Qax Dövlət Kukla Teatrı — Qax rayonu ərazisində yerləşən teatr[1].
Qax Dövlət Kukla Teatrı | |
---|---|
Qax Dövlət Kukla Teatrı | |
Ümumi məlumatlar | |
Teatrın tipi | Kukla teatrı |
Mükafatları | |
Heyət | |
Baş rejissor | Yusif Abdurahmanov(Əməkdar Artist) |
Baş rəssam | Mayis Abdullayev |
Yerləşməsi | |
Yerləşir | Azərbaycan, Qax rayonu |
1971-ci ildən Qax rayon mədəniyyət evinin nəzdində dərnək, 1976-cı ildən isə xalq teatrı kimi fəaliyyət göstərən teatra 1992-ci ildə Dövlət Kukla Teatrı statusu verilib. Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb. Qax teatrı dəfələrlə Azərbaycan Respublikasında keçirilən festivallarda iştirak etmişdir[2].
Qax Dövlət Kukla Teatrı Türkiyə, Rusiya, Ukrayna, Estoniya və Gürcüstanda keçirilən beynəlxalq festivallarda Azərbaycanı təmsil etmişdir[1].
Teatr 2005-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının təsis etdiyi “Qızıl Dərviş” mükafatına layiq görülüb[2].