Qavriil Ter-Mikelov

Qavriil Mixayloviç Ter-Mikelov (rus. Гавриил Михайлович Тер-Микелов, erm. Գափրիել Տեր-Միքաելյան; 16 aprel 1874, Stavropol14 yanvar 1949, Tbilisi) — Sovet memarı, SSRİ Memarlıq Akademiyasının müxbir üzvü (1937), Gürcüstan SSR-nin əməkdar incəsənət xadimi (1937), Tiflis İncəsənət Akademiyasının professoru.[1]

Qavriil Ter-Mikelov
rus. Гавриил Михайлович Тер-Микелов
erm. Գափրիել Տեր-Միքաելյան
Şəxsi məlumatlar
Doğum tarixi 16 aprel 1874(1874-04-16)
Doğum yeri
Vəfat tarixi 14 yanvar 1949(1949-01-14) (74 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Təhsili
  • Sankt-Peterburq Dövlət Memarlıq və İnşaat Universiteti[d]
İşləri və nailiyyətləri
Əsas tikililəri Azərbaycan Dövlət Akademik Filarmoniyası;
Sadıqov qardaşlarının mədaxil evi
Mükafatları Gürcüstan SSR əməkdar incəsənət xadimi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qavriil Ter-Mikelov 1874-cü ildə Stavropolda Tiflisdən gələn erməni ailələrindən birində anadan olub. Atası sənaye və ticarət şirkətlərində işləmiş və fəaliyyətlərinə görə tez-tez iş gəzintiləri ilə məşğul olmuşdur. Qavriil məktəbə başlamazdan əvvəl Stavropolda yaşayırdı. Orta təhsilini Tiflis Real Məktəbində almışdır.[1]

1899-cu ildə Ter-Mikelov Sankt-Peterburq İnşaat Mühəndisləri İnstitutunun memarlıq şöbəsini bitirmiş, sonra onun memarlığı və yaradıcılığı başlıca olaraq Bakı və Tbilisidə keçmişdir.[2]

Ter-Mikelov on ildən artıq Bakıda yaşamışdır. 1904-cü ildən 1918-ci ilə qədər o, yaradıcılıq cəmiyyəti yaratmış və bunun vasitəsilə layihələr alaraq onları həyata keçirmişdir. Bu birliyin ən əhəmiyyətli binalarından biri Bakı Filarmoniyasıdır.[3]

  • Kilsə
  1. 1 2 "Тер-Микелов Гавриил Михайлович - архитектор". 2021-10-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  2. "Тер-Микелов Гавриил Михайлович (1874–1949)". 2020-08-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-29.
  3. Храм музыкальной культуры