Qarfild (personaj)

Qarfild (ing. Garfield) — amerikalı karikaturaçı Cim Devis tərəfindən yaradılmış uydurma pişik. Qarfild öz adını daşıyan karikaturanın əsas personajıdır. O, lazanya yeməyi sevən, tənbəl, bazar ertəsinə nifrət edən və yatmağı sevən narıncı, kök fars pişiyidir. O, "Qarfild və dostları" və "Qarfildin şousu" animasiya serialında görünüb.

Qarfild
ing. Garfield
Qarfild personajı
İlk görünmə "Con" karikaturası, 8 yanvar 1976
Yaradan Cim Devis
Səsləndirən
  • Scott Beach (1980)
  • Lorenzo Music (1982–2001)
  • Tom Smothers (1991)
  • Bill Mürrey (2004–2006)
  • Jeff Bergman (2004)
  • Jon Barnard (2004–2016)
  • Frank Welker (2007–cari)
  • Kris Prett (2024)
Növ Pişik
Ailəsi
  • Con Arbakl (sahibi)
  • Sonya (anası)
  • Raul (qardaşı)
  • Odi (ailəsinin ev iti)
Doğum tarixi 19 iyun 1978
Məlumat
Cinsi kişi[d][1]

Qarfild Con Arbaklın narıncı pişiyidir.[2] O, 19 iyun 1978-ci ildə Mamma Leoninin İtalyan Restoranının mətbəxində dünyaya gəlib. Qarfildin yaradıcısı Cim Devis ona öz babası Ceyms Qarfild Devisin adını qoyub.[3] Qarfild körpə ikən lazanyanın dadını bilməyə başlayıb və bu da sonda onun sevimli yeməyi olub.[4] Qarfildin doymaz iştahına görə restoranın sahibi ondan imtina etmək və restoranı bağlamaq arasında qalmışdı. Nəhayət o, Qarfildi heyvan mağazasına verir. Con Arbakl Qarfildi mağazadan 19 avqust 1978-ci ildə alıb. Qarfild cizgi filmlərində nadincliyi səbəbindən tez-tez problem yaradır.

  1. The Washington Post (ing.). / M. Murray Washington: Fred Ryan, 2017. ISSN 0190-8286; 2641-9599
  2. Oguri, Austin. "The Simplistic Charm of Garfield: An In-Depth Analysis of this Cool Cat's Success Story" (ingilis). Hollywood Insider. August 11, 2022. November 27, 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: December 20, 2022.
  3. "Jim Davis: The Man Behind the Cat". garfield.com. 17 June 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: 7 September 2022.
  4. Davis, Jim. Garfield: His 9 Lives. Ballantine Books. 1984. ISBN 978-0-345-32061-2.