Qauhati Universiteti (ing. Gauhati University) – Assam bölgəsinin Qauhati şəhərində yerləşən Hindistanda dövlət universiteti.
Qauhati Universiteti | |
---|---|
26°09′01″ şm. e. 91°39′41″ ş. u. | |
Şüar | Öyrənmə/Bilik vasitəsilə Nailiyyət |
Əsası qoyulub | 26 yanvar 1948 ) |
Tip | İctimai - Tədqiqat |
Rektor | Qovernor Assam |
Tələbə sayı | 5411 (2018)[1] |
Magistrant sayı | 1290 (2018)[1] |
Aspirant sayı | 3753 (2018)[1] |
Doktor sayı | 398 (2018)[1] |
Professor sayı | 341 (2018) |
Ölkə | |
Ünvan | 26°09′13″ şm. e. 91°39′48″ ş. u. |
Sayt | gauhati.ac.in |
Qauhati Universiteti 1848-ci ildə Assam bölgə hökuməti tərəfindən yaradılmışdır. Şimal-Şərqi Hindistanın ən qədim və nüfuzlu universitetlərindən biridir. Universitetin fəaliyyətə 18 kolleclə başlamışdır. Hazırda isə universitetin tərkibinə 341 kollec daxildir[2].
Qauhati Universitetinin 1955–1956-cı illərdə inşa olunmuş hazırkı kampusu şəhərin işərisində, Brahmaputra çayının sahilində yerləşir. Universitet altı fakültədən ibarətdir: təbiət elmləri, hüquq, mühəndislik, kommersiya, tibb və incəsənət[3].
Gauhati Universiteti Hindistan Universitetləri Birliyinin (Association of Indian Universities) və Beynəlxalq Universitetlər Cəmiyyətinin (Association of Commonwealth Universities) üzvüdür[4]. Gauhati Universitetinin kitabxanası Assam bölgəsinin ən böyük kitabxanası hesab olunur. Kitabxananın kolleksiyasında 850.000-ə yaxın kitab, jurnal və məcmuə vardır. Bundan əlavə, kitabxanada təxminən 300 yaşı olan 5000-ə yaxın qiymətli əlyazması mühafizə olunur[5]. Gauhati Universitetinin Azərbaycanın elmi mərkəzləri ilə əlaqələri mövcuddur[6]. 2018-ci ildən Universitetinin İran departamenti nəzdində türk dili tədris olunur.
Q. U. Məhkəmə İcra Şurası və Elmi Şura universitetin səlahiyyətindədir.