Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Aleksandr Mixayloviç Mişon (1858, Xarkov — 5 iyul 1921, Samara) — fotoqraf, rejissor, ssenarist, operator, redaktor, naşir, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı, Paris milli akademiyasının fotoqraf üzvü.
Aleksandr Mişon | |
---|---|
rus. Александр Михайлович Мишон | |
Doğum tarixi | |
Doğum yeri | Xarkov, Rusiya imperiyası |
Vəfat tarixi | (63 yaşında) |
Vəfat yeri | Samara, SSRİ |
Vətəndaşlığı |
Rusiya imperiyası→ SSRİ |
Fəaliyyəti |
fotoqraf rejissor ssenarist operator naşir |
IMDb | ID3467289 |
Vikianbarda əlaqəli mediafayllar |
Aleksandr Mişon Xarkov şəhərində anadan olub. Karyerasını 1883-cü ildə doğma şəhərində, Moskovskaya küçəsində və Slesarnıy dalanında yerləşən əsasını qoyduğu fotostudiyadan başlayıb. 1884-cü ildə Bakıya gələrək fotoqrafiya işləri ilə məşğul olmaq üçün razılıq almasını gözləyir. 28 iyun 1887-ci ildə Bakı Quberniyası Tarqovoy küçəsində yerləşən fotoemalatxananın açılışına icazə verir. Növbəti ilin mart ayında emalatxana "İmperial" mehmanxanasına köçürülür.
Fotoincəsənətin öyrənilməsi, elmə, arxeologiyaya, etnoqrafik materiallarda tətbiqi məqsədilə ilk dəfə olaraq, foto həvəskarlarının Bakı dərnəyinin yaradılmasının təşəbbüskarıdır.[1] Ustava görə, orta və aşağı sinif təhsil ocaqlarında təhsil alanlar, hərbi xidmətdə olanlardan başqa hər iki cinsin nümayəndəsi fotodərnəyin üzvü ola bilərdi.
Aleksandr Mişon 1893-cü ildə çıxan Bakının illik hesabat materiallarının müəllifi, redaktoru, fotoqrafı, naşiri olub. Elə bu ildə Mişon Tarqovoyda yerləşən nəşriyyatında oxu zalının açılmasına icazə alır.
1890-cı ildə Paris Milli Akademiyasının fotoqraf-üzvü seçilən peşəkar fotoqraf Parisə səfərlərinin birində aldığı kinokamera ilə 1898-ci ildə ilk dəfə Azərbaycanda kinosüjetlər çəkməyə başladı və Azərbaycan kinematoqrafının əsasını qoydu. 1898-ci ildə Aleksandr Mişon yerli mövzuda "Bibiheybətdə neft fontanı yanğını", "İlişdin", "Qafqaz rəqsi", "Balaxanıda neft fontanı", "Şəhər bağında xalq gəzintisi" kimi bir-neçə sənədli film çəkir. Həmin il 2 avqustda xüsusi təşkil olunmuş kinoseansda tamaşaçılara bu filmlər göstərilir. Azərbaycan Respublikasının prezidentinin 2000-ci ildə verdiyi fərmana əsasən 2 avqust milli kinematoqrafiyanın yarandığı gün və "Milli kino günü" kimi qeyd edilir.
1908-ci ildə Slavyansk şəhərinə köçdükdən sonra əvəllər anasına məxsus olan fotoidarədə çalışmağa başlayır. Üç ildən sonra "Şimali Donetsk Əyaləti" qəzetini çıxarmağa icasə alır. 1912-ci ilin iyulunda bu qəzetin nəşri dayanır. 1913-cü ildən Xarkovda fotoqrafiya və sinkoqrafiya ilə məşğul olmağa başlayır və ömrünün sonunadək öz sevimli işi fotoqaflıqla məşğul olmağa davam edir. 1918-1921-ci illərdə Voronejdə işləyən və yaşayan Mişon 1921-ci il iyulun 5-i burada dünyasını dəyişir. Bu barədə o vaxtlar "Voronej Kommunası" qəzeti "Cənab Mişonun ölümü" başlığı altında məlumat dərc etmişdir.