Qatırquyruqyarpaq kazuarina (lat. Casuarina equisetifolia) — kazuarinkimilər fəsiləsinin casuarina cinsinə aid bitki növü.
Qatırquyruqyarpaq kazuarina | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: ???: Qatırquyruqyarpaq kazuarina |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Avstraliyada yayılmışdır.
Hündürlüyü 10-15 metr olan, qamətli, incə görkəmli, həmişəyaşıl ağacdır. Elastik, sallaq budaqların üzərində incə, nazik buğumlu, tünd-yaşıl zoğlar və pulcuq şəklində tam inkişaf etməmiş yarpaqlar yerləşir. Bitkinin xarici görünüşü iynəyarpaqlılara bənzəsə də, iynəvarı budaqcıqlar üzərində düzülən kiçik, bəzən gözlə görünməyən pulcuqvarı yarpaqcıqlarına görə kazuarina enli yarpaqlılara aid edilmişdir. Abşeronda oktyabrda çiçəkləyir. Bitki ikievlidir. Meyvələri 1-1,5 ildən sonra yetişir. Toxumla yaxşı çoxalır.
Qatırquyruqyarpaq kazuarina quraqlığadavamlı, torpağa az tələbkardır. Qeyri-münbit, qumsal torpaqlarda zəif suvarıldıqda da normal inkişaf edir. Kazuarina subtropik iqlim şəraitində yayıldığından, Abşeronda çox nadir hallarda sərt keçən qışda bitkinin yerüstü hissəsi məhv olur. Yazda bitki yenidən pöhrə verərək bərpa olunur.
Mərdəkan dendrarisində introduksiya edilmişdir. Bakı şəhərinin park və bağlarında mədəni şəraitdə becərilir.
Canlı çəpərlərin salınmasında, qrup əkinlərində istifadə edilə bilər.