Qax Peşə Liseyi

Qax Peşə LiseyiAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində olan ilk peşə-ixtisas təhsili müəssisəsi[1].

Qax Peşə Liseyi
Qax Peshe Liseyi.jpg
Əsası qoyulub 1 oktyabr 1967
Tip ilk peşə-ixtisas təhsili müəssisəsi
Direktor Səbuhi Bilalov
Müəllim sayı 80
Şəhər Qax
Ünvan Qax şəhəri, İ.Dağıstanlı k.9 A.

Tarixi[redaktə | mənbəni redaktə et]

Qax Peşə Liseyi 1967-ci il 1 oktyabr tarixində 11 №-li Qax kənd texniki peşə məktəbi adı altında fəaliyyətə başlayıb. 1975-ci il 01 sentyabr tarixindən 111 №-li kənd texniki peşə məktəbi kimi fəaliyyət göstərmiş, sonradan isə 111 №-li orta texniki peşə məktəbi statusunu almışdır. 1996-ci il 23 avqust tarixindən isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 116 № -li qərarilə lisey statusu verilmişdi.[1]

İxtisaslar[redaktə | mənbəni redaktə et]

Liseydə hazırda aşağıdakı ixtisaslar üzrə kadrlar hazırlanır:[2]

İxtisaslar
1 Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer
2 Kompüter operatoru
3 Qrafik dizayner
4 Arıçı
5 Geniş profilli traktorçu-maşinist, təmirçi-çilingər, avtomobil sürücüsü
6 Mehmanxana inzibatçısı
7 Elektrik xətlərinin quraşdırılması və təmiri üzrə mətəəssis
8 Aşbaz
9 Avtomobillərin təmiri üzrə çilingər, avtomobil sürücüsü
10 Təmirçi çilingər
11 Satıcı- nəzarətçi kassir.(ərzaq və qeyri-ərzaq malları üzrə)
12 Mebel ustası
13 Kostyum ustası və dərzi
14 Aqroservis mütəxəssisi

Direktorları[redaktə | mənbəni redaktə et]

Qax Peşə Liseyinin direktorları [3]
1 Nəzirov Hacıbəy Murad oğlu; 1967 -1970
2 Məmmədov Məmməd Səfər oğlu; 1970 -1972
3 Məmmədov Məmməd Əsəd oğlu; 1972 -1982
4 İbrahimov İbrahim Yusifoğlu; 1982 -1985
5 Dunusov Akif Yunis oğlu; 1985 -1988
6 Məmmədov Əsəd ; 1988
7 Qocayev Fərrux Həmdulla oğlu; 1988-1995
8 Muxtarlı Kamal Camal oğlu; 1995-2020
9 Şirinzadə Şahin; 2020-2022
10 Bilalov Səbuhi Bilal oğlu; 2022-ci ildən

Rəhbərlik[redaktə | mənbəni redaktə et]

Qax Peşə Liseyinin rəhbərliyi
1 Direktor Səbuhi Bilalov
2 Tədris istehsalat işləri üzrə direktor müavini Qocayeva Cəryət
3 Təlim-tərbiyə işləri üzrə direktor müavini Qadaşova Şəhla
4 Dərs hissə müdiri Rəşidov Natiq
5 Böyük usta Tağıyeva Aynur

Maddi-texniki baza[redaktə | mənbəni redaktə et]

Lisey yetərincə zəngin maddi-texniki bazaya malikdir. Məktəb 4 mərtəbəli tədris korpusuna malikdir. Ümumən liseydə 16 fənn kabineti, müasir avadanlıqla təchiz olunmuş 3 tədris emalataxanası (Dərzi, Dülgər, Çilingər),1 labaratoriya (Kimya-Biologiya) və 1 kompüter otağı var. Bundan başqa liseydə zəngin kitabxana var. Ümumi kitab fondu 2078-dir. Bundan 560 ədədi bədii, 696-sı texniki, 892-si isə dərslik kitabıdır. İdman meydançası və idman otağıda şagirdlərin ixtiyarındadır. Liseyin 376 şagird kontingenti, 83 işçisi var. İşçilərin 19-u təlim usatası, 35-i müəllimlərdir.

Akkreditasiya[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Təhsil Nazirliyi 2012 -2013-cü illərdə bir çox orta ümumtəhsil müəssisələri, peşə liseyləri və peşə məktəblərində akkreditasiya yoxlaması keçirmiş və akkreditə olunan təhsil məktəblərindən biridə Qax Peşə Liseyi olmuşdur.[4]

Şəkillər[redaktə | mənbəni redaktə et]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 23 avqust tarixli 116 nömrəli qərarı.Peşə məktəbi və peşə liseyi statusu verilən təhsil müəssisələrinin SİYAHIS". 2021-11-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-23.
  2. "Qax Peşə Liseyi TƏDRİS OLUNAN İXTİSASLAR". 2022-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-02.
  3. http://qaxpesheliseyi.az/page2.html[ölü keçid]
  4. "2012-2013-cü tədris ilində akkreditasiyadan keçən məktəblərin siyahısı". 2016-03-05 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-11-25.