Qatil kitab klubu (isp. El club de los lectores criminales) — Qarsiya Mirandanın yazdığı "Qatil kitab klubu" romanının motivləri əsasında Karlos Qarsiya Mirandanın yazdığı ssenari ilə rejissor Karlos Alonsonun 2023-cü ildə çəkdiyi ispan sleşer filmidir. Filmdə baş rolu Veki Velilla ifa etmişdir.
Qatil kitab klubu | |
---|---|
Janr | qorxu filmi, sleşer |
Rejissor | Karlos Alonso |
Ssenari müəllifi | Karlos Qarsiya Miranda |
Əsaslanır | Qarsiya Mirandanın "Qatil kitab klubu" romanı |
Baş rollarda |
|
Bəstəkar | Arnau Bataller |
Studiya | Brutal Media |
İlk baxış tarixi | 2022 |
Müddət | 89 dəq. |
Ölkə | |
Dil | ispan dili |
IMDb | ID18260564 |
Bir universitet müəlliminin təsadüfən öldürülməsindən sonra qorxu filmi və ədəbiyyatı ilə maraqlanan bir qrup universitet tələbəsi bu hadisə haqqında öz aralarında susmağa qərar verirlər, lakin üzünə maska taxmış qatil təlxək onları bir-bir öldürməyə başlayır.[1]
Film 25 avqust 2023-cü ildə Netflix yayım platformasında yayımlanmışdır.[1]
Filmin ssenarisi Karlos Qarsiya Mirandanın "Qatil kitab klubu" (ing. "El club de los lectores criminales") adlı kitabına əsaslanır.[2] Film Brutal Media şirkəti tərəfindən istehsal edilmişdir.[3] Filmin bəstəkarı Arnau Batallerdir.[4] Romandakı hadisələr Madridin Complutense Universitetində cərəyan etsə də, film Toledo şəhərində yerləşən Castilla-La Mancha Universitetinin Hüquq və Sosial Elmlər Fakültəsində, Hospital de Tavera universitetində və digər universitetlərdə çəkilmişdir, ancaq filmdə bu universitetlərdən hər hansısa birinin adı açıq bir formada qeyd edilməmişdir.[5]
<ref>
teqi; chico
adlı istinad üçün mətn göstərilməyib