismarlı dolab”, “Orxan həkim”, “Muradı gözündə qalanlar” adlı hekayələrini tərcümə edib.
“Zaman üstü söz demək istəyi” (məqalələr toplusu). /Bakı, Zəkioğlu, 2016, 100 s./.