Kinosüjetdə qatarın Bakı dəmiryol stansiyasına daxil olması anları lentə alınmışdır.[1]
- Bu kinolent xaraktercə dünya kino tarixinin başlanğıcında Lümyer qardaşlarının çəkdikləri eyni adlı filmin təkrarı idi. Bununla belə o reportaj manerasında lentə alınmış hadisəli informasiya süjetidir. Lentə alınan qatarın kinokameranın üstünə gəlməsi özü-özlüyündə kinematoqrafik situasiya yaratmış və tamaşaçıda ekspressiv-coşğun duyğular oyadaraq, onun hiss və həyəcanına fəal şəkildə təsir etmişdir. Şahidlərin yazdığına görə və kino tarixi ilə bağlı tədqiqatlardan məlum olur ki, Lümyer qardaşlarının ixtirasının ilk nümayişi zamanı tamaşaçılar parovozun ekran boyu sürətlə onların üstünə gəldiyini görüb qorxuya düşmüş və hay-küylə kafedən bayıra qaçmışlar. Şübhəsiz, həmin hadisə Bakıda da təkrar olunmuşdur.[1]
- Bu kinosüjet Bakıda V. İ. Vasilyev-Vyatskinin teatr-sirkində iyunun 21-də göstərilmişdir.[1]
- Rejissor: Aleksandr Mişon
- Operator: Aleksandr Mişon
- ↑ 1 2 3 4 Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh.5.
- Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923–2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 11.
- Aydın Kazımzadə. "Bu belə olub". [Azərbaycan kinosu — 110] //"Cinema News" jurnalı.- 2008.- iyun.- səh. 10–11.