Qatıroğlan

QatıroğlanYevlax rayonu ərazisində, Bozdağ silsiləsində zirvə.

Qatıroğlan zirvəsinin hündürlüyü 60 metrdir. Əsl adı Qatıröləndir. Keçmişdə qoşqu heyvanı kimi qatırdan da istifadə olunurdu. Sıldırımlı dağ yolları ilə gedə bilməsi, çox yük götürməsi dağ şəraitində vaxtilə qatırı ən sərfəli nəqliyyat vasitəsinə çevirmişdi. Bu ad çox güman ki, "qatırın dağdan aşıb öldüyü yer" mənasını bildirir. Oronim Qatırolan variantında da qeydə alınmışdır.

  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. II cild. Bakı, 2007.